Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan
English

Русский

www.bsuhl.edu.az


Baş səhifə
Direktorluq
Kafedralar
Metodbirləşmələr
Müəllimlərimiz
Nəşrlər
Məqalələr
Tədbirlər
Uğurlarımız
Beynəlxalq əlaqələr
Kompleksə qəbul
1Tədris kursları
Dərnəklər
Foto albom
Sınaq imtahanları
Xəbərlər

 

 

 

 

 

Metodbirləşmələr: Azərbaycan dili və ədəbiyyatı

Metodbirləşmə sədri: ped.e.namizədi, Məmmədov Akif Güləli oğlu

Kafedranın fəaliyyət istiqəmətləri, əsasən, aşağıdakılardır: BSU-nun müvafiq qurumları ilə sıx əlaqədə fəaliyyət göstərmək; Azərbaycan dili və ədəbiyyat fənləri üzrə təqvim-tematik planların tərtibi, müzakirəsi və təsdiqi; Azərbaycan dili və ədəbiyyat fənləri üzrə fakültativ məşğələlərin, seçmə fənlərin, tədris kursları proqramlarının tərtib edilib pedaqoji şuranın müzakirəsinə verilməsi; müəllimlərin elmi-metodik işlərinin müzakirə və təsdiqi; Komleksdə Azərbaycan dili və ədəbiyyatı fənlərinin yüksək səviyyədə tədrisinın təşkilı; uyğun fənlərlə bağlı müəllim və şagirdlərin respublika üzrə keçirilən yarış və müsabiqələrdə iştirakının təmin edilməsi; Azərbaycan dili və ədəbiyyat fənləri üzrə sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili və keçirilməsi; MLK müəllimlərinin iştirakı ilə metodik vəsaitlərin hazırlanması; yoxlama yazı işlərinin, test tapşırıqlarının, sinifdənxaric oxu materiallarının, laborator məşğələlərin suallarının, sorğu və imtahan tapşırıqlarının tərtib və təsdiq edilməsi.
Kafedra ildə bir dəfə MLK-nın Pedaqoji Şurasında hesabat verir.

Kafedra üzvləri haqqında məlumat

Məmmədov Akif Güləli oğlu (kafedra müdiri).
1975-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərərək, orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası almışdır. 1975-1981-ci illərdə Puşkin (indiki Biləsuvar) rayonunda, 1981-1991-ci illərdə Respublika internat-məktəbində ixtisası üzrə işləmişdir. 1991-1992-ci illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda(İndi Təhsil Problemləri İnstitutu) professor Əziz Əfəndizadənin rəhbərlik etdiyi Azərbaycan dilinin tədrisi şöbəsində baş elmi işçı kimi çalışmışdır. 1991-ci ildən 2007-ci ilə kimi Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalında şöbə müdiri vəzifəsində işləmişdir.
1987-ci ildə professor Bəşir Əhmədovun rəhbərliyi altında “Orfoqrafiya təlimində etimoloji təhlildən istıfadə (V-VIII siniflərin materialları əsasında)” adlı dissertasiya müdafiə edərək Azərbaycan dilinin tədrisi metodikası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.
1991-1994-cü illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil Problemləri İnstitutu) ixtisaslaşmış müdafıə şurasının üzvü olmuşdur.
1996-1998-ci illərdə “Mütərcim” jurnalında məsul katib və redaktor vəzifələrində çalışmışdır.
1996-cı ildən indiyə kimi “Turan” humanitar liseyində (indi BSUnun Məktəb-Lisey Kompleksi) direktor müavini, Azərbaycan dili və ədəbiyyat müəllimi, fənn metodbirləşməsinin sədri və metodist kimi fəaliyyət göstərmişdir. 2009-cu ildən BSU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının (indiki Müasir Azərbaycan dili)dosentidir.

Əhmədova Şəhla – Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Elmlər namizədi, dosent, 2003-cü ildə BSU-nun filologiya fakültəsi tərəfindən “İlin müəllimi” adına layiq görülmüşdür. BSU filologiya fakültəsinin Elmi Şuranın elmi katibi, Müasir Azərbaycan dili kafedrasının dosentidir. Ali və orta məktəblər üçün dərslik və dərs vəsaitlərinin, onlarla elmi məqalənin müəllifidir. Dəfələrlə respublika və beynəlxalq miqyasında keçirilən elmi konfransların iştirakçısı olmuşdur. 1996-cı ildən BSU-nun Məktəb-Lisey Kompleksində işləyir.

Qasımova Esmeralda Kazım qızı – 1975-ci ildə APU-nun filologiya fakültəsini bitirmişdir. 1987-ci ildən Bakıdakı15 saylı məktəbdə (indiki BSU MLK) Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

Həsənov Razim Həsən oğlu – 1975-ci ildə ADPU-nun filologiya fakültəsini bitirmişdir. 1975-2002-ci illərdə 15 saylı texniki peşə məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2002-ci ildən Bakının Nəsimi rayonunda yerləşən 15 saylı orta ümumtəhsil məktəbində (2010-cu ildən BSU MLK) Azərbaycan dili və ədəbiyyat müəllimidir. Müəllimliklə yanaşı, bədii yaradıcılıqla da məşğuldur. “Qanlı Yanvar”, “Xocalı faciəsi”, “Gülün ömrü az olar”, “Adəm”, “Elçin Cavadov” adlı kitabların müəllifidir.

Kərimli Mahizər Məmmədəli qızı – 1977-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1996-cı ildən BSU –nun MLK-da Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 1995-ci ildən Azərbaycan Respublikası Müəllimlərinin Yaradıcı İttifaqının üzvüdür. 1998-ci ildə “İlin müəllimi” müsabiqəsində Bakı şəhəri üzrə ikinci yeri tutmuşdur.

Seyfəddinova Ofeliya Niyəttulla qızı – 1983-cü ildə BDU-nun filologiya fakültəsini bitirmişdir. 1979 – 1979-cu illərdə Quba rayonunun, 1979-1982-ci illərdə Xaçmaz rayonunun kənd məktəblərində müəllim kimi çalışmışdır. 2001-ci ildən Bakının Nəsimi rayonunda yerləşən 15 saylı orta ümumtəhsil məktəbində (2010-cu ildən BSU MLK) Azərbaycan dili və ədəbiyyat müəllimidir.

Aslanova Mina Yaqub qızı – 1983-ci ildə BDU-nun filologiya fakültəsini bitirmişdir. 1984-1992-ci illərdə Bakının Yasamal rayonundakı 174 saylı orta məktəbdə ixtisası üzrə işləmişdir. 1992-ci ildən Bakının Nəsimi rayonunda yerləşən 15 saylı orta ümumtəhsil məktəbində (2010-cu ildən BSU MLK) Azərbaycan dili və ədəbiyyat müəllimidir.

Ələkbərova Zöhrə Səfər qızı – 1984-cü ildə Naxçıvan DPU-nun filologiya fakültəsini bitirmişdir. 1984 – 1995-ci illərdə Naxçıvan şəhərində Azərbaycan dili və ədəbiyyat müəllimi, 1995 – 1998-ci illərdə isə İmişli rayonunda Uşaq Yaradıcılıq Mərkəzində dərnək rəhbəri işləmidir. 1998-ci ildən Bakı şəhərindəki 15 saylı məktəbdə (indiki BSU MLK) Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışır.

Hacıyeva Sənubər Səfər qızı – 1992-ci ildə BDU-nun filologiya fakültəsini bitirmişdir. 1984 – 2003-cü illərdə Buzovna Uşaq sanatoriyasında çalışmışdır. 2003-cü ildən Bakı şəhərindəki 15 saylı məktəbdə (indiki BSU MLK) Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

Ramazanova Aybəniz Səlim qızı – 1986-cı ildə BDU-nun filologiya fakültəsini bitirmişdir. 1979-1987-ci illərdə 15 saylı məktəbdə katibə-makinaçı, 1987-1989-cu illərdə pioner baş dəstə rəhbəri kimi çalışmış, 1989-cu ildən isə həmin məktəbdə (indiki BSU MLK) Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

Sadıqova Nigar Firuz qızı – 1987-ci ildə BDU-nun ərəb dili və filologiyası, Azərbaycan dili və filologiyası ixtisasları üzrə bitirmişdir. 1989-cu ildən BSU-nun Müasir Azərbaycan dili kafedrasında, 2008-ci ildən eyni zamanda BSU MLK-da Azərbaycan dili müəllimi işləyir.

Ağayeva Tükəzban Əli qızı – 1988-ci ildə BDU-nun filologiya fakültəsini bitirmişdir. 1989-cu ildən Bakı şəhərindəki 15 saylı məktəbdə (indiki BSU MLK) Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir

Mürsəlova Xatirə Fərrux qızı – 1988-ci ildə ADPU-nun filologiya fakültəsini bitirmişdir. 1992-1993-cü illərdə Yerli Sənaye Texnikumunda, 1993-cü ildən isə 15 saylı məktəbdə (indiki BSU MLK) ixtisası üzrə müəllim işləyir.

Nəbiyeva İradə Gülmalı qızı – 1991-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Bir müddət Neftçala rayonunda, sonra isə Bakıdakı 42 və 207 saylı məktəblərdə ixtisası üzrə fəaliyyət göstərmişdir. 2003-cü ildən BSU-nun Məktəb-Lisey Kompleksində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

Qasımova Bənövşə Qəribağa qızı- 1992-ci ildə Azərbaycan Dövlət Dillər Universitetində ali təhsilini tamamlayaraq fransız dili müəllimi ixtisasına yitələnmiş, 1993-1998-ci illərdə Dillər Universitetndə və Bakı Avropa liseyində fransız dili müəllimi işləmişdir. 2000-ci ildə Bakı şəhəri Müəllimləri Təkmilləşdirmə və Yenidən Hazırlanma İnstitunda Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə tam yenidən hazırlanma kursunu bitirərək orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası almışdır. 1998-ci ildən BSU MLK-da fransız və Azərbaycan dili müəllimi işləyir.

Hüseynova İlahə Nadir qızı – 1996-cı ildə BDU-nun filologiya fakültəsini bitirmişdir. 2003-cü ildən 15 saylı orta məktəbdə (2010-cu ildən BSU MLK) müəllim işləyir.

Əhmədova Zülfiyyə İdris qızı – 1997-ci ildə BSU-nu bitirərək rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə ali təhsil almışdır. 2010-cu ildə BSU-da Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə tam yenidən hazırlanma kursunda orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələnmişdir. 2011-ci ildən BSU MLK-da Azərbaycan dili müəllimi işləyir.

Hacıyeva Leyla Saləddin qızı – 1999-cu ildə BDU-nun filologiya fakültəsini bitirmişdir. Həmi ildən Bakıdakı 15 saylı məktəbdə (indiki BSU MLK) Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

Qəribova Ruhəngiz Zöhrab qızı – 2000-ci ildə BDU-nun filologiya fakültəsini bitirmişdir. Həmin ildən də BSU MLK-da Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

Abbasova Könül Mehdi qızı – 2000-ci ildə BSU-nun Rus dili və Ədəbiyyatı fakültəsini bitirmişdir. 2005-ci ildə Respublika Müəllimləri Təkmilləşdirmə və Yenidən Hazırlanma İnstitutunda Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə tam yenidən hazırlanma kursunu bitirərək orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası almışdır. 2008-2010-cu illərdə Dillər Universitetinidə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə magistraturada oxumuşdur. 2006-cı ildən BSU MLK-da müəllim işləyir.

Cəlilova Fidan Şərif qızı – 2001-ci ildə APU-nu ibtidai təhsilin metodikası və pedaqogikası faküləsini bitirmişdir. 2002-ci ildə BSU Humanitar Liseyində UBR vəzifəsində çalışmışdır. 2006-cı ildə BSU-da Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə tam yenidən hazırlanma kursunu bitirərək orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası almışdır. 2007-ci ildən BSU-nun MLK-da Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim-assistent vəzifəsində çalışır.

Məmmədova Yeganə Hətəm qızı – 2005-ci ildə BSU-nu bitirib, həmin ildən BSU MLK-da Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 2009-cu ildən Kompleksdə tədris işləri üzrə direktor müavinidir.

 

.

 

Lisey nəşrləri


F.M. Fəttayev. Həndəsə-8
(VIII siniflər üçün dərs vəsaiti). – Bakı: Mütərcim, 2005. – 176 səh.

 
 

 
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi