Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan
English

Русский

www.bsuhl.edu.az


Baş səhifə
Direktorluq
Kafedralar
Metodbirləşmələr
Müəllimlərimiz
Nəşrlər
Məqalələr
Tədbirlər
Uğurlarımız
Beynəlxalq əlaqələr
Kompleksə qəbul
1Tədris kursları
Dərnəklər
Foto albom
Sınaq imtahanları
Xəbərlər

 

 

 

 

 

Metodbirləşmələr: Coğrafiya

Metodbirləşmə sədri: İsayeva Validə Kazım qızı

Coğrafiya metodbirləşməsində 5 müəllim fəaliyyət göstərir. Onlardan biri – Məmmədov İbrahim pedaqoji elmlər namizədidir. Müəllimlərin hər birinin əmək stajı 24 ildən çoxdur. Onların ixtisasartırma kurslarında iştirakı dövrü olaraq həyata keçirilir.

Hər tədris ilində coğrafiyadan qüvvədə olan fənn proqramları metodbirləşmə iclaslarında müzakirə edilir.

Müəllimlərimiz coğrafiya fənnindən tədrisin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təşkilati-pedaqoji tədbirlər üzrə rayon və liseydaxili metodbirləşmələrdə plana uyğun olaraq iştirak edirlər. Liseyin “Coğrafiya” divar qəzetində bu sahəyə aid yeni materiallar dövri olaraq işıqlandırılır.

Qarşılıqlı dərs dinləmələrin, açıq və qarşılıqlı dərslərin təşkili plana uyğun olaraq həyata keçirilir. Hər bir açıq dərsin yekunları geniş müzakirə edilir. Coğrafiya fənninin tədrisindəki interaktiv təlim metodlarından istifadə edilir.

Müəllimlərin elmi-metodik hazırlığı sahəsində işlər plana uyğun aparılır.

İsayeva Validə – Coğrafiya fənninin yüksək səviyyədə tədris olunması üçün bütün imkanlardan istifadə edir. Dərslərdə əyani vəsaitlərdən geniş istifadə edir. 2005-ci ildə “Pedoqoji mühazirələrdə” qalib olmuş, Bakı Şəhər Baş Təhril İdarəsinin III dərəcəli diplomuna layiq görülmüş, BSU-da keçirilən “İlin müəllimi” müsabiqəsinin qaliblərindən biri olmuşdur. Tədqiqatçı şagirdlərin hazırlanmasında yaxından iştirak edir. Dəfələrlə inteqrasiyalı dərsləri dinlənilmişdir. Şagirdləri Şagird Elmi Cəmiyyətinin və olimpiadaların diplomlarına layiq görülmüşdür.

İbrahim Məmmədov – pedaqoji elmlər namizədi. 1970-ci ildə ADPU-nun coğrafiya fakültəsin bitirmiş, təyinatla Abşeron rayonunun Giləzi kənd orta məktəbinə işə göndərilmişdir. 1999-cu ildən BSU Humanitar liseyində işləyir. 1998-ci ildən Azərbaycan ETPEİ-nin “Tarix və coğrafiyanın tədrisi metodikası“ şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.

İbrahim Məmmədov respublikanın tanınmış ziyalılarından biri kimi bu günü də gənclərimizin təlim və tərbiyəsinin yaxşılaşdırılması işində fəal iştirak edir. Bir sıra ali məktəblərdə tədrislə məşğuldur. O eyni zamanda elmi-tədqiqat işlərini uğurla davam etdirir.

 

Lisey nəşrləri


F.M. Fəttayev. Həndəsə-8
(VIII siniflər üçün dərs vəsaiti). – Bakı: Mütərcim, 2005. – 176 səh.

 
 

 
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi