Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan
English

Русский

www.bsuhl.edu.az


Baş səhifə
Direktorluq
Kafedralar
Metodbirləşmələr
Müəllimlərimiz
Nəşrlər
Məqalələr
Tədbirlər
Uğurlarımız
Beynəlxalq əlaqələr
Kompleksə qəbul
1Tədris kursları
Dərnəklər
Foto albom
Sınaq imtahanları
Xəbərlər

 

 

 

 
Dərnəklər

Kompleks sinifdənxaric və məktəbdənkənar tədbirlərində şagirdlərimiz həvəslə iştirak edir və böyük uğurlar qazanırlar. Şagirdlər üçün eyni zamanda xor, musiqi alətlərində ifa, “Bacarıqlı əllər”, “Gənc rəssamlar” dərnəkləri, “Sfera” dram studiyası fəaliyyət göstərir. Bütün təqvim ili ərzində dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, müsabiqələr, sərgilər, bayram şənlikləri, ekskursiyalar keçirilir, onların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı təmin olunur.

«Sfera» dram studiyası

«Sfera» dram studiyası 1997-1998 dərs ilində BSU-nun dosenti. Məktə-Lisey Kompleksinin əməkdaşı F.R.Muradovanın rəhbərliyi altında təşkil olunmuşdur.
Fəaliyyət göstərdiyi müddət ərzində «Sfera» dram studiyası əsas diqqəti dünya ədəbiyyatının klassik irsinə, daha dəqiq desək, A.S.Puşkinin, N.V.Qoqolun, M.Y.Lermontovun, V.Şeksperin, Molyerin, S.Vurğunun, C.Cabbarlının və başqa əsərlərə yönəltmişdir.
Kompleksin şagirdləri, BSU filologiya fakültəsinin tələbə və magistrantları öz gücü ilə hər il müəyyən əlamətdar günə aid, və ya hər hansı yazıçının yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr keçirilmişdilər. Belə ki, son illər ərzində Puşkinin «Yevgeni Onegin», «Boris Qodunov» bir sıra nağıl və poemaları, M.V.Qoqolun «Müfəttiş», D.İ.Fonvizinin «Cahil», Şeksperin «Romeo və Cülyetta», «Hamlet», S.Vurğunun «Vaqif», A.P.Çexovun «Qağayı», C.Cabbarlının «Sevil» və digər əsərləri (tam və hissələrdə) cəhnələşdirilmişdir.
Hal-hazırda N.V.Qoqolun «Müfəttiş», eləcə də M.Y.Lermontovun «Maskarad», A.S.Puşkinin «Kiçik faciələr» və A.S.Qriboyedovun «Ağıldan bəla» komediyasının quruluşu üzərində iş aparılır.

_________________________

“Bacarıqlı əllər” dərnəyi

Dərnək 2000-ci ildən fəaliyyət göstərir. Dərnəyimizin üzvləri tətbiqi incəsənətin müxtəlif sahələrinə aid əl işləri hazırlayıb, nümayiş etdirirlər. Bu dərnək şagirdlərdə estetik hisi tərbiyə edərək, diqqəti, fantaziyanı, yaddaşı və sə inkişaf etdirir. ”Bacarıqlı əllər”rəsm dərnəyində uşaqların incəsənətə meylinin daha da artmasi və qabiliyyətlərinin təkmilləşdirilməsi üçün çalışırıq. Dərnək üzvləri bir-birindən gözəl,maraqlı rəsmləri və əl işləri ilə seçilirlər.  Muradova Maral, Vəlicanlı Gövhər, Vəlicanlı Cəlaləddin, Əliyev Rasim, Cəbrayilov Emil, Karasavidi Elina, İsmayilova Lalə, İmanova Elvira,  İsgəndərova Günay, Göyüşova Nəzrin, Baxşəliyeva Ceyla, Axundzadə Vaqif  və başqa şagirdlər dərnəyin fəallarıdırlar.

________________________________

“Gənc rəssamlar”  dərnəyi

BSU-nun Humanitar Liseyində fəaliyyət göstərən maraqlı dərnəklərdən biri də “Gənc rəssamlar” rəsm dərnəyidir. Dərnək 2005-ci ildən fəaliyyət göstərir. Liseyin şagirdləri bu dərnəkdə böyük həvəslə iştirak edirlər. Liseyimizdə tez-tez dərnəyin fəallarının əl işləri və rəsmləri nümayiş olunan sərgilər keçirilir: «31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nə həsr olunmuş sərgi, “Yaşa, doğma Azərbaycan”, “Biz faşizmə qalib gəldik”, “Puşkin dünyası” və s.
Dərnəyimizin kiçik rəssamları hətta bir çox müxtəlif rəsm sərgilərində və müsabiqələrində iştirak edərək mükafatlandırılıblar.
Liseyimizdə görkəmli rəssamlarla təşkil olunan görüşlər uşaqların rəssamlığa, incəsənətə marağının artmasına və estetik zövqünün formalaşmasına müsbət təsir göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 22 dekabr 2008-ci il sərəncamına əsasən 2009-cu il “Uşaq ili”elan edilmişdir. Bununla əlaqədar olaraq “İnkişaf və Dünya”ictimai birliyi “Mənim sevimli nağılım”adlı rəsm sərgisi keçirmişdir. Bu sərgiyə liseyimizin də bir neçə şagirdinin rəsmləri təqdim edilmişdir. Azərbaycanın əməkdar rəssamı, professor Rafael Muradov sərgi ilə əlaqədar liseyimizdə olmuş və müsabiqəyə qatılan gənc rəssamlara öz dəyərli məsləhətlərini vermişdir. Təqdim edilmiş rəsmlərdən Səbinə Babayevanın rəsmləri seçilmiş və sərgidə  nümayiş olunmuşdur.
Sevindirici haldir ki, liseyimizdə istedadlı şagirdlər çoxdur. ”Bacarıqlı əllər” rəsm dərnəyində uşaqların incəsənətə meylinin daha da artmasi və qabiliyyətlərinin təkmilləşdirilməsi üçün çalışırıq. Dərnək üzvləri bir-birindən gözəl, maraqlı rəsmləri və əl işləri ilə seçilirlər.  Cəbrayılov Emil, Karasavidi Elina, İsmayilova Lalə, Asayev Camal,  İsgəndərova Günay Seyidzadə Lalə və başqa şagirdlər dərnəyin fəallarıdırlar.

_____________________________

Fortopianoda ifa dərnəyi

Şagirdlərdə musiqi duyumunu və musiqi alətlərində ifa bacarığını inkişaf etdirmək üçün Kompleksdə fortepiano dərnəyi təşkil edilmişdir. Dərslər fərdi qaydada keçirilir.

Tədris ili ərzində şagirdlərə not savadı, musiqi kitablarından kiçik əsərlər, xalq mahnıları, rəqslər, bəstəkar mahnıları, müxtəlif əsərlərdən mahnıların melodiyalarını oxuma yolu ilə ayırmaq və s. öyrədilir. Notu üzündən oxumaq, sadə məşğələləri mənimsəmək, fərdi qabiliyyəti üzə çıxartmaq dərnəyin ümdə məqsədidir. Fortopianoda ifa tədris edilərkən, şagirdlərin estetik və musiqi zövgü formalaşdırılır, xalqımızın musiqisinə, mədəni irsinə məhəbbət və ehtiram aşılanır.

_______________________

Хоr

Кружок действует с 2000 года и охватывает все возрастные категории учащихся, ведь музыка играет важную роль в жизни людей, а для детей и подростков песня становится первым кумиром и возможностью выразить себя. Песня –  не только форма художественного отображения жизни,  но и форма общения людей. Научиться петь может каждый человек. Пение способствует укреплению дыхательной системы, снижает риск респираторно-вирусных заболеваний, помогает устранить дефекты речи.
Прежде всего, хоровое пение – коллективный вид исполнительства; занятия в хоре воспитывают в детях дисциплинированность,  чувство долга и  ответственности за общий труд. Во время занятий хоровым пением и вокалом мы развиваем в наших учениках слух, чувство ритма и другие музыкальные способности, открываем новые таланты среди наших учащихся.

___________________________

İdman həyatı

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri fiziki tərbiyə dərslərində böyük həvəslə məşğul olurlar. “Basketbol”, “Bədii gimnastika”, “Voleybol”, “Şahmat” bölmələri üzrə keçirilən məşğələlər uşaqların orqanizminin inkişafına kompleks şəkildə təsir edir. Liseydə sağlamlıq işi il ərzində aparılır. Fiziki tərbiyə dərslərinin hamısında qamətin düzgünlüyü, tənəffüs gimnastikasının elementləri, yastıpəncəliliyin profilaktikası ilə bağlı məşğələlər də aparılır.
Şagirdlər məktəbdaxili və məktəblərarası yarışlarda fəal iştirak edirlər.

 

 


 
 


 

 
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi