Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan
English

Русский

www.bsuhl.edu.az


Baş səhifə
Direktorluq
Kafedralar
Metodbirləşmələr
Müəllimlərimiz
Nəşrlər
Məqalələr
Tədbirlər
Uğurlarımız
Beynəlxalq əlaqələr
Kompleksə qəbul
Dərnəklər
Foto albom
Xəbərlər

 

 

 

 

 

Direktorluq
 

Carçıyeva İlahə Maksim qızı (direktor)
filologiya elmləri namizədi, dosent

1964- ildə Qazax şəhərində anadan olmuşdur. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Bakı Slavyan Universitetinin (əvvəlki M.F.Axundov adına APRDƏİ) sovet ədəbiyyatı kafedrasında laborant vəzifəsinə qəbul edilmişdir. 1989-cu ildə əyani aspiranturaya daxil olmuş, 1994-cü ildə aspiranturanı bitirdikdən sonra XX əsr rus ədəbiyyatı kafedrasına müəllim vəzifəsində işləməyə başlamışdır. 1994-cü ildə “Hüseyn Cavidin pyesləri rus tərcümələrində” adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 1996-cı ildə XX əsr rus ədəbiyyatı kafedrasında baş müəllim, 2001-ci ildə isə dosent vəzifəsinə keçirilmiş, 2008-ci ildə dosent elmi adına layiq görülmüşdür. 1999-cu ildən etibarən həm də Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində (əvvəlki BSU Humanitar liseyi) rus dili və ədəbiyyat müəllimi vəzifəsində çalışmışdır. 2003-cü ildən rus ədəbiyyatı tarixi kafedrasında 0.5 şt.v. əvəzçi dosent vəzifəsində qalmaqla Məktəb-Lisey Kompleksində rus dili və ədəbiyyat müəllimi və fənn metodbirləşmə sədri (kafedra müdiri) kimi fəaliyyətimi davam etdirmişdir.

2009-cu ildə Respublika Prezidentinin sərəncamı ilə keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş, 2013-cü ildə isə Moskvada keçirilən “Xarici ölkələrin ən yaxşı dil və ədəbiyyat müəllimi” Beynəlxalq müsabiqəsində “Xaricdə rus dili və ədəbiyyatının təbliği” nominasiyasının qalibi kimi diplom və qızıl döş nişanına layiq görülmüşdür.

Tədris rus dilində aparılan Azərbaycan məktəbləri üçün “Ədəbiyyat” dərslikləri (7, 8, 11-ci siniflər) və proqramın həmmüəllifi, ali məktəb tələbələri üçün rus ədəbiyyatı tarixinə dair dərslik vəsaitlərinin, ədəbiyyat tarixi, ədəbi əlaqələr, rus dili və ədəbiyyatının tədrisi metodikasına həsr olunmuş 50-yə yaxın elmi məqalənin müəllifidir. 2008-ci ildə Moskvada keçirilən XII Beynəlxalq Rus Dili Olimpiadasında Azərbaycan məktəbliləri qrupuna rəhbərlik etmişdir.

Xaricdə keçirilmiş bir sıra beynəlxalq konfrans, seminar-treninq və ixtisasartırma kurslarının (Moskva, Sankt-Peterburq, London) iştirakçısı olmuşdur.

Ailəlidir, üç uşaq anasıdır.

2014-cü ilin may ayında BSU Məktəb-lisey kompleksinin direktoru vəzifəsinə təyin olunmuşdur.

E-mail: ilaha2008@mail.ru

 

Həsənova İlahə Nadir qızı (direktor müavini)

2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini fərqlənmə ilə bitirmişdir. 2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsində magistraturanı bitirmişdir 2003-2007 illərdə Azərbaycan beynəlxalq universitetinin fənnlərin tədrisi metodikası kafedrasında riyaziyyat müəllimi işləmişdir. 2010-cu ildən Bakı Slavyan Universitetinin nəzdində Məktəb Lisey Kompleksində riyaziyyat-informatika müəllimi işləyir. 2012-ci ildən riyaziyyat fənn kurikulumu təlimçisidir. 2018-ci ildə Azərbaycan respublikası Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitunun Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrinin direktor, direktor müavinləri üçün keçirilən təlimi uğurla bitirmişdir. 2019-cu ildən Bakı Slavyan Universiteti nəzdində Məktəb Lisey Kompleksində təmayül işləri üzrə direktor müavini vəzifəsində işləyir.

E-mail: ilahenadirqizi@gmail.com

 

 

 

Təhməzova Şəfa Arif qızı (direktor müavini)

1991-cı ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1995-ci ildən Quba rayonunun 2 saylı orta məktəbində, 2005-ci ildən isə Nəsimi rayon 15 saylı orta məktbində riyaziyyat müəllimi kimi işləmişdir. 2008-ci ildən həmin məktəbin həmkarlar təşkilatının sədridir. 2013-cü ildən təmayül işləri üzrə direktor müavini vəzifəsində işləyir.

 

Naibə Kərimova (təşkilatı işlər üzrə direktor müavini)

1997-ci ildə M.F.Axundov adına APRDƏİ-ni fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildən BSU Məktəb-Lisey kompleksində işləyir. AMEA-nın Ədəbiyyat institunun aspirantıdır. ”Dünya ədəbiyyatında Məhəmməd Peyğəmbər obrazı (Vaşinqton İrvinqin “Məhəmmədin həyatı” əsəri əsasında)” mövzusunda iş üzərində çalışır. Təhsil Nazirliyi və Azərbaycan Respublikasında Rusiya Federasiyası Səfirliyinin 2010-cu ildə keçirdiyi  “İlin ən yaxşı rus dili müəllimi” müsabiqəsinin qalibidir.
E-mail: naibakarim@rambler.ru

 

 

 

 

 

 

 

Lisey nəşrləri


F.M. Fəttayev. Həndəsə-8
(VIII siniflər üçün dərs vəsaiti). – Bakı: Mütərcim, 2005. – 176 səh.

 
 

 
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi