Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan English Русский

www.bsuhl.edu.az


Head page
Directorate
Method’s unity
Publication
Articles
International Relations
Admition
Circles
Photo album
Hot line
News

 

 

 

 

 

Metodbirləşmələr: Azərbaycan dili və ədəbiyyatı

Metodbirləşmə sədri: ped.e.namizədi, Məmmədov Akif Güləli oğlu

Azərbaycan dili və ədəbiyyatı metodbirləşməsi lisey yarandığı gündən fəaliyyət göstərir. Metodbirləşmə hazirda öz tərkibində həm təcrübəli, həm də gənc mütəxəssisləri birləşdirir. Metodbirləşmənin üzvlərindən ikisi elmlər namizədidir:  
A.Məmmədov – pedaqoji elmlər namizədi, Şəhla Əhmədova isə  filologiya elmləri namizədi. Səmimi kollektiv şəklində fəaliyyət göstərən fənn metod­bir­ləş­məsində gənc pedaqoqlara qayğı, qabaqcıl təcrübənin öyrənilib yayılması, müasir təlim metodlarından istifadə, dövlət və hökumətin məktəb qarşısında qoyduğu vəzifələri əzmlə həyata keçirmək diqqət mərkəzindədir. Elə bunun nəticəsidir ki, liseydə Azərbaycan dili və ədəbiyyat fənləri üzrə böyük uğurlar əldə edilmişdir. Şagirdlərimiz fənn olimpiadalarında yüksək yerlər tutmuş, şagird elmi cəmiyyətində maraqlı məqalələrlə məruzələr etmiş, respublika üzrə keçirilən çoxsaylı tədbirlərdə bacarıqlarını göstərə bilmişlər. Metodbirləşmə üzvlərinin fəal iştirakı ilə hazırlanan tədbirlər – şair və yazıçılarla görüş, ədəbi-bədii gecələr, yubiley tədbirləri və s. lisey kollektivinin diqqətini cəlb etmiş və rəhbərlik tərəfindən qiymətləndirilmişdir.
Fənn metodbirləşməsinin aylıq bülleteni çıxır.

Məmmədov Akif – 1975-ci ildə Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələnmişdir. 1987- ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Uzun müddət Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalında şöbə müdiri işləmişdir, BSU Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimidir. Eyni zamanda, BSU Humanitar liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi, fənn metodbirləşməsinin sədridir. Çoxlu sayda elmi-metodiki kitabların və məqalələrin müəllifidir.

Əhmədova Şəhla – Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filo­lo­gi­ya fakültəsini bitirib. Filologiya elmləri namizədi, dosentdir. 2003-cü il Bakı Slav­yan Universiteti filologiya fakültəsi tərəfindən “İlin müəllimi” adına layiq görül­müş­dür. BSU-nun filologiya fakültəsinin Elmi Şurasının Elmi katibi, Azərbaycan di­li və ədəbiyyatı kafedrasının müdir müavinidir. TQDK-nın magistratura qəbulu üz­rə ekspert qrupuna daxildir. Ali və orta məktəblər üçün dərs vəsaitlərinin müəllifidir. 1996-cı ildən BSU Humanitar liseyində dil-ədəbiyyat müəllimi işləyir.

Kərimli Mahizər – 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji Univer­si­tetinin filologiya fakültəsini bitirmişdir. 1996-cı ildən Bakı Slavyan Universitetinin nəzdində yaradılmış Humanitar liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 1995-ci ildən Azərbaycan Respublikası Müəllimlərinin Yaradıcı İttifaqının üzvüdür. 1998-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində Bakı şəhəri üzrə II yeri tutmuşdur. “Azərbaycan müəllimi”, “Təhsil” və “Azərbaycan dili və ədəbiyyatın tədrisi” jurnalında metodik məqalələrlə çıxış etmişdir.

Bəxtiyarova Yeganə – 2005-ci ildə BSU-nun filologiya fakültəsini bitir­miş­dir. 2005-ci ildən BSU Humanitar liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

Qasımova Bənövşə  – 1992-ci ildə ADPU-nun fransız dili fakültəsini bitirmişdir. 2000-ci ildə Müəllimlərin yenidən hazırlanma və təkmilləşdirmə kursunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə təhsil almışdır. 1998-ci ildən  BSU Humanitar liseyində müəllim vəzifəsində işləyir.

Cəlilova Fidan – 2001-ci ildə APU-nun ibtidai təhsilin metodikası və peda­qo­gikası fakültəsini bitirmişdir. 2002-ci ilin sentyabr ayından BSU Humanitar lise­yində UBR vəzifəsində çalışmışdır. 2006-cı ildə BSU-nin Yenidən hazırlanma və İxtisasartırma kursunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə təhsil almış­dır. Hal-hazırda BSU Humanitar liseyində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim-assisent vəzifəsində çalışır.

Abbasova Könül – 2000-ci ildə BSU-nun rus dili və ədəbiyyatı fakültəsini bitirmişdir. 2005-ci ildə Müəllimlərin yenidən hazırlanma və təkmilləşdirmə kursunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə təhsil almışdır. 2006-cı ildən  BSU Humanitar liseyində müəllim vəzifəsində işləyir.

Sadıqova Nigar – 1987-ci ildə SM Kirov adına Universiteti Ərəb dili və filologiyası, Azərbaycan dili və filologiyası ixtisasları üzrə bitirmişdir. 2008-ci ildən liseydə müəllim vəzifəsində işləyir.

.

 

Lisey nəşrləri


F.M. Fəttayev. Həndəsə-8
(VIII siniflər üçün dərs vəsaiti). – Bakı: Mütərcim, 2005. – 176 səh.

 
 

 
© 2012 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi