Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan English Русский

www.bsuhl.edu.az


Head page
Directorate
Method’s unity
Publication
Articles
International Relations
Admition
Circles
Photo album
Hot line
News

 

 

 

 

 

Direktorluq

Cəfərov Telman Həmzağa oğlu
Direktor, filologiya elmləri doktoru, professor

Bakı Slavyan Universiteti Humanitar Liseyinin direktoru, Pedaqoji fakültənin Rus ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının professoru.

1985-ci ildə M.F.Axundov ad. APRDƏİ-ni (indiki Bakı Slavyan Universitetitni) fərqlənmə diplomu ilə bitirmiş, tələbə mübadiləsi xətti ilə 1983-1984-cü dərs ilində Həştərxan Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil almışdır. 1985-1988-ci illərdə təyinatla Yardımlı rayonu Vəlixanlı kənd məktəbində rus dili müəllimi işləmişdir. 1988-1991-ci illərdə M.F.Axundov ad. APRDƏİ-nin nəzdində əyani aspiranturada «Rus ədəbiyyatı» ixtisası üzrə təhsil almış, bu müddət ərzində (1988-1989) ordu sıralarına xidmətə çağırılmışdır. Əyani aspiranturanı vaxtından əvvəl başa çatdırmış və 1992-ci ildə «M.Y.Lermontovun nəsr əsərləri Azərbaycan ədəbiyyatşünaslığı və tərcümələrində» adlı namizədlik dissertasiyasını müdafiə etmişdir («Rus ədəbiyyatı» - 10.01.01 və Azərbaycan ədəbiyyatı – 10.01.03 ixtisasları üzrə).

1991-ci ildən bu günədək kafedranın laborantı, baş laborantı, müəllimi, dosenti və professoru vəzifələrində çalışmışdır, eyni zamanda Universitetin nəzdində fəaliyyət göstərən liseyin ( 1996-cı ildən «Turan» liseyi, 2000-ci ildən «Humanitar lisey» adları altında) direktorudur, 1993-cü ildə yaradılmış və bu gün də öz fəaliyyətini davam etdirən «Mütərcim» Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin təsisçisidir.

2004-cü ilin aprel ayında «Qədim rus ədəbiyyatında slavyan-türk əlaqələri» mövzusunda doktorluq dissertasiyası (Dünya ədəbiyyatı (Rus) – 10.01.02) müdafiə etmişdir.

Əsas elmi işləri

Monoqrafiyaları və tərtib etdiyi kitablar

  • М.Ю.Лермонтов. Очерк творчества, Баку, Азерб. книж. палата, 1997, 76 с.
  • Древняя Русь и тюрки: в летописях, воинских и исторических повествованиях, Баку, ИПО «Азербайджанская национальная энциклопедия», Баку, 2002, 256 с.
  • Тюркские элементы в русской литературе ХВ-ХВЫЫ веков, Москва, 2003, 100 с.
  • Славяно-тюркские связи в литературе Древней Руси, Баку, Китаб алями, 2003, 288 с.
  • Gümüş dövrün sirləri (Kamal Abdullanın tərcümələri). Məqalələrin müəllifi və tərtibçi, Bakı, Mütərcim, 2002.
  • Sbornik kontrolğnıx rabot po russkomu əzıku i literature dlə 2-11 klassov azerbaydjanskoy şkolı, Bakı, Mutardjim, 2003, 112 s. (v soavtorstve s M.Qiəsbeyli).
  • M.Y.Lermontov. Seçilmiş əsərləri, Bakı, Öndər, 2005 (Tərtibçi və Ön sözün müəllifi).
  • A.S.Puşkin. Seçilmiş əsərləri, Bakı, Lider, 2005 (Tərtibçi)
  • A.S.Puşkin. Seçilmiş əsərləri, 2 cilddə, Bakı, Avrasiyapres, 2007 (Tərtibçi və Ön sözün müəllifi).
  • M.A.Şoloxov. Sakit Don, Bakı, Avrasiyapres, 2007 (Tərtibçi və Ön sözün müəllifi).

Dərsliklər və dərs vəsaitləri

  • Проза М.Ю.Лермонтова в азербайджанском литературоведении и переводах. Пособие для спецкурсов по русско-азерб. лит.связям, Баку, 1993, 126 с..
  • Русская литература первой половины 19-го века, Баку, 1999 (соавтор).
  • Программа по истории русской литературы, Баку, 2002 (соавтор).
  • Программа по литературе для 5-11 классов общеобразовательных школ республики с русским языком обучения, Баку, 2006 (соавтор).
  • Литература. Учебник для 7-го класса общеобразовательных школ республики с русским языком обучения, Баку, 2006 (соавтор).
  • Литература. Учебник для 8-го класса общеобразовательных школ республики с русским языком обучения, Баку, 2006 (соавтор).
  • Məktəblinin ədəbiyyat lüğəti, Bakı, 2007 (müəlliflərdən biri).

Məqalələr (150-dən çox)

  • Отражение русско-тюркских отношений 15-16-го веков в «Казанской истории» // Русистика в СНГ, СПб, Златоуст, 2002, с.92-103.
  • Тюркские элементы в «Повести временных лет» // Диалог литератур, Болгария (Шуменский университет), 2002, с.92-103; Кыргызская государственность: история и современность, Бишкек, 2005, с.125-132
  • Русско-турецкие контакты в описании русских посольских повестей // Герменевтика древнерусской литературы, Москва, ИМЛИ им. М.Горького, ИЗд-во «Языки славянской культуры», с. 887-893.
  • Дискуссия вокруг лермонтовской записи азербайджанского народного сказания «Ашыг Гариб» // Русский язык и литература в Азербайджане, Баку, 2004, № 4, с. 64-70.
  • Образ Магмет-салтана в «Повести о взятии Царьграда турками» // Лит. Азербайджан, Баку, 2003, с.84-89.
  • «Сказание о Мамаевом побоище» в цикле произведений о Куликовской битве// Bakı Slavyan Universitetinin Elmi əsərləri, Dil və ədəbiyyat seriyası, Bakı, 2004, № 1, s. 124-130.
  • Günümüzün ən ağrılı problemi – repetitorluq // Azərbaycan müəllimi, 2005, 11 mart və s.

Elmi-filoloji və bədii tərcümələri

  • M.Aci. Qıpçaq çölünün yovşanı (bir parça) // Mütərcim, 1996, № 1.
  • Q.V.Nosovski, A.T.Fomenko. Rus, İngiltərə və Romanın qədim tarixinin yeni xronologiyası və konsepsiyası (Bir neçə fəslin tərcüməsi) // Mütərcim, 1988, № 3, s. 77-81.
  • S.A.Pletnyova. Poloveslər (Bir neçə fəslin tərcüməsi), // Mütərcim, 1998, 2000, № 1.
  • R.N.Saviski. Rus tarixinin Avrasiya konsepsiyası // Azadlıq, 2000, 4 iyul.
  • E.Xara-Davan. Monqol Rusu. Çingiz xan və monqol sferası (bir neçə fəslin tərcüməsi) // Mütərcim, 2003, № 3-4; 2004, № 1-2.
  • F.M.Dostoyevski. Karamazov qardaşları. Dörd hissədən ibarət roman. (Romanın iki hissəsinin tərcüməsi) // Mütərcim, 2005, № 1, 2-3; 2006, № 1-2; 2007, № 1-2.

Dövri elmi, bədii və tərcümə nəşrlərində iştirakı

  • 1996-cı ildən nəşr olunan «Mütərcim» jurnalının baş redaktoru;
  • 2003-cü ildən yeni tərtibatla işıq üzü görən «Azərbaycanda rus dili və ədəbiyyatı» jurnalının baş redaktorunun müavini;
  • 1997-ci ildən mütəmadi olaraq nəşr olunan «Humanitar elmlərin aktual problemləri» adlı ali məktəblərarası elmi məcmuəsinin buraxılışına məsul şəxs;
  • 2006-cı ildən nəşr olunan «Azərbaycanda xarici dillər» jurnalının redaksiya heyətinin üzvü və s.

Müxtəlif şuralarda iştirakı

  • BSU Elmi Şurasının üzvü, Elmi Şuranın Elm və təhsil komissiyasının sədri;
  • Azərbaycan Resrublikası Təhsil Problemləri İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının üzvü;
  • Azərbaycan Resrublikası Təhsil Nazirliyində «Ədəbiyyat» fənni üzrə (rus bölməsi üçün) milli kurrikulum qrupunun üzvü;
  • Azərbaycan Yazıçılar Birliyi Tərcümə şurasının və Nəzarət-təftiş komissiyasının üzvü.

Beynəlxalq tədbirlərdə iştirakı

  • 1998-ci ildə Budapeştdə keçirilən tədris ədəbiyyatlarının tərtibi və nəşri üzrə həftəlik seminar-treninqin iştirakçısı;
  • 1999-2000-ci illərdə Tbilisidə tədris ədəbiyyatlarının tərtibi, nəşri və marketinqi üzrə keçirilən seminar-treninqlərin iştirakçısı;
  • 2002-ci ildə ROSZARUBEJSENTR-in rus dilinin xarici dil kimi tədrisi ilə bağlı təşkil etdiyi konfrans və seminar-treninqlərdə iştirak (Moskva);
  • 2003-cü ildə Moskva Dövlət Pedaqoji Universiteti və Moskva Açıq İnstitutunda təkmilləşdirmə keçən rus dili və ədəbiyyatı müəllimləri qrupuna rəhbərlik;
  • 2003-cü ildə rusdilli məktəblərin direktorları üçün beynəlxalq seminarda iştirak (Moskva);
  • 2004-cü ildə M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda fəaliyyət göstərən Qədim rus ədəbiyyatı həvəskarları cəmiyyətinin seminarlarında iştirak və çıxış;
  • 2004- cü ildə MDB ölkələrində ümumi tədris məkanının yaradılması ilə bağlı Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən konfransda iştirak;
  • 2005-ci ildə Moskvada, Tbilisi və Batumidə keçirilən MAPRƏL tədbirlərində iştirak;
  • 2005-ci ildə rus dili və ədəbiyyatının tədrisi ilə bağlı Neva Dil və Mədəniyyət İnstitutunda keçirilən konfrans və seminar-treninqlərdə iştirak.
  • 2006-cı ildə Moskvada keçirilən Beynəlxalq “Bibliobraz” festivalında iştirak;
  • 2007-ci ildə Moskvada keçirilən “Rus dili və pravoslav mədəniyyəti” tədbirində iştirak;
  • 2008-ci ildə bir qrup ziyalılarla birgə İran İslam Respublikasında — Tehran Universitetində olmuşdur.

E-mail: telman_jafarov@mail.ru
Tel.: (012) 497 06 25
Mob.: (055) 437 45 07

 

Lisey nəşrləri


F.M. Fəttayev. Həndəsə-8
(VIII siniflər üçün dərs vəsaiti). – Bakı: Mütərcim, 2005. – 176 səh.

 
 

 
© 2012 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi