Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan
English

Русский

www.bsuhl.edu.az


Baş səhifə
Direktorluq
Kafedralar
Metodbirləşmələr
Müəllimlərimiz
Nəşrlər
Məqalələr
Tədbirlər
Uğurlarımız
Beynəlxalq əlaqələr
Kompleksə qəbul
1Tədris kursları
Dərnəklər
Foto albom
Sınaq imtahanları
Xəbərlər

 

 

 

 

 

Kafedralar: Fizika-riyaziyyat

Kafedra müdiri : Fəttah Fəttayev

E-mail: fattah@mail.ru
Telefon: (050) 280 09 79 (mob.)

Metodbirləşmə iclaslarında proqram materialları, təqvim planları, sistematik kursların, fakültativ məşğələlərin proqramları müzakirə olunur. Fənlərin tədrisi zamanı qarşıya çıxa biləcək problemli məsələlərin həlli istiqamətində iş aparılır.

Açıq dərslər, qarşılıqlı dərs dinləmələri təşkil olunur və metodbirləşmə iclaslarında müzakirələr aparılır. Yarımillik və illik test tapşırıqlarının hazırlanmasının əsas prinsipləri müəyyənləşdirilir.

Metodbirləşmə fizika-riyaziyyat fənlərinə şagirdlərin marağını artırmaq, onların dünyagörüşünü, riyazi təfəkkürünü inkişaf etdirmək üçün müxtəlif tədbirlər – viktorinalar, riyaziyyat gecələri və s. təşkil edir. Fənn metodbirləşməsinin aylıq bülleteni çıxır.

Metodbirləşmə öz işini lisey rəhbərliyi tərəfindən təsdiq olunmuş iş planı əsasında qurur. Müəllimlər müasir təlim metodlarından istifadə etməklə tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına çalışırlar. Onlar interaktiv təlim metodlarına üstünlük verir, şagirdlərin fəallığını maksimum təmin etməyə çalışırlar. Bunun nəticəsi olaraq fizika-riyaziyyat fənləri şagirdlər tərəfindən maraqla qarşılanır və sevilir. Şagirdlərimiz müxtəlif müsabiqələrdə, fənn olimpiadalarında, şagird elmi cəmiyyətində uğurla iştirak edirlər.

Müəllimlər pedaqoji fəaliyyətlə yanaşı həm də elmi yaradıcılıqla məşğul olurlar. Onlar müxtəlif dərslik və dərs vəsaitləri hazırlayır, konfrans və müsabiqələrdə iştirak edir, mətbuatda elmi və elmi-kütləvi məqalələrlə çıxış edirlər. Buna misal olaraq F.Fəttayevin “Fizika-7”, “Həndəsə”, “Fizika düsturları”, “Həndəsə – 7”, “Həndəsə – 8”, R.Şahbazovun “Fizika kursunda fəlsəfi məsələlər” kitablarını, A.Məmmədovanın “Riyaziyyat dərslərində biliklərin yoxlanması və qiymətləndirilməsinə psixoloji yanaşmanın problemləri” mövzusunda pedaqoji mühazirəsini, İ.İbrahimovanın “İkinci tərtib parabolik tənliklər”, G.Babayevanın “Üçüncü tərtib psevdo parabolik tənliklər üçün qarışıq məsələlərin həlli” məqalələrini göstərmək olar.

Metodbirləşmə üzvləri dəfələrlə pedaqoji mühazirələrdə iştirak etmiş, rayon və respublika turlarında yüksək yerlər tutmuşlar.

Metodbirləşmə üzvləri tədris zamanı TQDK-nın vəsait və testlərindən istifadə edir, şagirdlərin qəbul imtahanlarında yüksək bal toplamasına çalışırlar.

Metodbirləşmənin üzvləri:

Fəttayev Fəttah Müştəba oğlu – 1992-ci ildə Azərbaycan Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildən pedaqoji fəaliyyətə başlamışdır. 1998-ci ildə ABPK İA və YH İnstitutunu bitirərək ikinci ali təhsilini almışdır. 1997-ci ildən BSU Humanitar liseyində riyaziyyat-informatika müəllimi vəzifəsində işləyir, fizika-riyaziyyat metodbirləşməsinin rəhbəridir.

Şahbazov Rafət Məmmədəli oğlu – 1992-ci ildə Azərbaycan Pedaqoji Universitetinin fizika fakültəsini, 1999-cu ildə ABPK İA və YH İnstitutunun psixologiya fakültəsini bitirmişdir. 1998-ci ildən BSU-nun Humanitar liseyində işləyir, liseyin təlim-tərbiyə işləri üzrə direktor müavinidir.

Məmmədova Ana Ağa qızı – 1979-cu ildə S.Kirov adına ADU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1984-cü ildə həmin universiteti bitirmişdir. 2003-cü ildən BSU-nun riyaziyyat və informatika kafedrasında, 2004-cü ildən isə BSU-nun Humanitar liseyində riyaziyyat müəllimi işləyir.

Babayeva Gülnaz Nəriman qızı – 1998-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 2002-ci ildə bu fakültənin bakalavr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə magistratura təhsil pilləsində təhsilini davam etdirmişdir. 2004-cü ildə bu təhsil pilləsini də fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildən BSU-nun Humanitar liseyində riyaziyyat müəllimi kimi çalışır.

İbrahimova İradə Sultan qızı – S.Kirov adına ADU-nun mexanika-riyaziyyat fakültəsini bitirmiş və Elmlər Akademiyasında hesablama mərkəzində proqramist vəzifəsində çalışmışdır. Sonra isə BSU-nun riyaziyyat və informatika kafedrasında müəllimlik vəzifəsinə başlamışdır. Hal-hazırda həm BSU-da, həm də BSU-nun Humanitar liseyində riyaziyyat müəllimi kimi fəaliyyət göstərir.

Moiseyeva Yuliya Pavlovna – 1991-ci ildə S.Kirov adına BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1996-cı ildə həmin fakültəni bitirmişdir. 1997-ci ildən BSU-nun Humanitar liseyində riyaziyyat müəllimi kimi işləyir.

Eyvazova Sitarə Mahir qızı – 2003-cü ildə BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 2007-ci ildə həmin fakültəni bitirmişdir. 2007-ci ildən BSU-nun Humanitar liseyində riyaziyyat müəllimi işləyir.

Zelenkova Yelena Anatoluyevna – 1993-cü ildə BDU-nun fizika fakültəsinə daxil olmuş və 2000-2003-cü ildə AMEA-da aspiranturada təhsilini davam etdirmişdir. 2007-ci ildən BSU-nun Humanitar liseyində fizika müəllimi kimi işləyir. Əsas iş yeri  AMEA Radiasiya Problemləri İnstitutudur.

 



 
 
 

 
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi