Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan
English

Русский

www.bsuhl.edu.az


Baş səhifə
Direktorluq
Kafedralar
Metodbirləşmələr
Müəllimlərimiz
Nəşrlər
Məqalələr
Tədbirlər
Uğurlarımız
Beynəlxalq əlaqələr
Kompleksə qəbul
Dərnəklər
Foto albom
Xəbərlər

 

 

 

 

 

Kafedralar

BSU Məktəb-Lisey Kompleksində fəaliyyət göstərən kafedralar Bakı Slavyan Univrsitetinin rektoru, professor K. M. Abdullayevin 07 dekabr 2011-ci il tarixdə imzaladığı 28 saylı əmrlə Məktəb-Lisey Kompleksinin metodbirləşmələrinin bazası əsasında yaradılmış, kafedraların Əsasnaməsi BSU-nun Elmi Şurasının 30 dekabr 2011-ci il tarixli iclasında (24 saylı protokol) müzakirə və təsdiq edilmişdir.

Kafedraların fəaliyyət istiqəmətləri, əsasən, aşağıdakılardır:

  • BSU-nun müvafiq qurumları ilə sıx əlaqədə fəaliyyət göstərmək;
  • fənlər üzrə təqvim-tematik planların tərtibi, müzakirəsi və təsdiqi;
  • fakültativ məşğələlərin, seçmə fənlərin, tədris kursları proqramlarının tərtib edilib pedaqoji şuranın müzakirəsinə verilməsi;
  • müəllimlərin elmi-metodik işlərinin müzakirə və təsdiqi;
  • Komleksdə fənlərin yüksək səviyyədə tədrisinın təşkilı;
  • uyğun fənlərlə bağlı müəllim və şagirdlərin respublika üzrə keçirilən yarış və müsabiqələrdə iştirakının təmin edilməsi;
  • sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili və keçirilməsi;
  • MLK müəllimlərinin iştirakı ilə metodik vəsaitlərin hazırlanması;
  • yoxlama yazı işlərinin, test tapşırıqlarının, sinifdənxaric oxu materiallarının, sorğu və imtahan tapşırıqlarının tərtib və təsdiq edilməsi;
  • açıq dərslər, qarşılıqlı dərs dinləmələrinin təşkili;
  • tədris proqramları, dərsliklər, dərs vəsaitləri, fənn kurrikulumlarının materiallarının öyrənilməsi və dərs prosesində istifadəsi üçün tövsiyələrin hazırlanması;
  • fənlərin tədrisi zamanı qarşıya çıxa biləcək problemli məsələlərin həlli.
 

Azərbaycan dili və ədəbiyyatı kafedrası

Kafedra müdiri:
Məmmədov Akif Güləli oğlu

 

Riyaziyyat-informatika kafedrası

Kafedra müdiri:
Vahubova İlhamə Gülmirzə qızı

 

Rus dili və ədəbiyyatı kafedrası

Kafedra müdiri:
Şirməhəmmədova İradə Məclum qızı

 
Xarici dillər kafedrası

Kafedra müdiri:
Allahverdiyeva Aliyə Rüstəm qızı


 

 
 

 

 
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi