Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan
English

Русский

www.bsuhl.edu.az


Baş səhifə
Direktorluq
Kafedralar
Metodbirləşmələr
Müəllimlərimiz
Nəşrlər
Məqalələr
Tədbirlər
Uğurlarımız
Beynəlxalq əlaqələr
Kompleksə qəbul
1Tədris kursları
Dərnəklər
Foto albom
Sınaq imtahanları
Xəbərlər

 

 

 

 

 

Metodbirləşmələr: Kimya-biologiya

Metodbirləşmə sədri: Zeynalzadə Mehriban Musa qızı

Kimya-biologiya fənn metodbirləşməsində 5 nəfər müəllim fəaliyyət göstərir.

Kimya-biologiya fənn metodbirləşmə iclaslarında fənlər üzrə tədris proqramları, təqvim planları, təlimin yeni metodlarının tətbiqi məsələləri, təlimin keyfiyyəti, qiymətləndirmə, şagird-müəllim münasibətləri və digər məsələlər müzakirə olunur. Vaxtaşırı olaraq açıq dərslər, qarşılıqlı dərs dinləmələri təşkil olunur və geniş müzakirə edilir. Müəllimlər dərslərdə müasir təlim metodlarından məqsədyönlü şəkildə istifadə edirlər. Şagirdlərdə kimya fənninə maraq oyatmaq məqsədi ilə bir sıra işlər görülür. Belə ki, praktik işlərin keçirilməsi, şagirdlərin olimpiadalara hazırlaşması, müxtəlif tədbirlərrin keçirilməsində metodbirləşmə ardıcıl proqramla işləyir.

Kimya və biologiya müəllimləri liseydaxili və liseydənkənar tədbirlərdə fəal iştirak edirlər. Kimya müəllimi Quliyeva Məhin 2004-cü ildə Bakı şəhəri üzrə “İlin ən yaxşı müəllimi” müsabiqəsində I yeri, biologiya müəllimi Rüstəmova Gülnar “Təlimdə müasir yanaşmaların təşəkkülü ili” nin davamı tədbirlər çərçivəsində keçirilən pedaqoji mühazirələrin müsabiqəsində I yeri tutmuşlar.

Metodbirləşmə üzvləri Təhsil Nazirliyinin xətti ilə keçirilən müxtəlif tədbirlərdə, TQDK-nın keçirdiyi seminarlarda iştirak edirlər.

Zeynalzadə Mehriban (kimya) – 1990-cı ildə BDU-nun kimya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Ümumittifaq əhəmiyyətli «Olefinlər» Elmi-tədqiqat İnstitutunda kiçik elmi işçi vəzifəsi ilə başlamışdır. 2000-ci ildən BSU humanitar liseyində kimya müəllimi işləyir. Müasir və klassik təlim metodlardan istifadə edir. TQDK-nın təşkil etdiyi seminarlarda mütəmadi olaraq iştirak edir.

Quliyeva Məhin (kimya) – 1986-cı ildə BDU-nun kimya fakültəsini bitirmişdir. 18 il pedaqoji stajı var. Dərsdə əyaniliyi təmin edir və müasir təlim metodlarına geniş yer ayırır.

Əliyeva Leyla (biologiya) – 2000-ci ildə BDU-nun biologiya fakültəsini bitirmişdir. 6 il pedaqoji stajı var. Klassik təlim metodlarına daha çox üstünlük verir. Vaxtaşırı müasir təlim metodlarından istifadə edir.

Abdullayeva Günay (biologiya) – 2001-ci ildə BDU-nun biologiya fakültəsini bitirmişdir. 5 il pedaqoji stajı var. Kombinə edilmiş dərslərə daha çox üstünlük verir.

Rüstəmova Gülnar (biologiya) – 1996-cı ildə APU-nun biologiya fakültəsini bitirmişdir. 7 il pedaqoji stajı var. İnteraktiv təlim metodlarından bütün dərslərdə istifadə edir. Bir sıra beynəlxalq və respublika əhəmiyyətli layihələrdə iştirak edir.

Adilova Aynur Məmməd qızı – 2003-cü ildə BDU-nun biologiya fakültəsini bakalavr və magistr dərəcələri üzrə bitirmişdir. Bİr müddət AMEA-nın “Genetik ehtiyatlar” institutunda kiçik elmi işçi vəzifəsində çalışmişdır. Hazırda BSU Humanitar liseyində işləyir.

 

Lisey nəşrləri


F.M. Fəttayev. Həndəsə-8
(VIII siniflər üçün dərs vəsaiti). – Bakı: Mütərcim, 2005. – 176 səh.

 
 

 
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi