Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan
English

Русский

www.bsuhl.edu.az


Baş səhifə
Direktorluq
Kafedralar
Metodbirləşmələr
Müəllimlərimiz
Nəşrlər
Məqalələr
Tədbirlər
Uğurlarımız
Beynəlxalq əlaqələr
Kompleksə qəbul
1Tədris kursları
Dərnəklər
Foto albom
Sınaq imtahanları
Xəbərlər

 

 

 

 

 

Nəşrlər / Fəttah Fəttayev


İslam və elm
Fəttah Fəttayev. İslam və elm - Bakı: Mütərcim, 2003. - 112 s. :ill.

Kitabda müsəlman alimlərinin dünya elminə verdikləri töhfələr, İslamın Avropaya təsiri tarixi faktlarla açıqlanır, İslam dininin elmə münasibəti, Qurani-Kərimin ecazkarlıq meyarları, Quranın elmi ayələri haqqında məlumat verilir, elm və dinin vəhdəti elmi şəkildə əsaslandırılır. Kitaba həmçinin dünya alimlərinin İslam və Qurani-Kərim haqqında fikirləri, Quranın möcüzəvi bir kitab olduğunu təsdiqləyən faktlar da daxil edilmişdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Fizika - 7
M.Ə.Kazımov, H.Q.Qasımov, F.M.Fəttayev. Fizika (VII siniflər üçün dərslik) Bakı, Mütərcim, 2003. – 112 s. :ill

Dərslik Təhsil Nazirliyinin VII siniflər üçün təsdiq etdiyi proqrama uyğun şəkildə yazılmışdır. Proqramın tələblərinə uyğun olaraq məkan və zamamn ilkin fəlsəfi anlayışlar kimi formalaşmasına, kainatın daim hərəkətdə olan materiyadan ibarət îlması və hadisələrin pərakəndə deyil, müəyyən qanunauyğunluqla baş verməsi və s. məsələlərə elmi-metodik cəhətdən yanaşılmışdır.
Dərslikdə Dunya və Azərbaycan fizikləri haqqında geniş material verilmiş, fizika elminin digər təbiət elmləri arasındakı çəkisi àşkar gostərilmisdir. Nəzəri materialların daha yaxşı mənimsənilməsi uçun onların tətbiq sahələri haqqında geniş məlumat verilir. Dərslikdə sərbəst is üçün təcrübi tapşırıqlar təklif olunur ki, bu da nəzəriyyə ilə praktikanı əlaqələndirməyə, müstəqil əqli nəticə çıxarmağa imkan verir.
Şagirdlərin işini asanlaşdırmaq məqsədilə proqrama uygun olaraq hər bir movzu planlı şəkildə şərh olunur və bu prinsip bütün mövzuların şərhində gözlənilir. Dərslikdə müəllimlərin interaktiv təlim metodlarından istifadə etmələri uçun də lazımi materiallar verilmişdir.
Vəsait orta ümumtəhsil məktəblərinin VII sinifləri üçün nəzərdə tutulmuşdur.

Fizika
F.M.Fəttayev, H.Q.Qasımov, M.Ə.Kazımov. Fizika – vahidlər, cihazlar, sabitlər, düsturlar (abituriyentlər üçün vəsait). – Bakı: Mütərcim, 2004. – 64 s. :ill.

Vəsaitdə orta məktəbin ümumi fizika kursunu əhatə edən düsturlar, fiziki kəmiyyətlərin vahidləri, fiziki cihaz və qurğular, onların ölçdüyü kəmiyyət, iş prinsipi və şərti işarəsi, sabit kəmiyyətlər, onların fiziki mənası və ədədi qiymətləri verilmişdir.
Kitab abituriyentlər üçün nəzərdə tutulmuşdur. Vəsaitdən həmçinin yuxarı sinif şagirdləri və müəllimlər də istifadə edə bilərlər.

HƏNDƏSƏ
F.M. Fəttayev, H.Q. Qasımov, M.Ə. Kazımov. Həndəsə (abituriyentlər üçün vəsait). – Bakı: Mütərcim, 2005. – 136 s.

Vəsait ali məktəblərə qəbul proqramları əsasında hazırlanmışdır. Kitabda əsas məqsəd qısa müddət ərzində həndəsi biliklərə yiyələnmək istəyənlərin ehtiyaclarını ödəmək olduğundan, həndəsə fənni üzrə ümumi kursun materialları yığcam və ardıcıl şəkildə, isbatsız və əlavə şərhlərə çox da yer verilmədən şərh olunmuşdur. Ali məktəblərə qəbul imtahanlarında istifadə olunan, digər vəsaitlərdə ötəri bəhs olunan bir çox məsələlər vəsaitdə öz əksini tapmışdır. Bu baxımdan da, vəsait ali məktəblərə qəbul imtahanlarına hazırlaşanlar üçün qiymətlidir.
Kitab abituriyentlər üçün nəzərdə tutulmuşdur. Vəsaitdən həmçinin orta məktəb şagirdləri və müəllimlər də istifadə edə bilərlər.

Həndəsə - 7
F.M. Fəttayev. Həndəsə (VII siniflər üçün dərs vəsaiti). – Bakı: Mütərcim, 2005. – 132 səh.

Vəsait orta ümumtəhsil məktəblərinin VII sinif proqramına uyğun hazırlanmışdır və iki hissədən ibarətdir: I hissədə həndəsə fənni üzrə VII sinif kursunun materialları yığcam və ardıcıl şəkildə, isbatsız və əlavə şərhlərə çox da yer verilmədən şərh olunmuşdur. II hissədə nəzəri bilikləri tətbiq etmək və onları möhkəmləndirmək üçün testlər verilmişdir. Testlər fəsillər üzrə və “sadədən mürəkkəbə” doğru prinsipi ilə düzülmüşdür.
Vəsait orta məktəb və liseylərin VII sinifləri və abituriyentlər üçün nəzərdə tutulmuşdur.

HƏNDƏSƏ - 8
F.M. Fəttayev. Həndəsə (VIII siniflər üçün dərs vəsaiti). – Bakı: Mütərcim, 2005. – 176 səh.

Vəsait orta ümumtəhsil məktəblərinin VIII sinif proqramına uyğun hazırlanmışdır və iki hissədən ibarətdir: I hissədə həndəsə fənni üzrə VIII sinif kursunun materialları yığcam və ardıcıl şəkildə, isbatsız və əlavə şərhlərə çox da yer verilmədən şərh olunur. Bu hissədə həmçinin yeni mövzuların öyrənilməsində vacib olan və VII sinifdə öyrənilmiş bəzi mövzular da təkrar edilmişdir. II hissədə nəzəri bilikləri tətbiq etmək və onları möhkəmləndirmək üçün testlər verilmişdir. Testlər 3 variantdan ibarət olmaqla fəsillər üzrə, proqrama uyğun ardıcıllıqla düzülmüşdür. I variant sinif işi, II variant ev tapşırığı, III variant isə müstəqil iş üçün tövsiyə edilir.
Vəsait orta məktəb və liseylərin VIII sinifləri və abituriyentlər üçün nəzərdə tutulmuşdur.


MƏNTİQ TESTLƏRİ

F.M.Fəttayev, G.N.Babayeva. Məntiq testləri. Dərs vəsaiti. I hissə. – Bakı: Mütərcim, 2010. -138 s.

Vəsait lisey şagirdləri, xaricdə təhsil almaq istəyənlər, ali məktəblərin magistratura pilləsinə və dövlət qulluğuna işə qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuşdur.

 
 
 

 
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi