Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan
English

Русский

www.bsuhl.edu.az


Baş səhifə
Direktorluq
Kafedralar
Metodbirləşmələr
Müəllimlərimiz
Nəşrlər
Məqalələr
Tədbirlər
Uğurlarımız
Beynəlxalq əlaqələr
Kompleksə qəbul
1Tədris kursları
Dərnəklər
Foto albom
Sınaq imtahanları
Xəbərlər

 

 

 

 

 

Müəllimlərimiz
 

Məmmədov Akif Güləli oğlu
Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri

Pedaqogika elmləri namizədi, 1975-ci ildə Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildən BSU MLK-da işləyir.
1975-ci ildə Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələnmişdir. 1987- ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Uzun müddət Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalında şöbə müdiri işləmişdir, BSU Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimidir. Eyni zamanda, BSU MLK-nın Azərbaycan dili və ədəbiyyat müəllimidir. Çoxlu sayda elmi-metodiki kitabların və məqalələrin müəllifidir.

 
 

Fəttayev Fəttah Müştəba oğlu
Riyaziyyat-informatika kafedrasının müdiri.

1992-ci ildə Azərbaycan Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə ABPK İA və YH institutunu bitirərək ikinci ali təhsilini almışdır. 1997-ci ildən BSU MLK-da riyaziyyat müəllimi işləyir, riyaziyyat-informatika metodbirləşməsinin rəhbəridir.
7 kitab, 40-dan artiq elmi, publisistik məqalənin müəllifidir.
E-mail: fattah@mail.ru

 
 
 

Rüstəmova Gülnar Voroşil qızı

1996-cı ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.1997-ci ildən Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksində biologiya müəllimi işləyir. 2005-ci ildə “Pedaqoji mühazirələr”in respublika turunda birinci dərəcəli diploma layiq görülüb. Uşaq haqlarının öyrənilməsi, müdafiəsi və təbliği sahəsində UNİCEF təşkilatının dəstəyi ilə dövlət, beynəlxalq və Milli QHT-lərin təşkil etdiyi bir sıra treninqlər, seminarlar, müzakirələr, uşaq problemləri üzrə dövlət və icma səviyyəsində məlumatlandırma və maarifləndirmə işində yaxından iştirak edib. 26 sentyabr 2008-ci ildə keçirilən Azərbaycan qadınlarının III qurultayının nümayəndəsi olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həyata keçirilən 2005-2008-ci illər üçün “Elektron Azərbaycan” Dövlət Proqramı, sonradan "Elektron hökumət"in  formalaşdırılması üzrə 2008-2012-ci illər üçün tədbirlər planı çərçivəsində BMT-nin İnkişaf Proqramı dəstəyi ilə həyata keçirilən “Milli E-İdarəçilik” Layihəsinin iştirakçısı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2010-cu ilin “100 ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.

 

Abdullayeva Vəfa Abdulla qızı

2000-ci ildə Naxçıvan Dövlət Universitetini bitirib. Ali təhsilini başa vurduğu ildən pedaqoji fəaliyyətə başlayıb. 2004-cü ildən AzETA-nın (Azərbaycan İngilis Dili Müəllimləri Birliyi ) üzvü və ingilis dili müəllimlərinin təlimi  üzrə  kordinatordur. 2005-ci ildən etibarən müntəzəm olaraq treninqlərdə iştirak edib, beynəlxalq və regional konfranslarda, təqdimatlarla çıxış edir və əldə etdiyi təcrübələri respublikamizın  kənd, rayon və Bakı şəhəri üzrə ingilis dili müəllimləri ilə təlimlər vasitəsilə bölüşür. 2008-2009-cu tədris ilində prezidentin sərəncamına əsasən respublika üzrə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir. 2009-cu ildə İngiltərədə “Humanising Testing” adı altında test tapşırıqlarının beynəlxalq səviyyədə hazırlanması və təşkilinə dair  təlim kursu keçib. Hal-hazırda Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksində və “Lingvo” test hazırlığı və dil mərkəzində ingilis dili müəllimi kimi işləyir.

 

Həsənov Oktay Mail oğlu

1981-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1992-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Fizika dərslikləri və dərs vəsaitlərinin korrektor və tərcüməçisidir. Fizika və astronomiya dərsliklərinə rəyçidir. 2002-ci ildən metodbirləşmə sədridir. 14 elmi konfransın iştirakçısı, 20-dən çox elmi əsərin müəllifidir. Fizika üzrə milli kolleqium komissiyasının üzvüdür.

 

Əliyeva Leyla Pərviz qızı

2000-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsini bitirmişdir. Həmin ildən də BSU Məktəb-Lisey kompleksində biologiya müəllimi işləyir.Vaxtaşırı Təhsil Nazirliyinin xətti ilə təşkil olunmuş seminar-treninqlərin iştirakçısıdir. Bir sıra elmi-metodiki məqalələrin müəllifidir. 2010-2011-ci tədris ilində “ Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.

 

 

 

 

 

 


 

Lisey nəşrləri


F.M. Fəttayev. Həndəsə-8
(VIII siniflər üçün dərs vəsaiti). – Bakı: Mütərcim, 2005. – 176 səh.

 
 

 
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi