Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan
English

Русский

www.bsuhl.edu.az


Baş səhifə
Direktorluq
Kafedralar
Metodbirləşmələr
Müəllimlərimiz
Nəşrlər
Məqalələr
Tədbirlər
Uğurlarımız
Beynəlxalq əlaqələr
Kompleksə qəbul
1Tədris kursları
Dərnəklər
Foto albom
Sınaq imtahanları
Xəbərlər

 

 

 

 

 

Metodbirləşmələr: Rus dili və ədəbiyyatı

Metodbirləşmə sədri: filol.e.namizədi, dosent Carçıyeva İlahə Maksim qızı

Metodbirləşmənin 8 nəfər üzvü var. Metodbirləşmənin sədri hər il avqust ayında keçirilən fənn metodbirləşməsi iclasında seçilir, illik iş planı isə rus dili müəllimləri tərəfindən müzakirə edildikdən sonra təsdiqə verilir. İllik iş planına Azərbaycan bölməsində rus dilinin, rus bölməsində rus dili və ədəbiyyatı fənlərinin tədrisi, sinif­dənxaric və liseydənkənar tədbirlərlə bağlı bütün məsələlər daxil edilir. Qiymət­ləndirmə, açıq dərslərin müzakirəsi texniki vəsaitlərdən və əyanilikdən istifadə, şagirdlərin olimpiadalarda, müsabiqələrdə, viktorinalarda, Şagird Elmi Cəmiyyəti konfranslarındakı nəticələri, müəllimlərin özünün təhsili, çap əsərləri haqqında hesabatları bu məsələlərə aiddir.
Rus dili və ədəbiyyat dərslərinin yüksək səviyyədə və günün tələblərinə uyğun tədris olunması üçün əyani və texniki vəsaitlərdən geniş istifadə olunur. Dərslərdə interaktiv təlim metodları səmərəli tətbiq olunur. Orta ümumtəhsil məktəblərindən fərqli olaraq rus dili sistematik kurs, praktik iş fənləri də tədris olunur.
Fənn müəllimlərindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin xətti ilə keçirilən fənn bölmə iclaslarında, TQDK-nın, Moskva şəhərində keçirilən tədbirlərdə yaxından iştirak edirlər.
22-29 iyun 2008-ci il tarixdə Moskvada keçirilən XII Beynəlxalq rus dili
olimpiadasında liseyin 8 şagirdi rus dili müəllimi İ.Carçıyevanın rəhbərliyi altında iştirak etmişdir. Onlardan Sadıxlı Fərid (X sinif) Cəfərli Turan (X sinif), Mustafazadə Heyran (XI sinif) II yerə, Məmmədzadə Hökümə (XI sinif), İSgəndərova Ceyla (XI sinif), Yaqubova Regina (X sinif), Talıbova Veronika (X sinif), Ələkbərov Dadaş (XI sinif) III yerə layiq görülmüşlər.

1. Carçıyeva İlahə Maksim qızı – Filologiya elmləri namizədi, 1986-cı ildə M.F. Axundov adına APRDƏİ-ni (indiki Bakı Slavyan Universitetini) fərqlənmə diplomu ilə bitirmişdir. Bakı Slavyan Universitetinin rus ədəbiyyatı tarixi kafedrasının dosenti, Humanitar liseyin rus dili və ədəbiyyatı metodbirləşməsinin sədridir. Bir neçə elmi nəşrlərin, orta və ali məktəblər üçün dərslik və dərs vəsaitlərinin, 50-dən çox məqalənin müəllifidir.

2. Muradova Fikriyyə Ramiz qızı – 1975-1979-cu illərdə M.F. Axundov adına APRDƏİ-də təhsil almışdır. Pedaqoji stajı 29 ildir. Universitetin rus ədəbiyyatı tarixi kafedrasının dosentidir. 1997-ci ildən liseydə işləyir. “Sfera” dram studiyasının rəhbəridir.

3. Səlimzanova İlisə Qabdraxmanovna – 1997-ci ildən liseydə işləyir. Pedaqoji stajı 30 ildir. TQDK-nın ekspert komissiyasının üzvüdür.   

4. Şirməhəmmədova İradə Məclum qızı - 1982 -1985-ci illərdə M.F. Axundov adına APRDƏİ-də təhsil almışdır. Pedaqoji stajı 21 ildir. 1998-ci BSU Humanitar liseyində direktor müavini və rus dili müəllimi vəzifələrində işləyir. Dövrü mətbuatda məqalələrlə çıxış edir. “Rus dili dərslərində ölkəşünaslıq materiallarından istifadə” adlı dissertasiya üzərində işləyir.

5. Kərimova Naibə Kamil qızı - 1997-ci ildə M.F. Axundov adına APRDƏİ-nin filologiya fakültəsini bitirib. 1997-ci  ildən rus dili və ədəbiyyatı müəllimi işləyir. Pedaqoji iş stajı 11 ildir. 2004-cü ildən BSU Humanitar liseyində təşkilatçı vəzifəsində çalışır. 2008-ci ildə AMEA-nın aspirantura şöbəsinə qəbul olunub. Dövrü mətbuatda elmi məqalələrlə çıxış edir.

6. Bayramova Gülarə Zülfüqar qızı – 1982-1987-ci illərdə BDU-nun filologiya fakültəsinə təhsil almışdır. 1993-cü ildən Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində, 1996-cı İldən BSU Humanitar liseyində, rus dili və ədəbiyyat müəllimi işləyir. 20-ə yaxın elmi məqalənin, rus dili proqramının, alternative V sinif dərsliyinin, bir neçə metodik vəsaitlərin müəllifidir. Hal-hazırda Təhsil Nazirliyinin xətti ilə keçirilən sınaq imtahanları üçün testlərin tərtibində fəal iştirak edir. 15 il pedaqoji iş stajına malik­dir. Rus dilinin tədrisi ilə bağlı məqalələrin və proqramların müəllifidir. “M. Tağı­ye­vin dil nəzəriyyəsi” dissertasiya mövzusu üzərində işləyir. BSU Humanitar liseyində 1996-cı ildən işləyir.

7. Məlikova Səkinə Əziz qızı M.F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna  1982-ci ildə - qəbul olunub. 1986-cı ildə  qurtarıb 22 il pedaqoji staj 2000-ci ildən BSU Humanitar liseyində işləyir.

8. Mürsəliyeva Xuraman Arif qızı - 1979-1984-cü illərdə M.F. Axundov adına APRDƏİ-də təhsil almışdır. 1986 ildən rus ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosentidir. Pedaqoji staj 24 ildir. 2006-cı ildən BSU humanitar liseyində çalışır.

9. Süleymanova Sevda İsrafil qızı – 1973-cü ildə BDU-nu bitirib. 31 il pedaqoji iş stajına malikdir. Ali kateqoriyalı müəllimdir. Maarif əlaçısıdır. VII siniflər üçün “Vətən” dərsliyinin müəllifidir. Liseydə 2006-cı ildən işləyir.

10. Salmanova Səbinə Salman qızı – 2000-ci ildə Bakı Slavyan Universitetinin Humanitar liseyinin bitirdikdən sonra Bakı Slavyan Universitetinin filologiya fakültəsinə qəbul olunub . 2005-ci ildə Bakı Slavyan Universitetinin filologiya fakültəsini bitirmişdir. Hal-hazırda magistratura şöbəsinin 2-ci kurs tələbəsidir.  2005-ci ildən liseydə rus dili müəllimi işləyir.

11. Səlimzanova Liliya Rəşidovna – 2000-ci ildə BSU Humanitar liseyini bitirmişdir. 2004-2006-cı illərdə Bakı Slavyan Universitetinin magistraturasında təhsil almışdır. 2004-cü ildən BSU Humanitar liseyində işləyir.

 

.

 

 
 

 
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi