Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan
English

Русский

www.bsuhl.edu.az


Baş səhifə
Direktorluq
Kafedralar
Metodbirləşmələr
Müəllimlərimiz
Nəşrlər
Məqalələr
Tədbirlər
Uğurlarımız
Beynəlxalq əlaqələr
Kompleksə qəbul
1Tədris kursları
Dərnəklər
Foto albom
Sınaq imtahanları
Xəbərlər

 

 

 

 

 

Metodbirləşmələr: Tarix

Metodbirləşmə sədri: Hacıyeva Arzu Hümbət qızı

Tarix fənn birləşməsi mütəmadi olaraq öz iclaslarını keçirilir. Tarix müəllimlərinin tarix, Azərbaycan tarixi, Azərbaycan Respublikasının Konstitusiyası və insan və cəmiyyət fənni üzrə proqramlar metodbirləşmə iclasında müzakirə edilir. Müəllimlərə yenilik və əlavələr barədə məlumatlar verilir, liseydə keçirilən test yoxlamaları ilə bağlı tərtib edilmiş materialları müzakirə edir, imtahan biletləri hazırlanır.

Liseyin “Tarix” divar qəzetində yeni, eyni zamanda, maraqlı məlumatlar dövri olaraq işıqlandırılır.

Tarix müəllimləri pedaqoji mühazirələrin rayon, şəhər və respublika turlarında iştirak edərək diplomlara layiq görülmüşdür. Təşkilati plana uyğun olaraq açıq və qarşılıqlı dərs dinləmələri, eyni zamanda, inteqrasiyalı dərslərin keçirilməsi rəhbərlik tərəfindən hər il təşkil edilir. Hər bir açıq dərs müzakirə edilir. Tarix fənninin tədrisində interaktiv təlim metodrarından geniş istifadə edilir. Liseydə altı tarix müəllimi çalışır və onların elmi metodik hazırlıq sahəsində işlər plana uyğun aparılır.

Metodbirləşmənin nəzdində fəaliyyət göstərən Debat Klubu liseydə 1999-ci ildən fəaliyyət göstərir. Karl Popper formatı ilə keçirilən bir sıra turnirlərdə liseyimizin şagirdləri debat üzrə qalib olub. Azərbaycanı komanda şəklində 2000-ci ildə Polşada, 2003-cü ildə Slovakiyada və 2006-cı ildə Rumıniyada təmsil ediblər. Liseyin komandası bu cür turnirlərdə Azərbaycanı xarici ölkələrdə təmsil edən ilk komanda olmuşdur. Hal-hazırda lisey şagirdləri Bakı və Azərbaycan üzrə azərbaycan, rus və ingilis dillərində keçirilən turnirlərdə müvəffəqiyyətlə çıxış edirlər.

Hacıyeva Arzu Hümbət qızı – 1993-cü ildə ADPU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Qaradağ rayonunun 273 saylı orta məktəbinə işə göndərilmişdir. O, burada 5 il tarix müəllimi vəzifəsində işləmiş, eyni zamanda Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Ümumi tarix kafedrasının metodik kabinetinin müdiri vəzifəsində işləmişdir. AMEA-nın Azərbaycan Tarixi İnstitutunun dissertantdır.
1998-ci ildən BSU Humanitar Liseyində tarix müəllimi işləyir.

Əmənova Ülkər Mənsim qızı — 1999-cu ildə Lənkəran Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, elə həmin ildən də Bakı Slavyan Universitetinin Humanitar liseyində işləyir. Dəfələrlə pedaqoji mühazirələrin rayon və şəhər turunda iştirak etmiş və diplomlara layiq görülmüşdür.

Musayev İsaməddin Qulu oğlu — Sankt-Peterburq Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumu tarix kafedrasının müəllimidir. 1998-ci ildən BSU Humanitar liseyində işləyir.
ADPU-nun dissertantıdır, bir çox elmi məqalə və tezisin müəllifidir.

 

Lisey nəşrləri


F.M. Fəttayev. Həndəsə-8
(VIII siniflər üçün dərs vəsaiti). – Bakı: Mütərcim, 2005. – 176 səh.

 
 

 
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi