Metodbirləşmələr: Xarici dillər
|
|
Metodbirləşmə
sədri: Cəfərova Tünzalə Vaqif qızı
Metodbirləşmənin 16 nəfər üzvü var. Metodbirləşmənin sədri hər il avqust ayında keçirilən fənn metodbirləşməsi iclasında seçilir, illik iş planı isə ingilis dili müəllimləri tərəfindən müzakirə edildikdən sonra təsdiqə verilir. Xarici dil fənn metodbirləşməsinin illik iş planına fənlərinin tədrisi, sinifdənxaric və liseydənkənar tədbirlərlə bağlı bütün məsələlər daxil edilir. Qiymətləndirmə, açıq dərslərin müzakirəsi texniki vəsaitlərdən və əyanilikdən istifadə, şagirdlərin olimpiadalarda, müsabiqələrdə, viktorinalarda, Şagird Elmi Cəmiyyəti konfranslarındakı nəticələri, müəllimlərin özünün təhsili, çap əsərləri haqqında hesabatları bu məsələlərə aiddir.
Xarici dil dərslərinin yüksək səviyyədə və günün tələblərinə uyğun tədris olunması üçün əyani və texniki vəsaitlərdən geniş istifadə olunur. Dərslərdə interaktiv təlim metodları səmərəli tətbiq olunur. Orta ümumtəhsil məktəblərindən fərqli olaraq ingilis dili sistematik kurs, praktik iş fənləri də tədris olunur.
Fənn müəllimlərindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin xətti ilə keçirilən fənn bölmə iclaslarında, TQDK-nın keçirilən tədbirlərdə yaxından iştirak edirlər.
1. Həsənzadə Səadət Yusif qızı – 2003-cü ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. Həmin ildən BSU Humanitar liseyində işləyir.
2. Salahova Mahizər Baladadaş qızı – 1988-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1999-cu ildən BSU Humanitar liseyində işləyir.
3. Ağayeva Sevil İsmət qızı – 2004-cü ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 2005-ci ildən BSU Humanitar liseyində işləyir.
4. İsmayılova Olqa Borisovna – 2005-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 2007-ci ildən BSU Humanitar liseyində işləyir.
5. İsmayılova Aynur Rafail qızı – 1998-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 2005-ci ildən BSU Humanitar liseyində işləyir.
6. Əzizova Səltənət Əzizağa qızı – 1980-cı ildə SSSR 50 illiyi adına APXDİ bitirmişdir. 1998-ci ildən BSU Humanitar liseyində işləyir.
7. Bağırzadə Gülnar Sahib qızı – 2004-cü ildə Şuşa mədəni-maarif texnikumunu bitirmişdir. 2007-ci ildən BSU Humanitar liseyində işləyir.
8. Əsgərova Nuranə Şakir qızı – 2004-cü ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. Həmin ildən BSU Humanitar liseyində işləyir.
9. Qasımova Bənövşə Qəribağa qızı – 1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1998-ci ildən BSU Humanitar liseyində işləyir.
10. Quliyeva Sevər Rafiq qızı – 1998-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 2003-cü ildən BSU Humanitar liseyində işləyir.
11. Bəbirova Əzizbikə Rəşid qızı – 1975-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 2008-ci ildən BSU Humanitar liseyində işləyir.
12. Kərimova Ofeliya Vidadi qızı – 2002-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 2004-cü ildən BSU Humanitar liseyində işləyir.
13. Tağıyeva Leyla Mansur qızı – Azərbaycan Dillər Universitetini bitirmişdir. 2008-ci ildən BSU Humanitar liseyində işləyir
|