Bakı Slavyan Universitetinin Humanitar Liseyi  

Azərbaycan
English

Русский

www.bsuhl.edu.az


Baş səhifə
Direktorluq
Kafedralar
Metodbirləşmələr
Müəllimlərimiz
Nəşrlər
Məqalələr
Tədbirlər
Uğurlarımız
Beynəlxalq əlaqələr
Kompleksə qəbul
Dərnəklər
Foto albom
Xəbərlər

 

 

 

 

BSU-MLK-da "SON ZƏNG" tədbiri keçirildi

Mayın 31-də BSU Məktəb-lisey kompleksində son zəng tədbiri oldu.
Bu il Məktəb-lisey kompleksini 61 nəfər şagird bitirir. Şagirdlərin hamısı buraxılış imtahanlarına buraxılmışlar.
Tədbirə Universitetin müəllimləri, valideynlər, rayon ictimaiyyətinin nümayəndələri, ötən illərin məzunları dəvət olunmuşdular.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əsaslı təmir olunmuş məktəb binası, binanın həyəti bayramsayağı bəzədilmişdi. Məzun lentləri ilə bəzədilmiş məktəbli formasında məzunlar və onları gül-çiçəklə əhatə edən birincilər, həyəcanlı valideyn və müəllimlər dərs ilinin son gününü yaddaqalan eləmək üçün saat 10.00-da başlanacaq tədbirə “Məktəb illəri” mahnısının sədaları altında hazırlıq görürdülər...
Tədbirin aparıcıları Aysel və Kamran təbrik üçün ilk sözü Universitetin tədris işləri üzrə prorektoru prof. Telman Cəfərova verdi. Sonra direktor dos.İlahə Carçıyeva, direktor müavinləri Ənvər İsmayılov, İradə Şirməhəmmədova, Şəfa Təhməzova, təşkilatçı Naibə Kərimova, psixoloq İlhamə Xəlilova, sinif rəhbərləri Reyhan Hüseynova, Xatirə Mürsəlova, İradə Nəbiyeva, valideynlərin nümayəndələri, vaxtılə indiki məzunların əlindən tutub ilk dəfə şagird partası arxasına əyləşdirən sinif müəllimi Sədaqət Əliyeva məzunları təbrik etdilər, onlara uğurlar dilədilər.
Onbirincilər növbə ilə öz çıxışlarını təqdim etdilər. Birincilərin təbrikləri, rəqs nömrələri yaddaqalan oldu. Məzunlara məzun albomları təqdim olundu. Son zəng sədalarından sonra rəqs və musiqi proqramı saat 13.00-dək davam etdi.
Şəkillər həyəcanları anları Məktəb-lisey kompleksinin tarixinə qovuşdurdu.

Konfransa qaçqın məktəblərin şagirdləri də qatıldılar


Bakı Slavyan Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Müasir Azərbaycan Heydər Əliyev ideyaları işığında” mövzusunda ənənəvi XI Şagird-Tələbə Elmi Konfransı keçirildi.

Konfransı açan Universitetin rektoru prof. A.Hacıyev Bakı şəhərinin qabaqcıl lisey və məktəblərini təmsil edən istedadlı şagirdlərlə yanaşı respublikamızın müxtəlif bölgələrində yerləşən Laçın, Zəngilan, Cəbrayıl, Ağdam rayonlarının qaçqın məktəbləri şagirdlərinin iştirakını olduqca vacib hesab etdiyini vurğuladı. Konfrans işrirakçılarına elmi və yaradıcı fəaliyyətdə, təhsildə uğurlar arzuladı.

Konfrans öz işini bölmələrdə davam etdirdi. “Dil, ədəbiyyat və mədəniyyət”, “İqtisadiyyat”, “İctimai elmlər”, “Təhsil, idman və gənclər”, “İnformasiya-komunikasiya texnologiyaları”, “Elmi layihələr” bölmələrdə şagirdlər maraqlı məruzələrdə çıxış etdilər.

BSU Məktəb-Lisey Kompleksi, BSU nəzdində “Gənc istedadlar” liseyi, Heydər Əliyev adına MTK, Bakı Avropa Liseyi, 190 saylı məktəb və sair məktəblərin şagirdləri, Universitetin tələbələri, eləcə də qaçqın məktəblərindən olan istedadlı şagirdlər fərqləndikləri üçün diplom və hədiyyələrlə mükafatlandırıldılar. Mükafatlandırılma üç nominasiya üzrə aparıldı: “Bölmənin ən yaxşı məruzəçisi”, “Ən yaxşı tələbə layihəsi”, “Ən yaxşı şagird layihəsi”.

“Bölmənin ən yaxşı məruzəçisi” diplomu ilə təltif olunanlar:

1. Əkbərov Murad – BSU-nun Məktəb-Lisey Kompleksi
2. Karasavidi Elina – BSU-nun Məktəb-Lisey Kompleksi
3. Abbasov Zeynal – BSU-nun Məktəb-Lisey Kompleksi
4. Abbasov Hüseyn – BSU-nun Məktəb-Lisey Kompleksi
5. Zeynalova İrana – BSU-nun Məktəb-Lisey Kompleksi
6. Hacızadə Şəms – BSU-nun Məktəb-Lisey Kompleksi
7. Hacızadə Şölə – BSU-nun Məktəb-Lisey Kompleksi
8. Kərimzadə Günay – Şuşa rayonu, Malıbəyli 1 saylı tam orta məktəb
9. Mustafayev Ceyhun – 44 saylı orta məktəb
10. Əhmədova Fatimə –Xəzər Universitetinin “Dünya” məktəbi
11. Abışzadə Camaləddin – Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
12. Abbasova Arzu – Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

“Ən yaxşı tələbə layihəsi” diplomu ilə təltif olunanlar:

1. Rəhimli Ülfət – Bakı Slavyan Universiteti, Pedaqoji fakültə
2. Qəhrəmanova Nailə – Bakı Slavyan Universiteti, Filologiya fakültəsi
3. Cavadova Xədicə – Bakı Slavyan Universiteti, Pedaqoji fakültə
4. İbrahimova Saniyə – Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix fakültəsi
5. Əhmədova Tünzalə – Azərbaycan Kooperasiya Universiteti, İngilis dili fakültəsi

“Ən yaxşı şagird layihəsi” diplomu ilə təltif olunanlar:

1. Məhərrəmov Telman – BSU-nun Məktəb-Lisey Kompleksi
2. Məmmədli Nigar – BSU-nun Məktəb-Lisey Kompleksi
3. Vəliyeva Məsumə – BSU-nun Məktəb-Lisey Kompleksi
4. Mürsəlov Manaf – BSU-nun Məktəb-Lisey Kompleksi
5. Məmmədli Asiman – BSU-nun Məktəb-Lisey Kompleksi
6. Əliyeva Səidə – Zəngi liseyi
7. Məcidli Aysu – Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
8. Abışov Ravil – Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
9. Orucov Murad – Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
10. Əliyeva Səbinə –Akademik Zərifə Əliyeva adına lisey

______________________

BSU Məktəb-Lisey Kompleksi və Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbi 4-5 aprel 2014-ci il tarixlərində keçirilən VIII İnepo-Avrasiya Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasında Gümüş medala layiq görülmüşlər.

4-5 aprel 2014-ci il tarixlərində keçirilən VIII İnepo-Avrasiya Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası haqda
QISA HESABAT

2007-ci ildən etibarən Azərbaycanda ARDNŞ-nin dəstəyi ilə Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İctimai Televiziyanın və “Çağ” Öyretim İşletmeleri Şirkətinin birgə təşkil etdiyi ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş ənənəvi Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası təşkil olunur.
Bakı Slavyan Universitetinin Məktəb Lisey kompleksi artıq 2011-ci ildən etibarən Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasında uğurla iştirak edir və 2011-ci ildə V İnepo-Avrasiya Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasında “Ətraf Mühit” nominasiyası üzrə Qızıl medala, 2012-ci ildə VI İnepo-Avrasiya Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasında və 2013-cü ildə VII İnepo-Avrasiya Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasında isə Gümüş medallara layiq görülmüşdür.

BSU-nun Məktəb Lisey Kompleksi bu ildə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbi ilə artıq VIII İnepo-Avrasiya Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasına “Uşaqların ekoloji hüquq və vəzifələri – pilləli tədris” layihəsi ilə qoşularaq birincilər sıralarına layiq görülmüş və Gümüş medalla mükafatlandırılmışdırlar.

Layihə rəhbər müəllim Rəhimova Gülnar, Bakı Slavyan Universitetinin Məktəb Lisey kompleksinin şagirdi Hacılı Leyla və Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbinin yetirməsi Nərmin Kamilzadə tərəfindən təqdim olunaraq uğurla nəticələnmişdir.

Layihə Beynəlxalq olimpiadanın məqsədlərini özündə əks etdirərək bir sıra əsas məqsəd və vəzifələri daşıyır:
• Əsas ekoloji hüquqların və sağlam ətraf mühitdə yaşamaq hüququnun səmərəli müdafiəsinin, xüsusilə də ekoloji vəzifələr və ekoloji məsuliyyətin təbliği zəruriliyi;
• Uşaqlarda ekoloji tərbiyə və mədəniyyətinin yaranması və inkişafı;
• Uşaqlarda təbiət hadisələrinə düzgün baxışlar yaratmaq, davamlı ekoloji yönümlü tədqiqat prosesinə cəlb etmək, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hisslər oyatmaq;
• Sağlam ətraf mühitin təmin edilməsi sahəsində dövlətin öhdəliklərini əks etdirən Uşaq Hüquqları Konvensiyasının müddəaları (maddə 24.2) üzrə, o cümlədən milli və beynəlxalq ekoloji hüquq uzrə ilkin maariflənmə;
• Həmyaşıddan-həmyaşıda uşaq hüquqları bazasında ekoloji hüquq, vəzifə və məsuliyyət barədə tədris uşaqların praktik-hüquqi biliklərə yiyələnmələri ilə bərabər, uşaqlarda liderliyin, məsuliyyət hissinin, birgə maraqlar naminə əməkdaşlığın, habelə ünsiyyət, araşdırma, təhliletmə, kollektivdə çalışma bacarıqlarının inkişaf etdirilməsi;

Sonda demək olar ki, bu layihə ekoloji problemlərin həllində uşaqların fəal iştirakına nail olmaqla onları araşdırma, maarifləndirmə, o cümlədən cəmiyyət arasında problemləri işıqlandırma işlərinə, ölkədə həyata keçirilən ekoloji hərəkatlara və kampaniyalara cəlb etmək missiyasını daşıyır.

______________________

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində Novruz şənliyi keçirildi

______________________

24 mart - Ümumdünya vərəmlə mübarizə günü BSU Məktəb-lisey kompleksində qeyd olundu

Cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri də sağlam vətəndaş yetişdirməkdir. Bu təkcə səhiyyə işçilərinin vəzifəsi olmayıb bütün sahələrdə çalışan insanların əsas məqsədlərindən biri olmalıdır. Bu sahədə təhsil işçilərinin, xüsusilə orta məktəb müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Həm təlim prosesində, həm də dərsdənkənar tədbirlərdə bu istiqamətdə bir çox işlər görülməlidir.

Bu baxımdan BSU Məktəb-Lisey Kompleksində də bu məsələ daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə bir çox işlər görülür. Vaxtaşırı olaraq müxtəlif xəstəliklər, onlardan qorunma yolları barədə bir çox üsullarla şagirdlərə məlumat verilir, onlar arasında maarifləndirmə işi aparılır. Bu tipli tədbirlər “Auditoriya+” layihəsi çərçivəsində müxtəlif səhiyyə ocaqları əməkdaşlarının iştirakı ilə təşkil olunur.

Bu sahədə aparılan tədbirlər planına 13 mart 2014-cü il tarixində keçirilən “24 mart - Ümumdünya vərəmlə mübarizə günü”nə həsr olunmuş kompleks tədbirlər planını misal göstərmək olar. Tədbir kompleksin kimya-biolgiya metodbirləşməsinin müəllimləri və Valideyn-müəllim assosiasiyasının rəhbərliyi tərəfindən hazırlanmış, kompleksin IV-XI sinif şagirdləri müxtəlif formalarda bu işə cəlb olunmuşdu. Tədbirin keçirilməsində məqsəd şagirdlər arasında vərəm xəstəliyi ilə bağlı maarifləndirmə işi aparmaq, xəstəliyin əlamətləri, xəstəlikdən qorunma yolları, xüsusilə profilaktik tədbirlər barədə geniş məlumat vermək idi.

Tədbirdə çıxış edən IX sinif şagirdləri ilk növbədə bakteriyalar, onların ayrı-ayrı canlılarda törətdikləri xəstəliklər, xüsusilə də vərəm xəstəliyi, onun simptomları, vərəmə yoluxma səbəbləri, məktəb şəraitində vərəmə yoluxma riskləri, vərəmin diaqnostikası, onun müxtəlif üsullarla müalicəsi, vərəmə qarşı aparılan profilaktik tədbirlər, vərəmlə mübarizədə peyvəndlərin rolu, dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlər planı, vərəmdən əziyyət çəkən tarixi şəxsiyyətlər və s. haqqında geniş məlumat verərək tədbir iştirakçılarının böyük marağına səbəb oldular. Eyni zamanda vərəmlə mübarizənin simvolu olan ağ çobanyastığı barədə, bu günün qeyd olunmasının tarixi barədə maraqlı məlumatlar verildi.

“Özümüzü vərəmdən qoruyaq!” adı altında keçirilən rəsm müsabiqəsində kompleksin əksər şagirdləri iştirak edərək maraqlı rəsm əsərləri ilə tədbirə daha bir rəng qatdılar. * Tədbirdə müxtəlif təşkilatlardan dəvət olunmuş qonaqlar, valideynlər də iştirak edərək bu günün qeyd olunmasının vacibliyini bir daha qeyd etdilər. Tədbirdə çıxış edən Bakı şəhər 1№-li vərəm dispanserinin baş həkimi, tibb elmləri doktoru, professor Yavər Şıxəliyev şagirdlərə bu aktual məsələyə toxunduqları üçün minnətdarlığını bildirərək bu xəstəliklə mübarizənin necə vacib məsələ olduğunu bir daha vurğuladı. O, öz çıxışında vərəmin 100% sağalan bir xəstəlik olduğunu, lakin son dövrlərdə vərəm çöplərinin preparatlara daha da davamlı formalarının yarandığı üçün vərəmlə mübarizənin gündən-günə çətinləşməsi barədə məlumat verdi. Bu istiqamətdə atılan ən düzgün addımın profilaktik tədbirlərin gücləndirilməsi, zərərli vərdişlərdən uzaq olma, immun sistemin gücləndirilməsi olduğunu qeyd etdi. Prof. Y.Şıxəliyevin verdiyi digər maraqlı məlumatlar da şagirdlər tərəfindən maraqla qarşılandı. Sonda “Özümüzü vərəmdən qoruyaq” rəsm müsabiqəsinin qaliblərinə diplomlar və hədiyyələr, tədbirdə fəal iştirak edənlərə təşəkkürnamələr verildi, xatirə şəkli çəkildi.

Bu tipli tədbirlərin vaxtaşırı olaraq məktəblərdə təşkili şagirdlərə sağlam həyat tərzi sürmənin ilk növbədə elementar gigiyena qaydalarına əməl olunmasından, parta arxasında düzgün əyləşməkdən, sinif otağının təmiz saxlanılmasından, məktəb həyətinin yaşıllaşdırılmasından ətraf mühitin qorunmasına qədər bir yoldan keçməsinin dərk olunmasını təmin edir.

Leyla Əliyeva,
BSU Məktəb-lisey kompleksinin biologiya müəllimi,
“İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi

______________________

Şagirdlərimiz Taras Şevçenkonun 200 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsində fərqləndilər.

BSU-nun Ukrayna dil və mədəniyyət mərkəzində keçirilən və Taras Şevçenkonun 200 illik yubileyinə həsr olunan şeir müsabiqəsində iştirak edən şagirdlərimiz: 5-ci sinif şagirdi İsayeva Röya, 7-ci sinif şagirdi Hacızadə Şəms və 9-cu sinif şagirdi Ağayeva Aişə Ukrayna şairinin şeirlərini ana dilində əzbər söyləyərək, fərqləndilər.

Ukraynanın Azərbaycandakı səfiri cənab A. Mişenko onlara diplomlar təqdim etdi. Şagirdləri müsabiqəyə dil-ədəbiyyat müəllimləri İradə Nəbiyeva və Ruhəngiz Qəribova hazırlamışdılar.

______________________

BSU MLK-DA BEYNƏLXALQ ANA DİLİ GÜNÜ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD OLUNDU

BSU MLK-da Beynəlxalq Ana dili günü təntənəli şəkildə qeyd olundu. Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan dili və ədəbiyyat müəllimi Ruhəngiz Qəribova tərəfindən hazırlanmışdı.

______________________

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində “Tütünsüz həyat: Sən özün yarat!” mövzusunda təqdimat keçirildi

2014-cü il fevralın 19-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları Səadət Hənifəyeva və Leyla Əliyeva Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində “Tütünsüz həyat: Sən özün yarat!” mövzusunda təqdimat etdilər. ““Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26.01.2012-ci il tarixli 6 nömrəli əmrinə əsasən İSİM-in 2014-cü il üçün İcra Planı üzrə təqdimat edən məruzəçilər tütünçəkmənin insan sağlamlığına ziyanları, təhlükələri və tütünçəkmə nəticəsində yaranan xəstəliklər barədə məlumat verdilər.

Maarifləndirici məqsəd daşıyan və interaktivlik əsasında qurulan təqdimatda o cümlədən tütünçəkmə ilə mübarizə istiqamətlərindən söhbət açıldı, şagirdlərin sualları ətrafında fikir mübadiləsi aparıldı.

Tütün tüstüsündə insan orqanizmi üçün təhlükəli sayılan 4000-ə yaxın zərərli, o cümlədən xərçəng xəstəliyini yaradan kimyəvi maddə olduğunu vurğulayan məruzəçilər “Hər bir insanın təmiz, tərkibində zərərli maddələr olmayan hava ilə nəfəs almaq hüququ var. Tütünçəkmə insanın sağlamlığına təhlükə yaratmaqla yanaşı, ona ciddi maddi zərər vurur!” deyərək şagirdləri sağlam həyat tərzini seçməyə çağırdılar.

Təqdimatın sonunda əhalinin maarifləndirilməsi istiqamətində İSİM-in həyata keçirdiyi tədbirlərdən və çap olunan nəşrlərdən söz açıldı, passiv tütünçəkmənin nəticələrini özündə əks etdirən videoçarx nümayiş etdirildi, bukletlər, qələm və məlumatlandırıcı nişan paylanıldı.

______________________

Bakı Slavyan Universitetinin Məktəb-lisey Kompleksinin şagirdləri Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin liderləri ilə birgə “Mənim hüquq və vəzifələrim” mövzusunda tədbir keçirmişlər.

Hüquq tərbiyəsi gənc nəslin hüquqi davranışını, habelə hüquq normalarına münasibətini formalaşdırmağa yönəlmiş fəaliyyətdir və şəxsiyyətin ahəngdar inkişafına yönələn maarifləndirmə işinin əsas istiqamətlərindən birini təşkil edir.

Bu günlərdə Ombudsmanın Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) təşəbbüsü ilə Bakının Nərimanov rayonundakı 183 saylı uşaq bağçasında “Mənim hüquq və vəzifələrim” mövzusunda tədbir keçirilmişdir.

2 Fevral – Gənclər gününə həsr olunmuş tədbirdə Bakı Slavyan Universiteti məktəb-lisey kompleksinin yetirmələrinin Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin liderləri ilə birgə təşkil etdiyi bu tədbirdə məktəbəqədər yaşlı uşaqlara hüquqları nağıl qəhrəmanlarının dili ilə, sadə və anlaşıqlı tərzdə izah edilmişdir. Qrup şəklində interaktiv oyunlar təşkil edilmiş, uşaqlara ilk hüquqi təsəvvürlər aşılanmışdır.

G.Rəhimova tədbirdə çıxış edərək, Ümumilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə hər il ölkəmizdə 2 fevral tarixinin Gənclər günü kimi qeyd olunduğunu söyləmişdir. O, hüquqi dövlət quruculuğunun həyata keçirildiyi hazırki dövrdə gənc nəslin hüquq tərbiyəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamış, Müvəkkilin uşaq və gənclərin hüquqlarının müdafiəsi və təmin olunması sahəsində fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

183 saylı uşaq bağçasının rəhbərliyi bu maarifləndirmə tədbirinin təşkilinə görə minnətdarlığını bildirmişdir.

______________________

BSU Məktəb-lisey kompleksində Leninqrad blokadası yad edildi

Yanvarın 29-da BSU Məktəb-lisey kompleksində Leninqradın blokadadan azad olunmasının 70 illiyinə həsr olunmuş inteqrativ dərs təşkil olunmuşdu. Rus bölməsinin 10-cu sinfində baş tutmuş bu dərsdə digər siniflərin də şagirdləri iştirak edirdilər. Dərsi tarix müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Arzu Haciyeva və ədəbiyyat müəllimi Naibə Kərimova aparırdılar. Rus və Azərbaycan tarixi və ədəbiyyatı materialları əsasında hazırlanmış bu multimediya komponentli dərsə həm də respublikamızda fəaliyyət göstərən “Leninqrad Blokadası İştirakçıları İctimai Birliyi”nin üzvləri, blokadanın canlı şahidləri – Bakı Slavyan Universitetində fəaliyyət göstərən “Sankt-Peterburq tədris-mədəniyyət” mərkəzinin əməkdaşı, dosent  İrina İvanovna Kadımova və Nona Anatolyevna Əfəndiyeva dəvət olunmuşdular.

Böyük Vətən müharibəsi, 900 günlük Leninqrad blokadası barədə foto-video görüntülər, arxiv materiallarını təqdim etdikdən sonra  tarix müəllimi sözü ədəbiyyat müəlliminə verdi. Şagirdlər blokada şəraitində yaşayan və yaradan şair və yazıçıların əsərlərindən parçaları əzbər söylədilər və  onlar haqqında məlumat verdilər. Tarix müəllimi alman faşizminin törətdiyi əməllərlə ermənilərin Xocalı və digər yaşayış məskənlərimizdə törətdikləri vəhşiliklər arasında müqayisələr apardı.

Kompleksin direktoru Telman Cəfərov qonaqları təqdim etdi. Leninqradın blokadasının canlı şahidləri İrina İvanovna Kadımova və Nona Anatolyevna Əfəndiyeva o dəhşətli, lakin şərəfli tarixlə bağlı təəssüratlarını söyləməklə yanaşı, yüksək səviyyədə hazırlanmış inteqrativ dərsə görə Kompleksə və Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinə minnətdarlıqlarını bildirdilər.

______________________

Bakı  Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində 20 Yanvar şəhidləri yad edildi.

Azərbaycan Respublikası Təhsil Nazirinin 29 dekabr 2013-cü il tarixli 955 saylı əmrilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı”na və Bakı Slavyan Universiteti rektorunun 07 yanvar 2014-cü il tarixli 33 saylı əmrinə əsasən BSU Məktəb-Lisey Kompleksində 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü münasibətilə bir sıra tədbirlər keçirildi.

Belə ki, Kompleksin müəllim və şagirdlərinin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunmuş, 20 Yanvar hadisələrinə həsr olunmuş rəsmlərdən ibarət sərgi keçirilmiş, fotostend, sinif divar qəzetlərinin xüsusi buraxılışları hazırlanmışdı. Yanvarın 15-dən başlayaraq şagird və müəllimlərin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilmiş, yanvarın 17-də birinci və ikinci növbələrin ilk dərsləri 20 Yanvar hadisələrinə həsr edilmiş, cərgə önündə məktəb rəhbərliyi və tarix müəllimlərinin çıxışı olmuş, müstəqillik yolunda canlarını qurban vermiş həmvətənlilərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra məktəbin Akt zalında şağird və müəllimlərin diqqətinə BSU Məktəb-Lisey Kompleksinin və 44 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə ədəbi-musiqili kompozisiya təqdim olunmuşdur. Tədbirdə 20 Yanvar Respublika Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, 20 Yanvar Fondunun sədr müavini Tahir Fətullayev, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Sədri Sərraf Hüseynov iştirak etmişdilər.

Tədbirdən sonra 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş açıq  dərslər keçirilmişdir. VIIl sinfində təşkil olunmuş dərs inteqrasiya xarakteri daşıyırdı. Tarix müəllimi Abdullayev Adilin və  ədəbiyyat müəllimi Nəbiyeva İradənin  təşkil etdiyi dərsdə şagirdlər tariximizin şanlı səhifələrini bir daha vərəqləyərək şəhidlərin ruhunu yad etdilər. Faktlarla, rəqəmlərlə birgə 20 Yanvar hadisələrinin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğu  da dərsdə iştirak edənlərin diqqətinə çatdırılmışdır.
Daha bir açıq dərs IIb sinfində müəllim Aslanova Saray tərəfindən keçirildi. Kiçikyaşlı şagirdlərin dilindən səslənən çıxışlar bir daha 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində, yaddaşında nə qədər şanlı yer tutduğunu sübuta yetirdi. Dərsdə iştirak edən valideynlər bu kimi tədbirlərin şagirdlərə vətənpərdərlik hisslərinin aşılamasına böyük təsir etdiyini vurğuladılar. İkincilərin maraqlı çıxışı müəllimləri də təsirləndirdi.

Tədbirlərdə BSU MLK və 44 saylı orta məktəbin rəhbərliyi, müəllim heyəti iştirak etdi.

______________________

В Комплексе «Школа-лицей» при БСУ был проведён урок-лекция, посвященный 1000-летию «Повести временных лет»

28 ноября в Комплексе «Школа-лицей» при БСУ по инициативе Российского культурно-информационного центра в Азербайджане был проведён урок-лекция по «Повести временных лет», посвященный 1000-летию этого древнейшего историко-литературного источника истории восточных славян. Интегрированный урок-лекцию вели директор Комплекса, доктор филологических наук проф. Тельман Джафаров и учитель истории Комплекса, «Лучший учитель года» Арзу Гаджиева. Урок-лекцию слушали ученики старших классов, студенты Филологического факультета БСУ, учителя. На мероприятии принимала участие председатель Ассоциации русских школ в Азербайджане Любовь Тимофеевна Якунина.

______________________

Qurd xəstəliklərinin profilaktikasına dair tədbir

BSU Məktəb-lisey kompleksinin biologiya müəllimi, “İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsinin qalibi Leyla Əliyevanın rəhbərliyi altında liseyin 8L sinfinin şagirdləri, Kompleksin Valideyn-Müəllim Assosiasiyasının rəhbəri Elmira Əliyeva və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının fəal iştirakı ilə keçirilən bu tədbirə Kompleks şagird və müəllimləri ilə yanaşı, 44 saylı məktəbin şagird və müəllimləri də qatılmışdılar. Qurd xəstəlikləri barədə şagirdlərin hazırladıqları stend-lövhələr Akt zalına və məktəbin dəhlizinə qoyulmuşdu. Şagirdlər Ş.Abdullayev, S.Heydərov, L.Seyidzadə, R.Həsənov, F.Ağayev, L.Bünyadzadə, A.Bədəlova, İ.Ağayeva, K.Əliyev, H.Əlixanlı, Ə.Novruzov, X.Əliyeva, A.Paşayeva, L.Abdullayev, M.Əzimov qurd xəstəlikləri, onların profilaktikası və müalicəsi ilə bağlı maraqlı referat və təqdimatlarla çıxış etdilər. Mövzu üzrə viktorinada fərqlənənlərə Kompleksin Valideyn-Müəllim Assosiasiyasının hədiyyələri verildi.  

______________________

BSU nəzdində Məktəb-Lisey Kompleksində alman dilinin tədrisi genişləndirilir

BSU nəzdində Məktəb-Lisey Kompleksində “Alman dili mərkəzi” fəaliyyət göstərir. Mərkəzin məqsədi burada tədris olunan alman dilinin azər­baycanlı məktəblilərə dərindən mənimsədilməsinə nail olmaqdan, alman dili tədris olunan sinifləri lazımi dərslik və tədris vəsaitləri ilə təchiz etməkdən ibarətdir. Almaniyalı mütəxəssis Hiltrut Elbert Fano ilə bağlanmış müqavilə əsasında kompleksin alman dili müəllimlərinə lazımi metodik dəstək verilir.

Oktyabr ayında Kompleksdə təşkil olunan alman dili dərslərində Tbilisidəki mərkəzdən gəlmiş qonaq – Zaqafqaziya üzrə koordinator Angela Şmidt, kompleksin alman dili müəllimləri, Hiltrut Elbert-Fano iştirak edərək,  açıq dərslərin müzakirələrindən sonra qonaq müəllimlərlə və Kompleksin rəhbərliyi ilə görüşdü. Kompleksdə alman dilinin tədrisi perspektivləri müzakirə edildi. Sonra qonaqlar BSU-nun Humbolt adına Alman dili və mədəniyyəti mərkəzində oldular. Kompleksin direktoru professor Telman Cəfərov alman həmkarlara Universitet haqqında və alman dilinin öyrədilməsi istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verdi.

Məktəb-Lisey Kompleksinin şagirdləri bir sıra Bakı məktəbləri ilə yanaşı kirxada keçirilən ənənəvi alman dili gecəsində də maraqlı proqramla çıxış etdilər.

Noyabrın 25-də isə Azərbaycanda fəaliyyət göstərən Almaniya səfirliyinin əməkdaşı, səfirin müavini Volfqanq Mössinger BSU Məktəb-lisey kompleksində olmuş və məktəb rəhbərliyi ilə görüşüb, burada alman dilinin dərindən tədrisi və Kompleksin DSD məktəb statusu ala bilmə imkanlarını öyrənmişdir. Bu məsələ hərtərəfli müzakirə edilmişdir. Kompleks rəhbərliyi bu məsələnin Universitet rəhbərliyi tərəfindən müsbət qarşılandığını bildirmiş, səfir müavini isə BSU nəzdində Məktəb-lisey kompleksində alman dilinin dərindən öyrədilməsinə şərait yaradılması xahişi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət ediləcəyini bildirdi.

______________________

BSU Məktəb-lisey kompleksinin müəllimi Beynəlxalq müsabiqədə fərqləndi

BSU Məktəb-lisey kompleksinin rus dili və ədəbiyyat müəllimi, klassik rus ədəbiyyatı kafedrasının dosenti, “İlin ən yaxşı müəllimi” (2009) müsabiqəsinin qalibi  Carçıyeva İlahə Maksim qızı I (distant) turun qalibi kimi 15-19 noyabr tarixlərində Moskvada “2011-2015-ci illərdə rus dilinin inkişafı Federal proqram” çərçivəsində keçirilən “Xarıci ölkələrin ən yaxşı rus dili və ədəbiyyat müəllimi” Beynəlxalq müsabiqəsində Azərbaycanı təmsil etmişdir. MDB və Baltikyanı ölkələrin təcrübəli, səriştəli və yaradıcı rus dili və ədədəbiyyat müəllimlərinin qatıldığı bu tədbirdə İ.Carçıyeva maraqlı ev tapşırıqları, ölkəmizin təlim rus dilində olan orta məktəblərində tədrisin vəziyyətini və eləcə də rus dilinin xarıcı dil kimi tədrisinin problemlərini, bu fənlər üzrə Milli kurikulumun tətbiqini, yeni dərsliklərin yaradılması  prosesini əks etdirən maraqlı təqdimatla çıxış etmişdir.  Müəllimlər bir sıra nominasiyalar üzrə yarışmışlar. Rusiyanın nüfuzlu alimlərinin daxil olduğu ekspertlər heyəti azərbaycanlı metodist-müəllimin filoloji və professional hazırlığını da yüksək qiymətləndirmişlər.
Carçıyeva İlahə “Xaricdə rus dilinin zənginliyinin qorunması” nominasiyasının qalibi diplomu və “Xarıci ölkələrin ən yaxşı rus dili və ədəbiyyat müəllimi” Qızıl döş nişanı ilə mükafatlandırılmışdır.
Tədbir “Rossotrudniçestvo” təşkilatı tərəfindən həyata keçirilmişdir.

______________________

Kompleksdə Alman dili mərkəzi

BSU nəzdində Məktəb-Lisey Kompleksində “Alman dili mərkəzi” fəaliyyət göstərir. Mərkəzin məqsədi burada tədris olunan alman dilinin azərbaycanlı məktəblilərə dərindən mənimsədilməsinə nail olmaqdan, alman dili tədris olunan sinifləri lazımi dərslik və tədris vəsaitləri ilə təchiz etməkdən ibarətdir. Almaniyalı mütəxəssis Hiltrut Elbert Fano ilə bağlanmış müqavilə əsasında kompleksin alman dili müəllimlərinə lazımi metodik dəstək verilir, alman attestatı almaq istəyən məzunlar üçün xüsusi dərslər təşkil edilir.
17 oktyabr 2013-cü il tarixdə VII sinifdə təşkil olunan alman dili dərsində Tbilisidəki mərkəzdən gəlmiş qonaq – Zaqafqaziya üzrə koordinator Angela Şmidt, kompleksin alman dili müəllimləri, Hiltrut Elbert-Fano iştirak edirdilər. Açıq dərsin müzakirələrindən sonra qonaq müəllimlərlə və Kompleksin rəhbərliyi ilə görüşdü. Kompleksdə alman dilinin tədrisi perspektivləri müzakirə edildi. Sonra qonaqlar BSU-nun Höte adına Alman dili və mədəniyyəti mərkəzində oldular. Kompleksin direktoru professor Telman Cəfərov alman həmkarlara Universitet haqqında və alman dilinin öyrədilməsi istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verdi.  

______________________

BSU Məktəb-lisey kompleksinin biologiya müəllimi Gülnar Rəhimova “Tərəqqi” medalına layiq görülmüşdür

BSU Məktəb-lisey kompleksinin biologiya müəllimi, “İlin ən yaxşı müəllimi” müsabi­qəsinin qalibi Gülnar Rəhimova 5 oktyabr – Beynəlxalq Müəllimlər günü ərəfəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür. 4 oktyabr 2013-cü il tarixdə o, həm də Nəsimi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri fərmanla təltif edilmişdir.

______________________

BSU Məktəb-lisey kompleksi Pedaqoji kollektivinin uğurlu fəaliyyəti qeyd olundu

5 oktyabr – Beynəlxalq Müəllimlər günü ərəfəsində BSU Məktəb-lisey kompleksi Pedaqoji kollektivinin uğurlu fəaliyyəti Nəsimi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri fərmanla qeyd olundu. Kompleksin fizika müəllimi, builki “İlin ən yaxşı müəllimi” müsabi­qəsinin qalibi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Oqtay Həsənov da başçı Nəsib Məhəməliyev tərəfindən Fəxri fərmanla təltif edilib.

______________________

“Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü” nə həsr olunmuş tədbir keçirilmişdir

1994-cü ildə BMT-nin Baş Assambleyası 16 sentyabr tarixini “Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü” elan edib. Bugün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolunun tarixə salınması məqsədilə təyin olunmuş və dövlətlərə bu tarixi Monreal protokoluna uyğun fəaliyyətlərin təbliğatına həsr etmək təklif edilib. “Ozon təbəqəsinin qorunması haqqında” Vyana Konvensiyasında əks olunan və sonradan dağıdıcı xüsusiyyət daşıyan maddələrə dair Monreal protokolunda həyata keçirilən ozon təbəqəsinin qorunması beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunmuşdur. Bugün Vyana Konvensiyasına 173 dövlət qoşulub.
17 sentyabr 2013-cü il tarixində ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi”nin liderləri və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri ilə “Ozon təbəqəsinin mühafizə günü”nə həsr olunmuş açıq dərs keçirilmişdir. Ekologiya İdarəsinin əməkdaşları tərəfindən qonaqlara Ozon təbəqəsi haqqında ümumi məlumat verilmişdir.
“Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi”nin liderləri 21 sentyabr Beynəlxalq Sülh Günü haqda da uşaqları məlumatlandıraraq balaca fidanları sülhpərvər ruhda böyüməyi və sülh və əmin-amanlığı şəraitində yaşamağı arzulamışlar.
Sonda tədbir iştirakçılarına Ekologiya İdarəsi tərəfindən müxtəlif hədiyyələr təqdim edilmişdir.

 

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində "Bilik Günü" qeyd olundu.

______________________

BSU Məktəb-lisey kompleksi “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi oldu

Ölkə Prezidentinin sərəncamı ilə keçirilən “İlin ən yaxşı məktəbi” müsabiqəsinin builki qalibləri arasında BSU Məktəb-lisey kompleksi də var. Bir neçə mərhələdən ibarət bu müsabiqədə topladığı ballara görə Kompleks birinci onluqda yer almışdır. Ənənə və təcrübəyə söykənən, innovativ və inteqrativ təhsil məkanı kimi seçilən BSU Məktəb-lisey kompleksinin pedaqoji kollektivi verilən qiymətə görə ölkə rəhbərliyinə, Təhsil nazirliyinə, müxtəlif qiymətləndirmə komissiyalarında təmsil olunan mütəxəssislərə öz minnətdarlığını bildirir.

   
BSU Məktəb-lisey kompleksinin fizika müəllimi Oqtay Mail oğlu Həsənov “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən oldu

Ölkə Prezidentinin sərəncamı ilə keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin builki qalibləri arasında BSU Məktəb-lisey kompleksinin fizika müəllimi Oqtay Mail oğlu Həsənov da var.

______________________

ARDNŞ-nin Ekologiya idarəsinin təşkilatçılığı ilə keçirilən
5 iyun-“Ətraf mühitin mühafizəsi günü”nə və “Uşaqların Beynəlxalq Müdafiəsi qünü”nə həsr olunmuş tədbir

 “Beynəlxalq ətraf mühitin mühafizəsi Günü” BMT-nin ətraf mühitlə bağlı keçirilən konfransında (5-16 iyun 1972-ci il) Yaponiya və Seneqalın təklifi ilə təsis olunub, dünya ictimaiyyətini ətraf mühitin mühafizəsi problemlərinə cəlb etmək üçün 5 iyun 1973-cü ildən etibarən bütün dünyada qeyd olunur. BMT-nin Baş Assambleyası təşkilatının üzvü olan ölkələr bu gündə ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönəldilmiş tədbirləri həyata keçirməyə çağırır. 
Bu məqsədlə iyunun 5-də ARDNŞ-nin Ekologiya İdarəsinin təşkilatçılığı və maddi dəstəyi ilə ARDNŞ-nin Eko-parkında “Ətraf mühitin mühafizəsi Günü” və “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr olunmuş böyük tədbir keçirilmişdir.
Tədbirdə ARDNŞ Ekologiya üzrə vitse prezidenti xanım Rəfiqə Hüseynzadə, Azərbaycan Respublikası Milli Məclisin deputatı, Azərikimya İB Müşahidə şurasının sədri Muxtar Babayev, Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkili (Ombudsman) Aparatı əməkdaşları iştirak edirdilər.
Tədbirin rəsmi hissəsində BSU Məktəb-Lisey Kompleksinin şagirdlərinin və “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi”nin liderləri bu sahədə apardığı işlər barədə çıxışları dinlənilmiş, şeir, mahnı və rəqsləri izlənilmişdir. Tədbirin ikinci hissəsi acıq havada, təbiətin qoynunda “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi”nin liderləri və BSU Məktəb-Lisey Kompleksinin şagirdlərinin birgə təşkil etdikləri “Ətraf Mühit Uşaqların Gözü ilə” adlı rəsm sərgisi ilə davam etdirilmiş, o cümlədən “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi” tərəfindən “Əllər məhv etməməli, əllər yaratmalıdır” şüarı altında maraqlı aksiya həyata keçirilmişdir.
Aksiya zamanı hər bir tədbir iştirakçısı, yaşından asılı olmayaraq əlini çürbəcür boya ilə rəngləyərək, əl izini həmin şüarın altında yerləşən bannerə əks etdirərək, ekoloji aksiya iştirakçısına çevrilirdi. Həmçinin tədbir çərçivəsində uşaq və gənclər ağac əkmə aksiyası da keçirilmişdir.
Tədbirin təşkil olunmasında BSU Məktəb lisey kompleksinin müəllimləri Gülnar Rəhimovanın, Lamiyə Heydərovanın, o cümlədən Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin Bakı şəhəri Nəsimi rayonu üzrə 10 saylı filialının rəhbəri Elmira Əliyevanın böyük əməyi olmuşdur.

Tədbirin sonunda tədbir iştirakçısının hər birinə ARDNŞ tərəfindən təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunumuşdur.

 

______________________

“İstedadlı uşaqlar  festivalı – 2013”də şagirdimiz diplomla təltif olundu.

XI sinfi qızıl medalla bitirməyə namizəd, beynəlxalq və respublika olimpiadalarının və Respublika inşa müsabiqəsinin qalibi Rəhilə Abdullazadə Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsi tərəfindən keçirilən festivalda diploma layiq görülmüşdür.

 

______________________

BSU MLK-da son zəng


2012-2013-cü dərs ilində BSU MLK-nı 87 nəfər şagird bitirir. Şagirdlərin hamısı məktəbi müvəffəq qiymətlərlə bitirib, mərkəzləşdirilmiş buraxılış imtahanlarına buraxılmışlar.
31 may ölkəmizin hər yerində «Son zəng» günü kimi yadda qalır. BSU MLK-da da səhər tezdən böyük bir canlanma vardı: boyunlarına məzun lenti keçirmiş ağ paltarlı, yaraşıqlı onbirincilər, əllərində çiçək çələngləri onları yola salmağa gələn birincilər, əziz valideynlər, müəllimlər. Hamı biri-birini təbrik edir, valideynlər və məzunlar məktəbin müəllimlərinə, sinif rəhbərlərinə, Kompleksin rəhbərliyinə minnətdarlıqlarını bildirirdilər. «Məktəb illəri» mahnısı dönə-dönə təkrarlanırdı...
Aparıcılar əvvəlcə sözü direktor Telman Cəfərova verdilər, sonra valideynlər, sinif rəhbərləri, direktor müavinləri, müəllimlər danışdı. Onbirincilərin çətin, əziyyətli, yorucu həyatından əsər qalmamışdı, hamı hər şeyi unutmuşdu. Arzular, uğurlar dilənilirdi.
Birincilərdən musiqi təbrik gəldi. Telman müəllim builki fəxri məzunların adlarını açıqladı, onlara diplom və hədiyyələr verildi. Onbirinci, qızıl medala namizəd Rəhilə Abdullazadə Kompleksin açarını dərs əlaçısı onuncu Rüfətə təqdim etdi.
Və nəhayət son zəng çalındı. 11-ci sinif şagirdi Həsən və 1-ci sinif şagirdi Ayişə son zəngi səsləndirdilər.
Sonra onbirincilər, onların valideynləri, müəllimlər və digər qonaqlar Akt zalına dəvət olundular. Tədbir məktəb siniflərinin çıxışları ilə başlandı və lisey siniflərinin nömrələri ilə yekunlaşdırıldı. Sonra onbirincilər məktəb və universitet həyətində şəkillər çəkdirdilər.

---------------------------BÜTÜN ŞƏKİLLƏR--------------------------

______________________

Veteranlarla görüş

BSU Məktəb-Lisey Kompleksində müharibə veteranları ilə görüş keçirildi. Görüşə veteranlardan Şlepina Qalina Aleksandrovna, Krayuşkina-Bağırova Yelena Mikayılovna, Abdullayeva Raisa Borisovna, Titova Natalya Qeorqiyevna və Badalova Dina Nadirovna dəvət olunmuşdular.
Görüşü açan Kompleksin direktoru prof.T.H.Cəfərov və onları təqdim edən dos.F.Muradova qonaqları bir-bir təqdim etdilər, keçdikləri həyat və cəbhə yolundan söz açdılar. Qonaqlar təəssüratlarını danışıb, şeirlərini oxudular. Kompleksin şagirdləri müharibə mövzusunda şeirlərini oxudular. Müəllimlərlə görüşdə veteranlar onlara lazımi tövsiyələrini verdilər.

______________________

Birincilər Respublika Gününü qeyd etdilər

28 May - Respublika Günü  BSU Məktəb-Lisey Kompleksinin I sinif şagirdlərinin yaxından iştirakı ilə qeyd edildi. Tədbir 1b sinif rəhbəri Aslanova Saray və onun şagirdləri tərəfindən hazırlanmışdı. Azərbaycanın Dövlət Himni ilə başlanan ədəbi-bədii gecə yuxarı sinif şagirdlərinin iştirakı ilə davam etdi. Azərbaycan dilində təhsil alan uşaqlar rus və ingilis dillərində də maraqlı çıxış və səhnələrlə yadda qaldılar. Dərs ilini müvəffəqiyyətlə bitirən birincilərə tərifnamələr təqdim olundu. Valideyn komitəsi adından Kompleksin direktoru Telman Cəfərova təşəkkürnamə təqdim olundu.

______________________

BSU MƏKTƏB-LİSEY KOMANDASI YENƏ BİRİNCİ OLDU

16 may tarixdə kecirilən “Gənc xilasedicilər və yanğınsöndürənlər” yarışlarının Bakı birinciliyində Məktəb-lisey kompleksinin komandası dalbadal ikinci dəfə birinci yerə layiq görülmüşdür. Komanda 15 iyunda Qəbələdə keciriləcək Respublika çempionatında Bakı şəhərini təmsil etmək hüququ qazanmışdır. 2 nəfər qız (Sokolova Oksana, Axundova Firuzə) və 5 nəfər oğlandan (Qurbanzadə Rəşad, Şirməhəmmədov Rüstəm, Əlizadə Sənan, Balamirzəyev Hüseyn, Əliyev Əli) ibarət komandanın üzvləri 10-11-ci sinif şagirdləridir.

______________________

BSU-MLK-da ƏLİFBA BAYRAMI

10 may 2013-cü il tarixdə 1a sinfinin Əlifba bayramı keçirildi. Tədbir Ulu öndər H.Əliyevin anadan olmasının 90 illiyi ilə eyni günə düşdüyü üçün bu bayram bizim üçün ikiqat bayram hesab olunurdu. Tədbiri 1a sinfinin rəhbəri Məlahət müəllimə açdı. Onun çıxışından sonra aparıcılar Nəsibzadə Şəms Humay və Piriyev Ramal tədbiri Ulu öndərimizin xatirəsinə həsr olunmuş mətn və şeirlərlə davam etdirdilər. Sonra uşaqlar əlifbanın əsası olan hərflərlə, rəqəmlərlə, nağıllarla, hətta sait və samitlərlə bağlı gözəl səhnəciklər nümayiş etdirdilər. Uşaqların çıxışları bununla da bitməyib, milli, şərq və avropa üslubunda rəqslərdə də nə qədər bacarıqlı olduqlarını nümayiş etdirdilər. Məlahətli səsə malik olan uşaqlar tədbirin daha maraqlı olması üçün öz ifaları ilə zövqləri oxşayan və yaddaqalan musiqi nömrələri göstərdilər. Şagirdlər həmçinin rus və ingilis dillərini necə öyrəndiklərini ingilis dilində hazırladıqları “Turp” nağılında və rus dilində söylədikləri şeirlərində açıq-aşkar nümayiş etdirdilər. Tədbirimiz çox bəyənildi və alqışlandı. Tədbirin sonunda çıxış üçün söz Kompleksimizin direktoru Telman Cəfərova verildi. O, birinciləri əlifba bayramı münasibətilə təbrik etdi. Onlara gələcək təhsillərində uğurlar dilədi, həmişə belə fəal və bilikli olmalarını arzu etdi. Tədbirdə həmçinin, qonaq qismində Şuşa şəhər Malıbəyli kənd orta məktəminin nümayəndəsi Hafiz müəllim də iştirak edirdi. O, da şagirdləri bu münasibətlə təbrik etdi. Sonda şagirdlərin 1-ci sinfi  uğurla başa vurmaları münasibətilə onlara diplom təqdim edildi. Diplomlar məktəbimizin direktoru T.Cəfərov, direktor müavini Ə.İsmayılov və Hafiz müəllim tərəfindən təqdim edildi.

______________________

 

BSU-MLK-nın kitabxanasında IIA sinif şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş ədəbi-bədii musiqili kompozisiya göstərildi. Uşaqlar Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər, mahnılar oxudular və müxtəlif  rəqslər ifa etdilər. Kompazisiya IIA sinfnin müəllimi Əliyeva Sədaqət  və kitabxana işçiləri tərəfindən təşkil edilmişdi.

______________________

BSU Məktəb-Lisey Kompleksinin XI sinif şagirdi Abdullazadə Rəhilə Taleh qızı Ulu öndər H.Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş Respublika Məktəbliləri arasında respublika inşa müsabiqəsində 2-ci yeri tutaraq II dərəcəli diploma layiq görülmüşdür. Onu inşa müsabiqəsinə rus dili və ədəbiyyatı müəllimi A.Güləhmədova hazırlamışdır. Dərs əlaçısı və tam orta təhsil pilləsini qızıl medalla bitirməyə namizəd R.Abdullazadəyə Gülüstan sarayında Təhsil Naziri cənab M.Cabbarov tərəfindən diplom təqdim olunmuş və notebook hədiyyəsi verilmişdir. Bundan əlavə o, digər mükafatlara da layiq görülmüşdür.

______________________

BSU Məktəb – Lisey Kompleksi Gül bayramında

Kompleks Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən R.Zorqe parkında təşkil olunmuş və Ulu Öndər H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş Gül bayramında – sərgi baxışda 5 nominasiya üzrə iştirak etmişdir. İcra hakimiyyəti nümayəndələri, millət vəkilləri, VMA-nın üzvləri Kompleksin sərgidə iştirakını və təqdim etdiyi gül çələngini bəyənmişlər. Kompleksin direktoru professor T.Cəfərovla söhbət zamanı bu günlərdə uğurla təşkil olunmuş Şagird-tələbə elmi konfransı barədə də yüksək rəy söylənilmişdir.

______________________

28 апреля  ученики 5 и 6  классов лицея побывали на экскурсии в этно-экологическом центре, расположенном в селении Гала. Здесь они участвовали в интерактивной игре «Колесо фортуны». Разбившись на группы, они прошли различные испытания, проявив хорошее знание  истории древнего мира,  а также умение работать в команде.  

______________________

MÜASİR AZƏRBAYCAN ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İDEYALARI İŞIĞINDA

(QAÇQIN MƏKTƏBLƏRİNİN İŞTİRAKI İLƏ  BAKI SLAVYAN UNİVERSİTETİNDƏ X ŞAGİRD-TƏLƏBƏ ELMİ  KONFRANSI  KEÇİRİLDİ)

Bakı Slavyan Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı  ildönümünə həsr olunmuş “Müasir Azərbaycan Ulu öndər Heydər Əliyev ideyaları işığında” mövzusunda X Şagird-Tələbə Elmi Konfransı keçirildi. BSU Məktəb-lisey kompleksi Şagird Elmi Cəmiyyətinin və Universitet Tələbə Elmi Cəmiyyətinin yaxından iştirakı ilə təşkil olunan builki konfransın Təşkilat komitəsinə 218 şagird və tələbənin məruzəsinin tezisləri təqdim olunub.   
Konfransın əsas əhəmiyyəti ondan ibarətdir ki, tədbirə Bakı, Sumqayıt və Abşeron  məktəbliləri və BSU-nun müxtəlif fakültələrinin tələbələri ilə yanaşı, Şuşa, Laçın, Ağdam, Xocavənd, Cəbrayıl rayonlarında yerləşən qaçqın və köçkün məktəblərinin istedadlı şagirdləri də fəal şəkildə qoşulmuşlar. 2004-cü ildən mütəmadi olaraq keçirilən Şagird-Tələbə Elmi Konfransına qaçqın məktəblərinin şagirdlərinin cəlb olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istedadlı və qabiliyyətli uşaqlara qayğının artırılması ilə bağlı Fərmanına uyğun Bakı Slavyan Universitetinin həyata keçirdiyi ən mühüm layihələrdən biridir.
Konfransın işi “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, “Ulu öndər və müasir Azərbaycan təhsili”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti və ədəbiyyatı”, “Ulu öndərin irsini necə öyrənir və təbliğ edirik?”, “Müasir Azərbaycanda gənclər və idman hərəkatı” bölmələri üzrə təşkil olunmuşdu. Məktəblilər, tələbələr, qaçqın və köçkün məktəblərinin gənc istedadları ana dili ilə yanaşı xarici dillərdə də məruzələrlə çıxış etdilər. Bölmə iclaslarına Universitetin alimləri və məktəb müəllimləri ilə birgə şagird və tələbələr də rəhbərlik edirlər.

Plenar iclasda AMEA-nın Humanitar və İctimai elmlər bölməsinin akademik katibi,  BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. K.Abdullayev çıxış edərək, Universitetin professor-müəllim heyətinin qaçqın məktəblərin istedadlı şagirdlərinin elmi işlərinə rəhbərliyini, BSU-nun bu məktəblərlə sıx əməkdaşlığını vurğuladı və bu işdə zəhməti keçən əməkdaşlara təşəkkürünü bildirdi. Son tədris ili ərzində Bakı Slavyan Universiteti Tədris hissəsinin Şuşa rayon Təhsil İdarəsi və BSU Məktəb-lisey kompleksinin Malıbəyli kənd 1 №-li tam orta məktəbi ilə əməkdaşlığının faydasını qeyd etdi.

Açılış mərasimində çıxış edən Bakı şəhər 190 saylı orta məktəbin direktoru Afət Bakıxanova, 132-134 saylı Təhsil kompleksinin direktoru Sara Xanlarova, Ağdam rayon 24 saylı tam orta məktəbin direktoru Nəriman Məmmədov, Azərbaycan Tibb Universitetinin professoru  Məhbubə Vəliyeva, BSU Məktəb-lisey kompleksi Şagird parlamentinin sədri Oksana Sokolova  Şagird-tələbə konfransının əhəmiyyətini vurğuldılar və çıxışçılara uğurlar dilədilər.
Məktəb-lisey kompleksinin direktoru  prof. T.Cəfərov konfransın işi barədə məlumat verdi.
Sonra Şuşa rayon məktəbliləri və BSU Məktəb-Lisey Kompleksinin şagirdləri konfrans iştirakçılarını konsert proqramı ılə salamladılar.

Elmi konfransda BSU Məktəb-Lisey Kompleksinin, Şuşa rayon Malıbəyli kənd tam orta məktəbinin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Bakı Türk Anadolu Liseyinin, Akademik Zərifə Əliyeva adına Liseyin, Heydər Əliyev adına Liseyin, BDU «Gənc istedadlar liseyi»nin, Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinin, İncəsənət Gimnaziyasının, 1, 190, 18, 42, 46, 133, 164 saylı, Ağdam rayonu 24 saylı, Xocavənd rayonu Tuğ kənd, Laçın rayonu Kaha kənd və s. orta məktəblərin VII-XI sinif şagirdləri, BSU tələbələri maraqlı məruzələrlə çıxış etdilər.
Bağlanışdan öncə şagirdlərin Universitetlə tanışlığına şərait yaradıldı. Şagird-Tələbə Elmi konfransının bağlanışı onunla paralel keçirilən və Ulu öndərin yubileyinə həsr edilən  Magistrantların Beynəlxalq Elmi konfransı ilə birgə təşkil olundu ki, bu da Universitet auditoriyasında şagird, tələbə, magistr tanışlığı və əməkdaşlığının gözəl nümunəsinə çevrildi.          
Bölmələrdə fərqlənən şagirdlər diplom və hədiyyələrlə qeyd olundular. 

Bakı Slavyan Universitetində "Müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları işığında" mövzusunda keçirilmiş
X Respublika Şagird-Tələbə Elmi Konfransının qalibləri
Bölmələr üzrə

AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT

I yer
Səfərova Zəhra – 6 saylı orta məktəb

II yer
Cəlilova Çinarə - Bakı Slavyan Universiteti Jurnalistika və Filologiya fakültəsi. Elmi rəhbər - f.e.d.prof. Qasımov İ.Z
Rəsulov Qorqud – BSU Məktəb-Lisey Kompleksinin XI sinif şagirdi. Elmi rəhbər – Əhmədov Bədirxan
Nəbiyeva Aynur - Bakı Slavyan Universiteti Jurnalistika və Azərbaycan Filologiya fakültəsi

III yer
Şükürova Rəfiqə - Xocavənd rayonu Tuğ kənd 1 saylı orta məktəbin VI sinif şagirdi
Mikayılzadə Ağa – Sabunçu rayonu 187 saylı orta məktəbin X sinif şagirdi. Elmi rəhbər – Həşimov Rüfət
Həsənzadə Şəkər – İncəsənət Gimnaziyasının  9-cu sinif şagirdi
Məmmədova Aytən – Şuşa rayonu Malıbəyli kənd 1№li tam orta məktəbin XI sinif şagirdi. Elmi rəhbər – Məmmədova Yeganə

 

İDMAN VƏ GƏNCLƏR HƏRƏKATI

I yer
Hüseynova Nərmin - Bakı Slavyan Universiteti Jurnalistika və Azərbaycan Filologiya fakültəsi Elmi rəhbər – dos. Məmmədova Almaz

II yer
Rzayeva Solmaz – “Tərəqqi”  liseyi
Cavadova Jalə - S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının IX sinif şagirdi. Elmi rəhbər – Həsənova Fazilə

III yer
Həsənov Ağaəli - Şuşa rayonu Malıbəyli kənd 1№li tam orta məktəbin XI sinif şagirdi. Elmi rəhbər – Əliyeva Mərziyyə
Abbasov Hüseyn - BSU Məktəb-Lisey Kompleksinin IX sinif şagirdi. Elmi rəhbər – Kərimova Naibə

 

İCTİMAİ ELMLƏR (I bölmə)

I yer
Orucova Günel – Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin X sinif şagirdi. Elmi rəhbər: Xəlilova Sevda
Abışzadə Camaləddin – Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin VII sinif şagirdi. Elmi rəhbər: İslamlı Tamilla

II yer
Rəsulzadə Nəzrin – BSU Məktəb-Lisey Kompleksinin XI sinif şagirdi. Elmi rəhbər: Şirməhəmmədova İradə
Katibli Nəzifə - Bakı şəhəri 6№-li məktəb-liseyin şagirdi

III yer
Murtuzayeva Mahizər – Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin VIII sinif şagirdi. Elmi rəhbər: Hüseynova Lalə
Vəliyev Mustafa – BSU Məktəb-Lisey Kompleksinin V sinif şagirdi. Elmi rəhbər: Fəttayev Fəttah

 

İCTİMAİ ELMLƏR (II bölmə)

I yer
Cəfərli Kənan – BSU Məktəb Məktəb-Lisey Kompleksi X sinif şagirdi
Abbasov Zeynal - BSU Məktəb Məktəb-Lisey Kompleksi VI sinif şagirdi
Əsədov Kənan – “Zəngi” liseyi

II yer
Əliyev Ümid – Cəbrayıl rayonu X sinif şagirdi
Qasımzadə Rüfət – BSU Məktəb-Lisey Kompleksi X sinif şagirdi
Axundova Bilqeyis – “Tərəqqi” liseyi VIII sinif şagirdi

III yer
Bədəlova Badam – BSU Tərcümə fakültəsi
Səmədov Nicat – 114 saylı orta məktəb
Mürsəlov Manaf - BSU Məktəb Məktəb-Lisey Kompleksi X sinif şagirdi

 

XARİCİ DİLLƏR. TƏRCÜMƏ

I yer
Bağırov İbrahim – BSU Məktəb-Lisey Kompleksinin XI sinif şagirdi. Elmi rəhbər – Cəfərova Tünzalə

II yer
Bağırov Hikmət – BSU Məktəb-Lisey Kompleksinin X sinif şagirdi. Elmi rəhbər – Rzayev Səfa
Vəliyeva İradə - Bakı Slavyan Universiteti I kurs tələbəsi. Elmi rəhbər – Səmədov Oktay

III yer
Məmmədova Aydan – Zərifə Əliyeva adına liseyin X sinif şagirdi. Elmi rəhbər: Rızayev Rüfət
Quliyev İbrahim – BSU Məktəb-Lisey Kompleksinin VI sinif şagirdi. Elmi rəhbər: Hacıyeva Arzu
Məmmədli Nigar - BSU Məktəb-Lisey Kompleksinin X sinif şagirdi. Elmi rəhbər: Salahova Mahizər

 

İQRİSADİYYAT

I yer
Hadıyev Rafiq – Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi. Elmi rəhbər: Məhəmmədova Zemfira

II yer
Fəttahzadə Nemət – Abşeron rayonu Saray qəsəbəsi A.Müzəffərov adına 2 saylı orta məktəbin XI sinif şagirdi. Elmi rəhbər: Cəfərov Telman
Qasımova Rəvanə - Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin VIII sinif şagirdi. Elmi rəhbər: Məlikova Gülşən

III yer
Qasımlı Sona – 117№-li orta məktəbin IX sinif şagirdi. Elmi rəhbər: Əhmədova Şəhla
Mehdiyev Aydın – Bakı şəhəri 6№-li orta məktəbin XI sinif şagirdi. Elmi rəhbər: Qəhrəmanova Sevinc
Şahsevənov Rauf – Cəbaryıl rayonu, Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbin XI sinif şagirdi. Elmi rəhbər: Nəcəfli Kamil

 

ELM, TƏHSİL VƏ MƏDƏNİYYƏT

I yer
Məsimova Leyla – İncəsənət Gimnaziyası. Elmi rəhbər – Məmmədli Elmir

II yer
Bəhlulzadə Mətanət – Sumqayıt şəhər “Təfəkkür” liseyi
Abbasova Natəvan – 190 saylı orta məktəb

III yer
Babayeva Sadə - Bakı Slavyan Universiteti II kurs tələbəsi. Elmi rəhbər: Məmmədova Almaz
Mürsəlova Nisə - Şuşa rayonu Malıbəyli kənd 1 saylı orta məktəb. Elmi rəhbər: Quliyev Hafiz
Fəttahzadə Əsmər – Abşeron rayonu, Saray qəsəbəsi 2 saylı orta məktəb. Elmi rəhbər: Behbudova Esmira

Qalibləri təbrik edirik!


______________________

5-6 aprel 2013-ci il tarixlərdə keçirilən VII İnepo-Avrasiya Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasında BSU Məktəb-lisey kompleksinin iştirakı barədə
QISA HESABAT

Artıq 2007-ci ildən etibarən Azərbaycanda ARDNŞ-nin dəstəyi ilə Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İctimai Televiziyanın və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin birgə təşkil etdiyi ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş “İNEPO-AVRASİYA” ənənəvi Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası təşkil olunur.

Beynəlxalq Layihə Olimpiadasının keçirilməsində başlıca məqsəd Prezident İlham Əliyevin 28 sentyabr 2006-cı ildə imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”na uyğun olaraq, gənc nəsli ekoloji problemlər haqda məlumatlandırmaq, onlarda ətraf mühitə həssas münasibət formalaşdırmaq, məktəblilərə təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaqdan ibarətdir.” Son üç idlə də görülən işlərin intensivliyi azalmamışdır.

Bu il Ümummilli Lider Heydər Əliyevin 90 İlliyinə həsr olunmuş VII İNEPO-AVRASİYA Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasına Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksi və 236 saylı orta məktəb birgə olaraq təqdim etdiyi “Davamlı Ekoloji Tərbiyyə və Təhsildə Uğur Üçbucağı” adlı layihə iştirak hüququ qazanaraq, “Ətraf Mühit” nominasiyası üzrə Gümüş medalla mükafatlandırılmışdır.
Layihə biologiya müəllimi, layihə üzrə rəhbər Rəhimova Gülnar və şagirdləri Hacılı Leyla və Xudiyeva Roza tərəfindən hazırlanmışdır.
Ümüd var ki, növbəti illərdə də şagirdlərimiz səmərəli layihələrlə çıxış edəcəklər.

Təqdim olunan layihə haqda qısa məlumat:

Layihə Beynəlxalq olimpiadanın məqsədlərini özündə əks etdirərək aşağıdakı məqsəd və vəzifələri daşıyır:
¨ UNESCO-nun “Qlobal ekoloji tərbiyə” siyasətinin reallaşdırılmasına mane olan problemlərin öyrənilməsi, bu prosesə müsbət təsir göstərə biləcək amillərin müəyyən olunması;
¨ müasir “Üç ölçülü”ekoloji təhsil nəzəriyyəsi, yəni “ətraf mühitdə , ətraf mühit haqqında və ətraf mühit üçün” ekoloji təhsil fəlsəfə və yanaşmanın (ekoloji təfəkkürün) məktəbəqədər və məktəbli uşaqlar arasında təşviq edilməsi yollarının müəyyən olunması;
¨ erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxışlar yaratmaq, ekoloji yönümlü tədqiqat prosesinə cəlb etmək, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hisslər oyatmaq (beynəlxalq ekoloji təqvim üzrə işin qurulması və b.);
¨ bir qrup valideyn və tərbiyəçilər arasında ekoloji biliklərə dair sorğunun aparılması və təhlil edilməsi;
¨ məktəbəqədər və məktəbli uşaqlar arasında ekoloji təbliğatın aparılması;
¨ ekoloji-maarifləndirici tədbirlərə valideyn və digər ailə üzvləri, tərbiyəçi və müəllimlərin cəlb olunması;
¨ ekoloji-maarifləndirici tədbirlərə bir sıra dövlət, yerli və beynəlxalq qurumların dəvəti;
¨ uşaqlarda liderliyin, məsuliyyət hissinin, birgə maraqlar naminə əməkdaşlığın, habelə ünsiyyət, araşdırma, təhliletmə, kollektivdə çalışma bacarıqlarının inkişaf etdirilməsi;
¨ xarici ölkələrdə məktəbəqədər və orta məktəb uşaqları üçün ekoloji tərbiyə və təhsilin neçə təşkil olması vəziyyətinin və gücləndirilməsi yollarının öyrənilməsi və işıqlandırılması;

Nəticədə demək olar ki, təqdim etdiyimiz layihə uşaqlarla yanaşı ekoloji-maarifləndirici tədbirlərə tərbiyəçi, müəllim, valideyn və digər ailə üzvlərini cəlb edir, nəticədə müxtəlif yaşda olan insanlar arasında ekoloji təbligatı təşkil edir və UNESCO-nun “TƏHSIL HAMI ÜÇÜN” siyasətini dəstəkləyir.

______________________

BSU Məktəb-lisey kompleksində DAAD-nin Azərbaycan üzrə nümayəndəsi xanım Nikola Uliş alman dilinin dərindən öyrədilməsi şagirdlərin Almaniyada təhsilalma perspektivlərindən danışdı

06 aprel 2013-cü il tarixdə Alman Akademik Mübadilə Xidmətinin Azərbaycandakı nümayəndəsi xanım Nikola Uliş BSU Məktəb-lisey kompleksində alman dili tədris olunan siniflərin şagirdləri və onların valideynləri, müəllimlərlə görüşdü. Görüşü açan Kompleksin direktoru prof. T.Cəfərov bu tədris ocağında alman dilinin tədrisi vəziyyətindən və alman dilinin tədrisi üzrə mərkəzə çevrildikdən sonra Kompleksdə görülən işlərdən, alman dili kabinetinin fəaliyyətindən, o cümlədən almaniyalı mütəxəssis xanım Frau Fanonun tədrisə metodiki rəhbərliyinin faydasından söhbət açdı. Sonra xanım Frau Fano öz fəaliyyəti, tədris proqramı və dərsliklər, Kompleksdə alman dilinin dərindən mənimsədilməsi məqsədilə təşkil edilən əlavə dil dərslərinin əhəmiyyətindən danışdı.

DAAD-nin nümayəndəsi xanım Nikola Uliş BSU-da və onun məktəbində alman dilinin tədrisinə və germanşünaslığın inkişafına görə Universitet rəhbərliyinə öz minnətdarlığını bildirdi və hər zaman bu işə dəstək veriləcəyini vurğuladı, gələcəkdə şagirdlərin Almaniyada bakalavr və magistr təhsili perspektivləri haqqında geniş məlumat verdi, müxtəlif təhsil proqramları üzərində dayandı. Şagird və valideynlərin çoxlu sualları cavablandırıldı. Şagirdlərin təhsil proqramlarına qoşulma imkanları açıqlandı.

Görüşdə iştirak edən BSU Filologiya fakültəsinin dekanı dos. İ.Babayev Universitetdə roman-german istiqamətinin inkişafı, alman dili ixtisası üzrə təhsil alan tələbələrin uğurları və o cümlədən onların Almaniyada magistr təhsili almaq, tələbə mübadiləsi proqramı ilə oraya göndərilmək üçün atılan addımlardan bəhs etdi.
Sonda DAAD-nin Azərbaycan üzrə nümayəndəsi xanım Nikola Uliş BSU Məktəb-lisey kompleksi şagirdlərinin məktəbi bitirərəkən həm də Almaniya attestatı alma və təhsilini ödənişsiz qaydada bu ölkədə davam etdirmə şansı əldə etmələrini yüksək qiymətləndirdi və bu imkanı layiqincə dəyərləndirməyə çağırdı. 

______________________

II siniflərdə müzakirə-disput
(Nağıllardakı heyvan obrazlarının xarakterik xüsusiyyətləri)

Nağıllar onları yaratmış insan cəmiyyəti qədər qədimdir. İnsanlar insanların dili ilə heyvan obrazlarını danışdırmış, onlar vasitəsi ilə insanlarda olan çatışmamazlığı göstərməyə çalışmışlar. Bu gün uşaqlar müzakirə etdikləri “Dəvə və Tülkü” və “Tülkü həccə gedir” və s. nağıllarında, Tülkünün necə hiyləgər, tamahkar, vəhşi bir heyvan olduğunu açıqladılar. Tülkünün timsalında heyvanlar haqqında dolğun məlumat verdilər. Heyvanların həyatımızda nə kimi xeyri olduğunu anlatdılar. Nağıllardakı heyvan obrazlarının insanlarla oxşar və fərqli cəhətlərini müqayisəli şəkildə təhlil etdilər.

Uşaqlardan Məmmədov Aytac, Nəzərov Elməddin, Hüseyinli Amin, Mütəllimova Səma, Zeynalov Sənan, Mikayılzadə Şükran müzakirədə daha fəal iştirak etdilər.
Tədbirin sonunda Sevinc müəllimə uşaqlara rus dilində cizgi filmi təqdim etdi. Uşaqlardan Qasımzadə Taryel mətni rus dilindən Azərbaycan dilinə tərcümə etdi. Bu da uşaqların dilə olan marağını daha da artırdı. Tədbirin sonunda kitabxananın müdiri Sevil xanım çıxış etdi. O, uşaqlara həyatımızda kitabın əhəmiyyətindən danışdı. Onlara daha savadlı bir insan olmaları üçün, dərsliklərlə bərabər bədii ədəbiyyatın da əhəmiyyətini anlatdı.

______________________

Məktəb-Lisey Kompleksində viktorina keçirildi.

BSU Məktəb-Lisey Kompleksində 4 aprel tarixində viktorina keçirildi. 10a  sinif şagirdi Mürsəlov Manaf  və 11a sinif şagirdi Quliyev Rəhman tərəfindən təşkil olunan viktorinada şagirdlər öz biliklərini və dünya görüşlərini nümayiş etdirdilər. IX-X siniflər arasında keçirilən viktorinada müxtəlif elmlər haqqında olan  suallar  hamıda maraq yaratdı. Şagirdlər 4 qrupa bölünərək hər turda 5 suala cavab tapmağa çalışdılar. 5 turdan sonra 10l  sinfinin komandası qalib elan olundu.

______________________

BSU Məktəb-Lisey Kompleksində Novruz tədbirləri

______________________

COĞRAFİYA  HƏFTƏSİ KEÇİRİLDİ

Coğrafiya Yer kürəsinin təbiətini öyrənən ən qədim elm sahələrindən biridir. Coğrafiya elminin yaranması və inkişafı uzun sürən tarixi proseslərin nəticəsidir. Həmçinin o bir sıra elm sahələri ilə qarşılıqlı əlaqəyə malikdir. Son illər coğrafiyanın rolu getdikcə artır. Buna səbəb: təbiətə təzyiq güclənir və təbii resurslardan daha çox istifadə olunur.

BSU Məktəb-Lisey Kompleksində elan olunan növbəti fənn həftəsi coğrafiya oldu. Coğrafiya müəllimi Bağırova Günayın 6-b və 6-n siniflərində keçirdiyi viktorinada xüsusi məntiq tələb edən məsələlər, Yerin 4 xarici (atmosfer, biosfer, litosfer və hidrosfer) təbəqəsi haqqında məlumatlar hamıda maraq oyatdı.

15 Mart tarixində BSU MLK-da Nəbiyeva Bənövşənin təşkilatçılığı ilə coğrafiya gecəsi baş tutdu. Əvvəlcə aparıcılar Qurbanzadə Rəşad və Hüseynova Türkan coğrafiya elminin əhəmiyyəti barədə şagirdləri məlumatlandırdılar. IX və XI sinif şagirdləri Həmidova Tubuxanım və Dadaşova Həqiqət öz rəqsləri ilə tədbiri canlandırdılar. Məmmədzadə Nərgiz və Bağırov Şahinin təqdimatında hava məlumatı hamının gülüşünə səbəb oldu. IX sinif şagirdləri Əsədullayev Ələsgər, Səmədova Elanə, Novruzov Əhməd müxtəlif ölkələrin iqlimi, turizm imkanları və s. haqqında çıxış etdilər. Dilquşə və Müjgan müvafiq olaraq Atmosfer və Hidrosfer təbəqəsindən danışdılar. Həmçinin Asiman və Emilin hazırladığı maraqlı suallar, məlumatlar tədbirə xüsusi rəng qatdı. Hüseynova Səbinə isə Vətənimiz Azərbaycanın səfalı təbiətindən danışdı.  Tədbirin sonunda isə BSU Məktəb-Lisey Kompleksinin direktoru prof.T.H.Cəfərov  belə gözəl tədbir hazırlanmasında əməyi keçən hər bir kəsə öz təşəkkürünü bildirdi.

______________________

BSU Məktəb-Lisey Kompleksində 8 matr tədbiri keçirildi

______________________

BSU Məktəb-Lisey Kompleksində kimya həftəsi keçirildi

BSU Məktəb-Lisey kompleksində 1-7 mart tarixlərində kimya biologiya həftəsi keçirildi. Fənn həftəsinə müxtəlif tədbirlər daxil edilmişdi: açıq dərslər, divar qəzetlərinin hazırlanması, viktorina , kimya gecəsinin keçirilməsi.
Biologiya müəllimlərii Hüseynova Elnurə  V sinifdə “Ünsiyyət”, Əlizadə Aynur VII sinifdə “İnfuzor tərlik”, Əliyeva Leyla V sinifdə  “Dinlər arasında əlaqə” mövsusunda açıq dərslər verdilər. Dərslərdə yeni texnnologiyalardan yüksək səviyyədə istifadə olunmaqla kurikulum və müasir  təlim metodları ustalıqla tətbiq olundu. Dərslərdə  yalnız Kompleksin müəllimləri deyil, digər məktəblərin müəllimləri də iştirak edirdi. Dərslərin müzakirəsi zamanı  təcrübə mübadiləsi  aparıldı.
5 mart 2013-cü il tarixdə Məktəb-Lisey Kompleksində kimya gecəsi keşirildi.  Gecəni  kimya müəllimləri Zeynalzadə Mehriban və Hüseynova Tamara təşkil etmişdilər. Tədbirdə nümayiş etdiriən müxtəlif kimyəvi təcrübələr, Respublikamızın dünya şöhrətli alimləri haqqında qısa hekayətlər,kimya ilə bağlı aforizmlər, atalar sözləri, məzəli əhvalatlar, şerlər və s. hamıda gözəl əhval-ruhiyyə yaratdı.  XI sinif şagirdi Abışova Nigarın “Nizami Gəncəvinin əsərlərində kimyaya və kimyagərə münasibət” mövzusunda çıxışı böyük marağa səbəb oldu.
“Oksigenin məhkəməsi” səhnəciyində şagirdlər oksigen misalında kimyəvi  birləşmələrin insan həyatında böyük rol oynadığını göstərdilər.
Biologiya müəllimi Daşdəmirova Kəmalənin VI siniflər arasında keçirdiyi  viktorinada bitkilər haqqında suallar, əyləncəli tapmacalar hamıda maraq yaratdı.
Açıq dərslərdə, viktorinada , gecədə iştirak edən müəllimlər, qonaqlar bir daha əmin oldular ki, belə rəngarəng fənn həftələrinin keçirilməsi şagirdlərin fənlərə marağını artırır, biliklərə daha dərindən yiyələnəməsinə kömək edir və peşə yönümünü dəqiqləşdirir.

______________________

BSU Məktəb-Lisey Kompleksində İngilis dili həftəsi keçirildi

Every year the tendency of having parties in chairs are in Baku Slavic University School Lyceum Complex. And according this rule this year on the 1st March of 2013 in Foreign Languages Chair there was an English party. There were different grades who participated in this step. Among them there were students from 1st  grade till 11th there were songs, plays, poems introduced by students. The presenter was Gasimova Nigar from X th grade. There were parents, teachers and students who supported and applaud the participants. And at the end of the ceremony the principal of BSU School Lyceum Complex prof. T.H. Jafarov gave a speech and wished them a good success.

______________________

Xocalı faciəsibirincilərin gözü ilə

Tariximizi yaşatmaq, onu gələcək nəslə aşılamaq bir vətəndaş kimi hər bir azərbaycanlının borcudur. Bu iş ailədən başlayıb məktəbdə davam edərək, həyatda öz əksini tapır. Biz BSU MLK-nin kollektivi də bu işin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Başda prof. T.H.Cəfərov olmaqla təkcə bilik, elm sahəsində  şəxsiyyətin yetişdirilməsində kollektivimiz ordu kimi çalışır.

Müasir fənn kurrikulumlarının tətbiqi bizim şagird yaradıcılığının istedadının inkişaf etməsinə daha da təkan verir. Biz çalışırıq ki, şagirdlərimiz vətənpərvər ruhda böyüsünlər, ulu öndərimizin qurub yaratdığı müstəqil Yeni Azərbaycanı göz bəbəyi kimi sevərək keçmişini unutmasın, gələcəyə inamla addımlasınlar. Bu ideya, bu iş prinsipi bizim bütün dərslərimizdə inteqrativ şəkildə öz əksini taparaq, vətən, vətəndaş, vətənpərvərlik ruhu daima aşılanır. Bu təkcə dərslərdə deyil, vaxtaşırı dərsdənkənar tədbirlərdə də öz əksini tapır.

Bu baxımdan BSU MLK-nın Ib sinif    şagirdlərinin hazırladığı «Xocalı faciəsi» birincilərin gözü ilə tədbirini xüsusilə vurğulamaq olar. Onlar hazırladıqları şeirlər, bayatılar, səhnəciklərlə  çıxış edərək sanki o anı bir daha  xatırladaraq bütün zalda əyləşənlərə yaşatdılar. Onlar öz kiçik qəlblərində bu faciəni qan yaddaşına həkk edərək sabah bu hadisənin təkrar olunmaması üçün dünyaya səsləndilər. Xocalı faciəsində qiymət verilməsini, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasını, biz uşaqların fəryadını eşidib belə faciələrin təkrar olunmamasını tələb edib dünyada sülhün, əminamanlığın bərqərar olmasını arzuladılar.     

______________________

İmtahan nəticələri

Soyadı, adı  və  atasının adı

Ümumi bal

1

Ağaverdiyeva Türkan Elşən

34

2

Axundova Nəzrin Tərlan

31

3

Rzayeva Məhbubə Abbas

53

4

Mirzəyeva Leyla Fuad

32

5

Əliyev İlham Əli

27

6

Əliyev Nicat Pirəli

26

7

Məmmədova Banu Elmar

47

8

Muradova Aytən Akif

35

9

İbrahimli Toğrul Firudin

20

10

Muradova Firuzə Emil

40

11

Hacızadə Şölə Elturan

53

12

Əzizova Aysel Vüqar

51

13

Qasımov Ruslan Faiq

35

14

Cəfərova Leyla Telman

35

15

Xəlilov Əliəkbər Cəsarət

48

16

Həsənli Nihad Nazim

20

17

Piriyeva Fatimə Natiq

46

18

Hüseynova  Ləman Müşfiq

32

19

Səfərova Nərmin Vüqar qızı

41

20

Abdullayeva Şəfəq Cabir

52

21

Abdullayeva Günəş Cabir

47

22

Bəhramlı Əli Fəqan

47

23

Becanov Məhəmməd Daşqın

26

24

Cəfərli Əzrək Ceyhun

49

25

Həmzəyeva Hökümə Faiq

33

26

Hadıyeva Hökümə Namiq

54

27

Hüseynzadə Nərgiz Məcid

41

28

Hüseynəliyev İbrahim Şaiq

13

29

İsmayılov Rəvan İsmayıl

41

30

Qarayeva Nurcan Pənah

28

31

Qədirzadə Məryəm Fuad

50

32

Məhərrəmova Rəhiməxanım Taleh

41

33

Nağızadə Qəzənfər Saday

26

34

Nağıyeva Zümrüd Mürşüd

46

35

Rüstəmli Şövkət Elçin

39

36

Səmədova Şəfa Eldar

27

37

Talıbov Ələkbər Çingiz

44

38

Heydərli Oqtay İlham

43

39

Vahabov Ramazan Adil

36

40

Vəliyeva Ayna İsrafil

34

41

Allahyarova Gülşən

40

42

Alxasov Qabil

38

43

Quliyeva Günay

22

44

Hüseynli Fərid

30

45

Novruzova Emilya

18

 

______________________

Посол Украины побывал в Комплексе «Школа-лицей» Бакинского славянского университета

В Комплексе «Школа-лицей» при БСУ большое внимание уделяется физической подготовке учащихся. Помимо основных уроков по физической подготовке, в Комплексе функционируют спортивные секции по волейболу, баскетболу, футболу, бадминтону, шахматной композиции, карате. На днях по инициативе Федерации Спортивного ориентирования в Комплексе начался набор группы детей и учителей на секцию по данному виду спорта.
На встрече с послом Украины в Азербайджане господином Александром Павловичем Мищенко, являющимся и почётным членом Президиума Федерации по Спортивному ориентированию, директор Комплекса проф. Тельман Джафаров проинформировал гостя о деятельности этого учебного заведения, рассказал об успешном выступлении учеников на традиционной Международной славистической олимпиаде школьников в Киеве, об учёбе выпускников школы в вузах Украины, а также о подготовке детей к конкурсу на лучшее сочинение по творчеству Тараса Шевченко, проводимому Посольством Украины.
Посол Украины объяснил причину своего пребывания в Комплексе, о значении и необходимости привлечения детей школьного возраста и учителей к занятиям по спортивному ориентированию. Он объяснил причину своего прихода в спортивное ориентирование.
Были продемонстрированы ролики о занятиях по спортивному ориентированию, о выступлениях азербайджанских спортсменов на респуб­ликанских и международных соревнованиях.

Посол ответил на вопросы детей, представил тренера, кто будет заниматься с ними и готовить их к соревнованиям.

______________________

BSU Məktəb-Lisey Kompleksində Ana Dili Günü

BSU Məktəb-Lisey Kompleksində artıq çoxdandır ki, fənn həftələrinin keçirilməsi ənənə şəklini almışdır. 21 fevral – Beynəlxalq Ana Dili Günü Kompleksdə xüsusi canlanma var idi: Azərbaycan dili və ədəbiyyat fənn həftəsi daxilində “Ana dili” gününə həsr olunmuş tədbir keçirilirdi. Məktəbin direktoru, professor, Telman Cəfərov tədbiri açaraq Azərbaycan dilinin qədimliyi və zənginliyi haqqında məlumat verdi. Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Akif Məmmədov Ana dili gününün yaranması tarixi haqqında danışdı. Sonra söz Kompleksin şagirdlərinə verildi. Onlar ana dili haqqında şeirlər səsləndirdilər. B.Vahabzadənin, T.Bayramovun və b. şeirləri, Azərbaycan dilinə aid poetik nümunələr, ana dilini vəsf edən musiqi nömrələri tamaşaçıların - şagirdlərin, müəllim və valideynlərin ruhunu oxşadı.

______________________

«Azərbaycanda rus dili ədəbiyyatı» jurnalının son saylarının təqdimatı

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində təşkil olunmuş Rus dili həftəsi maraqlı və rəngarəng tədbirlərlə yadda qaldı: Vısotskinin xatirəsinə həsr edilmiş ədəbi-musiqi gecə, təmsil gecəsi, «Ən yaxşı şeir ifaçısı» və inşa  müsabiqələri və s.
Kompleksin rus dili və ədəbiyyat kafedrasında 1 və 5-ci siniflər üçün  dərsliklərin müzakirəsi  zamanı dərsliklərin orijinal xüsusiyyətləri və çatışmazlıqlar göstərilməklə yanaşı, rus bölməsi üçün mövcud «Rus dili» və «Ədəbiyyat» və Azərbaycan bölməsi üçün «Rus dili» dərsliklərinə alternativ dərsliklərin yaradılmasının və istifadəsinə icazə verilməsinin vacibliyi vurğulandı. Kompleks və Universitet rəhbərliyindən xahiş edildi ki, Universitet əməkdaşları tərəfindən 1 və 5-ci siniflər üçün hazırlanmış dərsliklərə qrif verilməsi üçün Təhsil nazirliyinə yenidən müraciət olunsun.
Bu məsələ «Azərbaycanda rus dili və ədəbiyyatı» jurnalının son saylarının Məktəb-lisey kompleksinin oxu zalında baş tutan müzakirəsi zamanı bir daha vurğulandı. Milli kurikulumun tələbləri əsasında yazılmış və məktəblilərin istifadəsinə verilmiş yeni «Rus dili» və «Ədəbiyyat» dərsliklərinin jurnal səhifələrində geniş müzakirəsinə ehtiyac olduğu qabardırıldı.
Artıq 2003-cü ildən etibarən rektor, AMEA-nın müxbir üzvü prof. K.M.Abdullayevin təşəbbüsü ilə Bakı Slavyan Universiteti tərəfindən yeni formatda və məzmunda nəşr olunan və 2010-cu ildən tam rəngli və fərqli poliqrafik icrada oxuculara təqdim edilən «Azərbaycanda rus dili və ədəbiyyatı» jurnalı elmi-metodiki əhəmiyyətini saxlamaqla, həm də mədəni-ictimai nəşr kimi böyük maraq doğurur. Jurnal ölkəmizdə rus dilinin istifadəsi və işlənməsi dairəsini, rus ədəbiyyatı və mədəniyyətinin xalqımızın ictimai-mədəni həyatı və şüurunda yerini, xalqlarımız arasında tarixi və müasir əlaqələri və s. məsələləri əhatə edir və gündəmdə saxlayır. Təsadüfi deyil ki, yüksək elmi səviyyəyə malik bu dövri nəşr Azərbaycan və Rusiyanın elm və təhsil mərkəzlərinə, dövlət orqanlarına, elm və mədəniyyət xadimlərinə, slavyan ölkələrinin universitetlərinə göndərilir.       
Jurnalın 2012-ci il nömrələrinin prezentasiyasına dəvət olunan Bakı şəhəri məktəblərinin rus dili və ədəbiyyat müəllimləri, Bakı Şəhər Təhsil İdarəsi Metodiki mərkəzinin əməkdaşları, Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin nümayəndələri, Universitetin uyğun kafedralarının müəllimləri, təcrübə rəhbərləri son üç nömrənin geniş müzakirəsi zamanı ayrı-ayrı məqalə və materiallarla, jurnal müəllifləri ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Kompleksin rus dili və ədəbiyyat müəllimləri Rəna Babayeva, Gülarə Hacıyeva, Reyhan Hüseynova, Adilə Güləhmədova, ibtidai sinif müəllimləri Danya Altunbəyova, Diana Karatayeva ayrı-ayrı saylarda getmiş maraqlı məqalə və materialları təhlil etməklə yanaşı, təkliflər də irəli sürdülər. Pedaqoji kollektiv adından jurnalın baş redaktoru prof. Flora Naciyevaya və nəşrin icraçı direktoru dos. Güney Məhərrəmovaya minnətdarlıq edən BSU Məktəb-lisey kompleksinin direktoru prof. Telman Cəfərov jurnal səhifələrində kurikulum tələbləri əsasında tərtib olunmuş dərs icmallarına, yeni təlim texnologiyaları və interaktiv dərs modellərinin tətbiqi ilə bağlı metodiki məqalələrə geniş yer verməyi xahiş etdi.
Qeyd edək ki, dövri elmi-metodiki nəşrlərin Kompleksdə təqdimatı artıq ənənə halına düşməkdədir. Yanvar ayının Pedaqoji şura iclasında «Kurikulum» jurnalının son (2012-ci il, № 4) sayının materialları geniş müzakirə olunmuşdu.

 

İlahəCarçıyeva
BSU Məktəb-lisey kompleksi rus dili ədəbiyyatı kafedrasının müdiri, dosent,
«İlin
ən yaxşı əllimi» müsabiqəsinin qalibi

______________________

Peşə seçiminin sosial-iqtisadi məsələləri

13 fevral tarixində BSU Müəllim-Valideyn Assosasiyasının təşkilatçılığı ilə tədbir baş tutdu. Tədbirdə BSU Məktəb-Lisey Kompleksinin direktoru prof. T.H.Cəfərov, digər müəllim və valideyn heyəti də iştirak edirdi. “Peşə seçiminin sosial-iqtisadi məsələləri” mövzusunda IX,  X,  XI siniflərlə söhbət aparıldı. Ali təhsil və peşə məktəbləri haqda danışıldı. Qonaq qismində dəvət olunmuş iqtisad elmləri üzrə fəlsəfə doktoru Cəlil Quliyev şagirdləri maraqlandıran suallara cavab verdi.

______________________

BSU Məktəb-lisey kompleksində riyaziyyat fənn həftəsi

Şagirdlərin elmi biliklərinin və təfəkkürünün inkişafı çətin və çoxşaxəli proses olduğu üçün onu yalnız sinif dərs sistemi ilə məhdudlaşdırmaq olmaz. Sinifdənxaric və məktəbdənkənar tədbirlər sinif dərs sistemini tamamlamalı və sinifdə həyata keçirilməsi mümkün olmayan bəzi məsələləri reallaşdırmalıdır. Sinifdənxaric və məktəbdənkənar tədbirlər yalnız öz formasına görə tədris prosesindən fərqlənir, məzmununa görə isə bu proseslə birləşir. Məhz bu baxımdan da sinifdənxaric tədbirlər məktəbdə təlim-tərbiyə prosesinin ayrılmaz hissəsidir. O şagirdlərin biliklərini dərinləşdirmək, dünyagörüşünü genişləndirmək, şagirdlərə fənn proqramında və dərsliklərdə olmayan məlumatları çatdırmaq,  həmçinin şagirdlərdə öyrənilən fənnə maraq yaratmağa xidmət edir.
Sinifdənxaric tədbirlər içərisində fənn aylıqları və həftəliklərinin xüsusi yeri var. Şagirdlərin bilik və bacarıqlarının formalaşmasında xüsusi rolunu, fənlərin tədrisinə göstərə biləcəyi köməyi və şagirdlərdə fənlərə daha çox maraq oyadacağını nəzərə alaraq, Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin rəhbərliyi kompleksdə fənn həftələrinin keçirilməsini qərara aldı. Məqsəd fənlərin tədrisi vəziyyətini daha da yüksəltmək, qabaqcıl müəllimlərin təcrübəsini öyrənmək, şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirməyə meydan vermək  idi. İlk fənn həftəliyi “elmlərin şahı” olan riyaziyyat həftəliyi ilə başladı.
Həftə çərçivəsində keçiriləcək tədbirlərin planlaşdırılması və həyata keçirilməsi Kompleksin riyaziyyat və informatika kafedrasına həvalə olundu. Kafedra iclası çağırıldı, həftəlik çərçivəsində görüləcək işlər planlaşdırıldı və kafedranın müəllimlərinə həvalə olundu.


Həftə şagirdlərin hazırladıqları divar qəzetləri və bülletenlərin nümayişi ilə başladı. Həftə ərzində şagirdlər riyaziyyata aid tarixi materiallar, dünyanın, o cümlədən Azərbaycanın məşhur riyaziyyatçıları, riyaziyyatın tətbiqi sahələri haqqında məlumatlar topladılar, dərslərdə bu barədə fikir mübadilələri apardılar. Dünya elminə qiymətli töhfələr vermiş Azərbaycan alimləri – Nəsrəddin Tusi, Əbülhəsən Bəhmənyar və Lütfi-Zadənin həyatı, fəaliyyəti ilə bağlı məlumatlar şagirdlər üçün xüsusilə qiymətli idi. Siniflərdə müxtəlif tipli əyləncəli məsələlər, riyazi rebuslar,  krossvordlar həll olundu, müzakirə edildi, viktorinalar, bilik yarışları təşkil edildi. Bu məlumatların əksəriyyəti divar qəzetləri və bülletenlərdə əks olunmaqla kompleksin girişini, dəhlizləri, sinif otaqlarını bəzədi, şagirdlərin riyaziyyata aid yaradıcı əl işləri sərgiləndi. Buradakı məlumatlar, maraqlı və əyləncəli, məntiqi suallar təkcə kompleksin müəllim-şagird  kollektivinin deyil, valideynlərin, kompleksdə pedaqoji təcrübədə olan tələbələrin və başqa ziyarətçilərin də böyük marağına səbəb oldu.
Şagirdlərin marağı və bu tədbirlərdə aktiv iştirak etmək həvəsi növbəti günlərdə bir-birindən maraqlı viktorinalar, riyaziyyat gecələrinin bir-birini əvəz etməsi ilə nəticələndi.  Rus bölməsinin 5-6 sinifləri fənn müəllimi Sevil Ələsgərovanın, 7 və 11 sinifləri  isə fənn müəllimi İradə İbrahimovanın rəhbərliyi altında rəngarəng kostyumlaşdırılmış səhnələr təqdim etdilər.  BSU Məktəb-Lisey Komplesində start götürən fənn həftəsi çərçivəsində növbəti tədbir Komplesin müəllimi Afaq Əşrəfova tərəfindən təşkil olundu. Tədbir 31 yanvar tarixində Komplesin Akt zalında baş tutdu. Burada 10n və 8c sinifləri iştirak edərək öz məharətlərini nümayiş etdirdilər. Tədbiri izləyənlər arasında BSU Məktəb-Lisey Kompleksinin direktoru prof.T.H.Cəfərov və  direktor müavinləri də var idi.
Azərbaycan bölməsinin şagirdləri tərəfindən fənn müəllimi Gülnaz Babayevanın ümümi rejissorluğu ilə hazırlanmış “Riyaziyyat gecəsi”  daha təmtəraqlı və yaddaqalan idi. Burada bilik yarışlarından tutmuş musiqili şou nömrələrə qədər çıxışlar yer almışdı. Yarışlara Bakı Modern Məktəbin ("Baku Modern School") 5-ciləri də qoşulmuşdu. Qonaqlara kitab hədiyyələri və təşəkkürnamələr verildi.
Növbəti – rus dili və ədəbiyyat fənn həftəsi öz başlanğıc tədbirləri ilə riyaziyyat həftəsinə qanad verdi.

Həftənin yekunlarına həsr olunmuş direktoryanı müşavirədə riyaziyyat və rus dili üzrə dərs dinləmələri müzakirə olundu.

______________________

Şagirdlərimiz Beynəlxalq olimpiadada fərqləndilər

Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin şagirdləri yanvar ayının son günlərində Kiyevdə, Slavistika  Universitetdə keçirilən ənənəvi Beynəlxalq slavistika olimpiadasında uğurla çıxış etdilər. Əsasən slavyan ölkələrinin məktəbliləri qatılan bu maraqlı bilik yarışı gənclərin slavyan dilləri və mədəniyyətləri, ümumdünya tarixi üzrə biliklərinin üzə çıxarılması, onların jurnalistika istiqaməti üzrə bacarıqlarının müəyyənləşdirilməsi (inşa və esse müsabiqəsi) məqsədini güdürdü.

Beynəlxalq olimpiadada üç nəfər 11-ci sinif şagirdimizi tarix müəllimi, «İlin ən yaxşı müəllimi» Respublika müsabiqəsinin qalibi Səbinə Şahmalıyevanın rəhbərliyi altında çıxış edirdilər. Onları VMA-nın Kompleks filialının təmsilçisi Xuraman Məmmədova müşayiət edirdi.

Şagirdlərimizdən Abdullazadə Rəhilə Taleh qızı iki istiqamət üzrə (rus dili və ədəbiyyat,  ümumdünya tarixi fənləri) birinci yerə layiq görülmüş, digər iki şagirdimiz isə rus dili və ədəbiyyat üzrə fərqlənmişlər. Sadıqzadə Natella Murad qızı birinci, Kotelnikova Valeriya Oleqovna isə ikinci dərəcəli diplomlara sahib olmuşlar.      

______________________

Təcrübəçi tələbələr üçün kurikulum üzrə mühazirələr

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində ənənəvi olaraq pedaqoji təcrübə keçən Bakı Slavyan Universitetinin Filologiya və Pedaqoji, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Biologiya fakültələrinin tələbələri üçün kurikulum üzrə mühazirələr təşkil edilmişdir. Dekabr və yanvar aylarında Kompleksdə təşkil olunan bu mühazirələrə eyni zamanda universitetlərdən gələn metodistlər, tələbələrin dərs dediyi siniflərin fənn müəllimləri dəvət olunmuşdular. Məqsəd tələbələrin pedaqogika, psixologiya və metodikadan aldıqları nəzəri bilikləri yeni təlim metodları və texnologiyaları ilə tamamlamaqdan, onları fənn kurikulumları ilə tanış etməkdən və fəal dərsə qoyulan tələbləri izah etməkdən ibarətdir.

Mühazirələri aparan Kompleksin direktoru, filologiya elmləri doktoru, professor Telman Cəfərov bu məşğələlərin həm də gələcək məzunların işə qəbulu zamanı müəyyən köməklik göstərəcəyinə inandığını söylədi. «Kurikulum» jurnalı və «Azərbaycan müəllimi» qəzetində bu mövzuda dərc olunan yazılara müraciət olundu. Ayrı-ayrı fənlər üzrə standartlara və alt-standartlara, məzmun xətlərinə, qiymətləndirmə meyarlarına toxunuldu. I-V siniflər üçün yeni qiymətləndirmə mexanizmi ilə bağlı Təhsil nazirliyinin yeni təlimatı şərh edildi.

Mühazirələrin sonunda «Kurikulum» jurnalının son sayında çap olunmuş prof. Əbdül Əlizadənin və ped. elm. üzrə fəlsəfə doktoru Zülfiyə Veysovanın yeni təlim və tədris texnologiyaları ilə bağlı məqalələri təhlil edilmiş, müvafiq ədəbiyyatların mütaliəsi tövsiyə olunmuşdur.

______________________

Bakı  Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində 20 Yanvar şəhidləri yad edildi.

Məktəb-lisey kompleksində 20 Yanvar Ümümxalq hüzn günü ərəfəsində bir sıra tədbirlər həyata keçirilir. Şagirdlər arasında inşa, rəsm və sinif divar qəzetlərinin müsabiqəsi keçirilmişdir. Yanvarın 15-dən başlayaraq şagird və müəllimlərin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilmiş, yanvarın 18-də birinci və ikinci növbələrin ilk dərsləri 20 Yanvar hadisələrinə həsr edilmiş, cərgə önündə məktəb rəhbərliyi və tarix müəllimləri çıxış etmişlər, müstəqillik yolunda canlarını qurban vermiş həmvətənlilərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Kompleksin Akt zalında ədəbi-bədii kompozisiya şagird və müəllimlərin diqqətinə təqdim olunmuşdur.

______________________

 NAĞILLAR ALƏMİNƏ SƏYAHƏT

Yanvar ayının 12-si BSU MLK-da çox maraqlı bir tədbir keçirildi. Təşkilatçı BSU MLK-nın “Sfera” dram studiyasının rəhbəri  Fikiriyyə Muradova idi. O, öz çıxışı ilə tədbiri açıq elan etdi. Şagird və müəllim heyətini salamlayan Fikriyyə xanım hamını Yeni il münasibəti ilə də təbrik etdi. Bu tədbir bizi nağıllar aləminə apardı. Nağıl müasirləşdirilərək keçmişlə gələcəyi özündə birləşdirir. Baş qəhrəman öz şahzadəsini xilas etmək üçün küləkdən, Şaxta babadan, Buz kraliçasından kömək istəyir. Nəhayət Küpəgirən qarıya qalib gələrək öz şahzadəsini xilas edir və nağıl sevginin qələbəsi ilə başa çatır.

Sonda Fikriyyə xanım başda BSU MLK-nın direktoru prof. T.H.Cəfərov olmaqla, tədbirdə əməyi keçən bütün şəxslərə öz minnətdarlığını bildirdi. Sonra 7 sinif şagirdləri Z.Yaqubova, F.Xudaverdiyev, C.Rzayeva, F.Şəfiyeva, H.Məmmədzadə və digərlərinə təşəkkürnamələr təqdim etdi. BSU MLK-nın direktoru prof. T.H.Cəfərov isə xüsusi fərqlənən şagirdlərə kitab hədiyyələri verdi.

______________________

BSU MLK-da "DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ" VƏ YENİ İL TƏDBİRİ KEÇİRİLDİ

______________________

Malıbəyli məktəbinin qonağı olduq

Şuşa rayon 1 nömrəli Malıbəyli orta məktəbi və Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksi arasında ötən tədris ilinin sonunda əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu müqavilə çərçivəsində 27 dekabr tarixində Malıbəyli orta məktəbində keçirilən tədbirə biz də dəvətli idik. Bu tədbir 31 dekabr-Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuşdur. Direktor Günəş xanımın çıxışı ilə tədbir acıq olundu. Daha sonra VIII sinif şagirdi Süleymanova Günel kanon alətində çıxış etdi. Əkiz bacılar Lalə və Jalənin hind rəqsi, möhtəşəm muğam kompozisiyası  böyük marağa səbəb oldu. Hüseynova Ləmanın tərəkəmə rəqsi alqışlarla qarşılandı. Həmrəylik gününə,vətənimizə aid şeirlər səsləndirildi. Şuşa məktəbinin X-XI sinif şagirdlərinin “Xəmsə” intellektual yarışmasında fərqləndikləri diqqətə çatdırıldı. Bilirik ki, Şuşanı Azərbaycanın Koservatoriyası,muğam beşiyi adlandırırlar.Şuşalı məktəblilər bu fikri bir daha təsdiqlədilər. Sazlı-sözlü, nəğməli tədbir Elvin Hüseynovun ifasında səslənən “Qarabağ” mahnısı ilə başa çatdı. Sonda isə söz təşkilatı işlər üzrə direktor müavini Naibə Kərimovaya verildi. O, şagirdləri qarşıdan gələn həmrəylik günü və yeni il münasibəti ilə təbrik edərək, onlara uğurlar arzuladı.

______________________

“Hacı Qara” əsəri səhnələşdirildi

Milli әdiblәrimizin atası, әdәbiyyatımızın fәxri, şübhәsiz, mәrhum Mirzә Fәtәli Axundovdur ki, onun əsərləri indi də sevilərək oxunur və tamaşaya qoyulur. BSU MLK-nın şagirdləri də Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin tələbələri ilə birlikdə  M.F.Axundzadə yaradıcılığına müraciət etdilər. Dahi dramaturq bu əsərində rәhmsiz qoca Hacı Qaranın xəsisliyini təsvir və tənqid edir. “Hacı Qara” komediyasının səhnələşdirilməsi böyük marağa səbəb oldu. Tədbirin təşkilatçısı BSU MLK-nın “Sfera” dram studiyasının rəhbəri  Fikiriyyə Muradova idi. O, Axundzadə haqda danışaraq onun böyük və qüdrətli sənətkar olduğunu bildirdi. Baş rollarda: Rauf Ayzatullin (Hacı Qara), Əliheydər Cəfərov ( Heydər bəy), Hikmət Bağırov (Səfər bəy), Cəlaləddin Vəlicanlı (Əsgər bəy), İlahə Hüseynova (Sona xanım) və s. ifa edirdilər. Qonaq qismində BSU-nun Filologiya fakültəsinin dekanı İ.Babayev və fakültənin müəllim heyəti də iştirak edirdi. Tamaşa şagirdlərin gurultulu alqışlarıyla müşayiət olundu. Sonda Fikriyyə xanım bütün əməyi keçən şəxslərə, kollektivə öz təşəkkürünü bildirdi və fəal şagirdlərə sertifikatlar  təqdim etdi.

______________________

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ KEÇİRİLDİ

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin akt zalında” Dünya azərbaycanlılarının həmrəylik günü” ilə əlaqədar Müəllim-Valideyn Assosasiyası tərəfindən  tədbir təşkil edildi. Tədbir himnimizin ifası ilə açıq elan olundu. Daha sonra tədbirin təşkilatçısı Elmira Əliyeva bu haqda danışdı:”Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün qeyd edilməsi bütün azərbaycanlılar tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib”. T. Bayramın “Azərbaycan deyəndə” şeiri Həmidova Tubuxanımın ifasında alqışlarla qarşılandı. İbtidai sinif şagirdləri Arzu və Röya isə B.Vahabzadə yaradıcılığına müraciət etdilər. Atakişiyeva Leyla və Rəhimə, Musayeva Ziynət məşhur “Yaşa Azərbaycan” mahnısını ifa etdilər. Tədbirin fəallarından olan Rəhimənin qələmə aldığı şeirlər böyük diqqət və marağa səbəb oldu. Balaca rəssam Quliyev Erolun Vətənimizin gözəl təbiətinə aid çəkdiyi şəkil yüksək qiymətləndirildi. Əvvəl bayrağımızı daima yüksəklərə qaldıran idmançılar, sonra isə direktor müavini Ə.İsmayılov, təşkilati işlər üzrə müavin N.Kərimova, S.Bayramova, P.Qasımova, İ.Hüseynova göstərdikləri fəallığa görə Valideyn-Müəllim Assosasiyası tərəfindən mükafatlandırıldı.

______________________

“Sağlam həyat, yoxsa  zərərli vərdİşlər” adlı tədbir baş tutdu

“Sağlam həyat, yoxsa  zərərli vərdişlər” adlı tədbir akt zalında baş tutdu. Tədbirin təşkilatçısı BSU MLK-nın biologiya müəllimi “İlin ən yaxşı müəllimi müsabiqəsinin qalibi” Gülnar Rəhimova idi. Sağlamlığa mənfi təsir edən, zərərli olduğunu biləndə asanlıqla tərk edilməyən vərdişlər zərərli vərdişlərdir. Bunlara siqaret, spirtli içki və narkotik maddələri aid etmək olar. Sadaladığımız maddələr insanda asılılıq yaradır. Tədbirdə zəmanəmizdə aktual olan narkotik maddə, siqaret və s. kimi gənclərin meyil etdiyi vərdişlər və onların ağır nəticələri haqda şagirdlərə məlumat verildi. Lazımi buklet və vəsaitlər müəllim və şagirdlərə paylanıldı. Erkən yaşlardan fərdi həyat tərzi sürmək, bədən tərbiyəsi və idmanla məşğul olmaq, bədəni möhkəmləndirmək, şəxsi gigiyena normalarına riayət etmək, alkoqol, narkotiklərdən istifadə etməmək, siqaret çəkməmək, düzgün qidalanmağın vacib olduğu bildirildi.

______________________

BSU rektorunun əmri ilə Məktəb-lisey Kompleksində də “Bir günlük xəlifə”
tədbiri baş tutdu.

“Bir günlük Xəlifə” günü ilə bağlı ilk tədbir – viktorina  məktəbin  akt  zalında  keçirildi. Şagirdlər  bir günlük də olsa müəllimlik məsuliyyətini öz üzərlərinə götürdülər. Tədbirdə  Şuşa  rayon Malıbəyli  kənd orta məktəbinin və kompleksin  direktor, müəllim  və  şagirdləri  iştirak etdilər.  Şagirdlər arasında maraqlı viktorinalar  keçirildi.  Suallara düzgün cavab verən  komanda qalib gəldi və hər iki komandaya kitablar  hədiyyə olundu.  Kompleksin şagirdi Mirtofiq Rzazadə karate üzrə Dünya çempionatında qazandığı uğura görə mükafatlandırıldı. Şagirdlər  arasında əyləncəli oyunlar keçirildi.  Malıbəyli məktəbi şagirdlərinin  xalq çalğı alətlərində çıxışları dinlənildi,  Malıbəyli musiqi məktəbindən gəlmiş trio “Qarabağ şikəstəsi” kompozisiyası  ilə çıxış etdilər. Kompleksin  bir günlük xəlifə direktoru İbrahim Həsənov BSU-nun rektoru prof. K. M. Abdullayevin hədiyyəsini  Malıbəyli məktəbinin  direktoru  Günəş xanıma təqdim etdi. Tədbirin sonunda fəal  şagirdlərə sertifikat və hədiyyələr verildi.

Növbəti tədbir Valideyn-Müəllim Assosiyasiyasının iştirakı ilə muzeydə keçirildi. “Sağlam həyat, yoxsa  zərərli vərdişlər” adlı tədbirdə Respublika təşkilatının nümayəndələri məruzə ilə çıxış edib, lazımi buklet və vəsaitləri müəllim və şagirdlərə payladılar.  

Məktəb-lisey Kompleksində “Bir günlük xəlifə” tədbirində ən yadda qalan hadisə isə X-XI sinif şagirdlərinin fənn müəllimlərini əvəz etməsi oldu. Şuşa məktəbinin müəllimləri və MLK-nın direktoru T. Cəfərov X sinif şagirdi Manafın VI sinifdəki coğrafiya dərsindən çox razı qaldılar və müzakirədə iştirak etdilər. 

I mərtəbədə VII sinif şagirdi rəssam  Zeynəbin əl işləri sərgisi, kitabxanada  isə M. F. Axundzadənin 200 illik yubileyi ilə bağlı kitab sərgisi təşkil olundu.

Şagird Parlamentinin orqanı “MLK-nın səsi” bülleteninin növbəti sayı Kompleksin “Bir günlük xəlifə” tədbirinə həsr edildi.

 

______________________

Ulu  öndər  anıldı

Tədbir dekabrın 12-də  dərs günü cərgə önündə (lisey və məktəbdə) Ulu öndərə həsr olunmuş dərslə başlandı. Kompleksin direktoru T.Cəfərov, tarix müəllimləri A. Abdullayev  və V. Bayramov Ulu öndərin həyat və fəaliyyəti barədə geniş məlumat verdi.

Şagird  Parlamentinin üzvləri  II tədris korpusunda Ulu  öndərin büstü önündə əklil və gül dəstələri qoydular. Tədbirlər  akt zalında ən yaxşı qəzet  müsabiqəsi  və  ədəbi-bədii kompozisiyası ilə davam etdirildi.

______________________

Məşhur  jurnalist Etibar Babayevin Ulu öndər  Heydər Əliyevə  həsr olunmuş  
“Zirvə” filminin nümayişi

Kompleksin  X-XI sinif şagirdləri üçün məşhur jurnalist Etibar Babayevin  Ulu öndər Heydər  Əliyevə həsr olunmuş “Zirvə” filmi nümayiş etdirildi. 

Ulu öndərin həyat və fəaliyyətinə  xüsusi məhəbbətlə qələmə alınmış bu ssenari və onun əsasında çəkilmiş film  kompleksin yuxarı sinif şagirdləri tərəfindən maraqla qarşılanıldı.  Filmin nümayişinə  razılıq vermiş Etibar  Babayevə  kompleksin direktoru  T.Cəfərov  pedoqoji kollektiv adından minnətdarlığını bildirdi.

______________________

Kompleksdə  I-V siniflərdə böyük  summativ qiymətləndirmə ilə bağlı test – sınaq  yoxlamaları

Dekabrın 12-də Kompleksin ibtidai siniflərində böyük summativ qiymətləndirmə ilə bağlı  test- sınaq  yoxlamaları  keçirildi. Zəfər kurslarının  texniki  dəstəyi ilə təşkil olunan bu  test  yoxlamalarında  şagirdlərə  4 fənn üzrə 40 sual təklif olunmuşdu. Cavablar həftə sonu  elan ediləcək.
Dekabrın 14-də V-XI siniflərində test- sınaq yoxlamaları keçiriləcək.  İmtahanlarda  Şuşa   Malıbəyli   kənd  orta  məktəbin şagirdlərinin  iştirakına  da  şərait  yaradılıb.   Ümumi nəticələrlə  Kompleksin saytında tanış olmaq olar.

______________________

Xurşudbanu Natəvan – 180

Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan ədəbiyyatı fakültəsinin təşkil etdiyi tədbir 06.12.2012 tarixində Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin akt zalında keçirildi. Tədbirdə Azərbaycan ədəbiyyatının  görkəmli şairəsi Xurşudbanu Natəvanın həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Tədbirdə  universitetin prorektorları Oktay Səmədov və Şirinbəy Əliyev, universitetin tələbə və müəllimləri, eləcə də Şuşa rayon Malıbəyli kənd orta məktəbinin şagirdləri də iştirak etdilər. Xurşudbanu Natəvanın şeirləri ilə bağlı keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı. Universitetin prorektoru  Oktay müəllim çıxış edərək tələbə və şagirdlərə uğurlar arzuladı. Xurşudbanu Natəvan Azərbaycan ədəbiyyatında  “Dürr inci” (Tək inci) və el arasında isə “Xan qızı” adlanırdı.  Xurşudbanu Natəvanın  yaradıcılığında mühüm yer tutan qəzəlləri (“Getdi”, “Sənsiz”, “Ölürəm”, “Olaydı”, “Ağlaram” və s.) haqqında geniş məlumat verildi. Universitetin tələbələri Xurşudbanu Natəvanın şeirləri ilə çıxış etdilər. Universitetin müəllimləri çıxış  edərək şairin “Gül dəftəri” adlı albomundan, poeziyasından, rəssamlıq qabiliyyətindən və Qarabağda təşkil olunmuş “Məclisi-üns” ədəbi məclisinə rəhbərlik etməsi haqqında geniş məlumat verdilər. Tədbirdə xalq artisti Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur “Qərənfil” mahnı-romansı da universitetin tələbələri tərəfindən fortepianoda ifa edildi. Daha sonra muğam ifaçıları Xurşidbanu Natəvanın qəzəlləri ilə çıxış etdilər. Tədbirin sonunda Xurşidbanu Natəvanın Azərbaycan ədəbiyyatında mühüm şəxsiyyətlərdən biri olduğu bir daha qeyd olundu.

______________________

«Naməlum Axundov» tamaşası izlənildi

Mirzə Fətəli Axundzadə yazıçı, dramaturq, ictimai xadim, dramaturgiyamızın banisidir. Yazdığı altı komediyası ilə bütün Orta və Yaxın Şərqdə dramaturgiyanin əsasını qoymuşdur. O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. M.F.Axunzadənin ədəbiyyatımızın inkişafına yönəlmiş xidmətləri danılmaz bir faktdır. Onun komediyaları bu gün də sevə-sevə oxunur, əsərləri səhnələşdirilir. Ədib əsərlərində mədəni geriliyi tənqid etmiş,hər cürə mövhumata inanan cahil insanları gülüş hədəfinə çevirmişdir.
M.F.Axundovun 200 illik yubileyi çərçivəsində bir sıra tədbirlər görülür. Bu dəfə Axundov yaradıcılığına “Yuğ” teatrı müraciət etdi. 1989-cu ildə əsası qoyulmuş teatr öz uğurlu tamaşaları ilə xalqın rəğbətini qazanmışdır. Axundzadənin komediyalarını səhnələşdirməklə ona yeni nəfəs, yeni bir baxış  gətirdilər. “Naməlum Axundov” adlanan tamaşaya BSU MLK-nın müəllim və şagird heyəti dəvət olunmuşdu.

Kompleksin müəllim-şagird heyəti tamaşanı böyük maraqla izlədi və gurultulu alqışlarla qarşıladı.

______________________

Şagird və müəllimlər Londonda dil kursları keçdilər

Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin 20 nəfər şagird və müəllimi, o cümlədən valideyn komitəsinin 4 nəfər üzvü «London House» İngilis dili məktəbi ilə bağlanmış müqaviləyə əsasən Londonda payız tətili günlərində qısamüddətli dil kurslarında iştirak etdilər. Universitetin profilinə uyğun olaraq Kompleksdə 4 xarici dil: ingilis, rus, alman və fransız dilləri tədris olunduğundan şagirdlərin dil praktikasını genişləndirmək məqsədilə bu tədris ilindən Almaniya və Böyük Britaniya dil tədrisi mərkəzləri ilə əlaqələr yaradılmış, bir sıra müştərək layihələrə başlanılmışdır.  «London House» məktəbində bir həftəlik intensiv ingilis dili kursları (20 saat həcmində), İngilis dili məktəbi müəllimlərinin müşayiəti ilə ölkənin bir sıra şəhərləri, tarixi yerləri və muzeyləri, o cümlədən Londonun görməli yerləri ilə tanışlıq şagird, müəllim və valideynlərin böyük marağına səbəb oldu. Dil hazırlığı səviyyəsinə uyğun olaraq dörd qrupda məşğul olan müəllim, şagird və valideynlərə kursun sonunda müvafiq sertifikatlar verildi. İngilis dili üzrə beynəlxalq hazırlıq mərkəzi kimi tanınan bu tədris ocağında Azərbaycan mətbəxi, mahnı və rəqsləri təqdim olunan gecəyə Çin, Fransa və İspaniyadan gəlmiş dinləyicilər, o cümlədən məktəbin müəllimləri dəvət almışdılar.

«London House» İngilis dili məktəbinin direktoru Martine Jean-Louis və BSU Məktəb-lisey kompleksinin direktoru Telman Cəfərov əməkdaşlıq müqaviləsinin genişləndirilməsi və konkret müştərək layihələrin reallaşdırılması barədə razılığa gəlmişlər.

The group of  Baku Slavic University School Lyceum Complex had a trip to London for a summer course from 11th  to 18 th of November.
They had a general English course 20 morning lessons per week (9 am-1 pm).
The had their course in London House of School.
This course provides a balanced programme   designed to develop their speaking, listening, and writing skills and their ability to use everyday English.
The aim of this course is multinational to increase English spoken in Class.
The Intensive English Course follow the same well-designed programme as the general courses but the afternoon courses focus on developing their communicative skills and increasing the students’ fluency.
There were 23 people in a group. Among them there were 3 teachers , 5 parents and 15 students there.
The director of Bsu School Lyceum Complex Telman Hamzagha Jafarov  was also participated there.
The  Group Leader of the group was the chairman of the English Chair Tunzala Vagif  Jafarova.
There was 3 groups there –beginners, intermediate and pre intermediate group.
Except the course the students had a wonderful trip to London , Cantenbury, Westgate, and some other cities of the UK.

At the end of the course the students got their certificate. And they had a good relationship between the London House of School and Baku Slavic University School Lyceum Complex. Now  the 2 School will exchange the students and teachers as well.

______________________

Valideyn-müəllim assosiyasiyası «Bayraq günü»nə həsr olunmuş tədbir keçirtdi

9 noyabr – Bayraq günü bayramı BSU Məktəb-lisey kompleksində böyük təntənə ilə qeyd olundu. Budəfəki bayram tədbirləri Kompleksin Valideyn-müəllim assosiyasiyasının təşkilatçılığı ilə baş tutdu. Noyabrın 8-də Kompleks siniflərinin avtobuslarla Bayraq meydanına ziyarəti təşkil edildi. Sonra isə Akt zalında «Bayraq müqəddəsdir» ədəbi-bədii kompozisiya başlandı. İbtidai sinif şagirdlərinin çıxışları alqışlarla müşayiət olundu. 5-9-cu sinif şagirdləri şer və mahnılarla yadda qaldılar. «Sinfimizin bayrağı» rəsm müsabiqəsi, rəsmlərin təqdimatı, şagirdlərdən ibarət münsiflər heyəti tərəfindən yarışın qiymətləndirməsi prosesi tədbirə xüsusi rəng qatdı. 1-ci yerə layiq görülən 7a (təqdimatçı Mövsümzadə Aytac), 2-ci yerə çıxan 6a (təqdimatçı Quliyev Erol) və 3-cü yeri tutan 9a sinifin (Həmidova Tubuxanım) komandaları diplom və hədiyyələrlə mükafatlandırıldılar. Qalib komandaların sinif rəhbərləri də qeyd olundular. Diplom və mükafatları Kompleksin direktoru prof. Telman Cəfərov və VMA-nın prezidenti Elmira Əliyeva təqdim etdilər. Sonra «Bayrağımız haqqında nə bilirik» viktorinası keçirildi və qaliblərə kitab hədiyyələri verildi.  

______________________

Məktəblilər «Dolu» filmini maraqla izlədilər

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin Akt  zalında Qarabağ müharibəsindən bəhs edən və tanınmış Azərbaycan ziyalısı, millət vəkili, jurnalist və yazıçı Aqil Abbasın eyniadlı romanının motivləri əsasında çəkilmiş «Dolu» filmi nümayiş etdirildi. Məktəb-lisey kompleksi pedaqoji kollektivinin, Şagird parlamentinin, Universitetin filologiya və jurnalistika fakültələri tələbələrinin xahişi ilə baş tutan nümayişə ssenarinin müəllifi, filmin direktoru, aparıcı rolların ifaçıları, yaradıcı heyətin digər üzvüləri  gəlmişdilər. Nümayişdən öncə film haqqında, bu cür sənət nümunələrinin müasir Azərbaycan tamaşaçısı üçün vacibliyi barədə danışan BSU-nun professoru, Məktəb-lisey kompleksinin direktoru Telman Cəfərov yaradıcı heyətin məktəbə gəlişinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı, qonaqlara minnətdarlığını bildirdi. Müəllim, şagird və tələbələr qarşısında çıxış edən yazıçı Aqil Abbas, filmin direktoru Elxan Əliyev, baş rollardan birinin ifaçısı Məmməd Səfa çıxış edərək, film haqqında dolğun təsəvvür yaratmağa çalışdılar. Sonra film nümayiş etdirildi. Sonra gənclər yaradıcı heyət üzvüləri ilə şəkillər çəkdirdilər və yazıçı Aqil Abbas öz kitablarını tələbə və şagirdlərə, məktəb kitabxanasına hədiyyə etdi.

______________________

20   лет   Организации  EUROCLIO – Европейской   Ассоциации Исторического Образования.

В рамках Евросоюза эта организация  разрабатывает и претворяет в жизнь важные проекты по историческому образованию и граждановедению в странах Европы. Азербайджан является полноправным и полноценным членом этой Ассоциации. Историки нашей страны активно участвуют в Международном проекте ЕВРОКЛИО «Общая история. Диалог  культур». Проект направлен на создание устойчивых связей в системе исторического и гражданского образования между странами Европейского содружества, Азербайджаном, Грузией, Арменией, Молдовой и Украиной. Мероприятия  в рамках  проекта будут способствовать повышению сознательности и  ответственности в работе с вопросами культурного образования, укрепления демократии и развитии межкультурного диалога. Предусмотрен обмен опытом между представителями профессиональных организаций ЕВРОКЛИО  из Белоруссии, Болгарии, Румынии и Турции. Данный проект является частью программы ЕВРОКЛИО Общность истории через культурный диалог. Инновации в историческом образовании в странах Черноморского региона, которая направлена на региональный, межнациональный подход к преподаванию исторического наследия и гражданского образования на основе развития критического мышления, мультиперспективности и взаимопонимания в процессе воспитания свободных, целеустремленных и творческих учеников. Проект будет продолжаться до 2014 года. Целевая группа проекта это, прежде всего, профессионалы в сфере исторического и гражданского образования, авторы образовательных программ, учебников и других  учебных пособий, преподаватели, учащиеся, родители и широкая общественность, все, кто интересуется историей.
03-07  октября 2012 года в городе Львов (Украина) проходила  межрегиональная конференция  стран-участниц этого проекта. В составе Азербайджанской делегации  в работе этой конференции приняла активное участие преподаватель истории |Образовательного Комплекса «Школа-Лицей» БСУ, председатель методобъединения историков  Гаджиева Арзу Гумбат гызы.
«В рамках конференции были представлены проекты «Общая история, диалог культур» и «Historiana»,предложены темы и вопросы по истории,обсуждены методологии и материалы преподавания истории и граждановедения на современном этапе исторического развития.-говорит

А.Г.Гаджиева.-Нашим коллегам из стран-участниц проекта ЕВРОКЛИО  было интересно узнать о Национальной программе  образования  Куррикулуме ,о системе  исторического и гражданского  образования в Азербайджане.Обмен мнениями,опытом будет полезен для всех нас-участников конференции.»

______________________

Məktəblərarası əməkdaşlıq öz bəhrəsini verir

Şuşa rayon 1 nömrəli Malıbəyli orta məktəbi və Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksi arasında ötən tədris ilinin sonunda imzalanmış əməkdaşlıq müqaviləsi hər iki pedaqoji kollektivin işinə rəngarənglik gətirir. Təhsil naziri prof. M.Mərdanovun, BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. K.M.Abdullayevin və Şuşa Rayon İcra Hakimiyyətinin başçısı B.Səfərovun iştirakı ilə imzalanmış bu müqavilə həm də istedadlı şagirdlərin üzə çıxarılması və qaçqın məktəbləri  şagirdlərinə qayğının artırılması istiqamətində universitetin potensialından səmərəli istifadə etmək məqsədi güdür.
İki məktəbin növbəti birgə tədbiri noyabrın 5-də BSU Məktəb-lisey kompleksində baş tutdu. X-XI sinif şagirdləri üçün tədris ili ərzində ilk test sınaq yoxlama imtahanı keçirildi. Məqsəd yuxarı sinif şagirdlərinin mərkəzləşdirilmiş test imtahanlarına və ali məktəblərə qəbul imtahanlarına hazırlıq səviyyəsini yoxlamaqdan və seçmə fənlər üzrə şagirdlərin hazırlıq səviyyəsini üzə çıxarmaqdan ibarət idi. Məktəb-lisey kompleksinin 150 və Şuşa rayon Malıbəyli kənd orta məktəbinin 33 nəfər yuxarı sinif şagirdinin iştirakı ilə keçirilən test sınaq imtahanında şagirdlərə onların seçdikləri ixtisas qrupları və siniflərinin təmayülü üzrə tapşırıqlar təklif olunmuşdu. İmtahanın nəticələrinin Kompleksin saytında yerləşdilməsi, TQDK ekspertləri, fənn müəllimləri və valideynlərin iştirakı ilə müzakirəsi nəzərdə tutulur.
Elə həmin gün BSU Məktəb-lisey kompleksinin beşinci siniflərində hər iki məktəbin müəllimlərinin iştirakı ilə kurikulum proqramlrı əsasında nümunəvi dərs dinləmələri baş tutdu. Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən açıq dərslər ciddi müzakirə edildi, məktəb rəhbələri, təlimçi müəllimlər və Universitet kafedralarının əməkdaşları dərslərlə bağlı geniş fikir mübadiləsi apardılar. Növbəti müştərək tədbirlər planlaşdırıldı.

______________________

Pedaqoji Şura məktəbdaxili qiymətləndirməyə həsr olundu

«Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr» mövzusunda Azərbaycan Respublikası Təhsil Nazirliyində keçirilən müşavirədə səslənən məsələlərə və kurikulum üzrə oktyabr ayı ərzində Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin V siniflərində  keçirilən açıq dərslər ətrafında müzakirələrə həsr olunmuş növbədənkənar Pedaqoji şura iclasına həm də təlimçi müəllimlər, dərslik müəllifləri, pedaqoq alimlər və yaradıcı müəllimlər dəvət olunmuşdular.
Pedaqoji şura iclasında Kompleksin direktoru T.H.Cəfərov məktəbdaxili qiymətləndirmənin yeni modeli, diaqnostik, summativ və formativ qimətləndirmə üsulları və vasitələri haqqında Təhsil naziri M.Mərdanovun, Qiymətləndirmə və monitorinq şöbəsinin müdiri T.Hacı­yevanın,  digər çıxışçıların müşavirədə səsləndirdikləri fikirləri iştirakçıların nəzərinə çatdırdı və geniş müzakirəyə imkan yaratdı. Məktəbdaxili qiymətləndirmənin elmi-nəzəri əsaslarına, müasir şəraitdə səmərəliliyinə və I-V siniflərlə yanaşı ənənəvi qiymətləndirmə tətbiq olunmaqda davam edən VI-XI siniflərdə tədris prosesinə, şagird nailiyyətlərinin qiymət­ləndirilməsinə yeni yanaşmanın vacibliyinə toxunuldu. VI-XI siniflərdə məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni meyarlar sistemi təklif olundu ki, bunun da ayrı-ayrı fənn metodbirləşmələrinin və kafedraların, Şagird parla­mentinin, valideyn komitələrinin müzakirəsindən sonra yenidən Pedaqoji şuranın müzakirəsinə veriləcəyi vurğulandı.     
Oktyabrın ilk həftəsindən başlayaraq Kompleksdə kurikulum üzrə təşkil edilən açıq dərslər ətrafında müzakirələr aparıldı. Dərslərə dəvət olunmuş yaradıcı müəllimlərin, dərslik müəlliflərinin və metodist alimlərin gəldikləri qənaət bu oldu ki, Kompleksin müəllimləri ayrı-ayrı fənlər üzrə kurikulum proqramlarının qoyduğu vəzifələri yerinə yetirməyi, dərslik və müəllim üçün vəsaitlə işləməyi bacarır, lakin formativ qiymətləndirmə ilə bağlı məktəb sənədlərinin doldurulmasında və qiymətləndirilmənin vaxtında aparılmasında ciddi çətinlik çəkirlər, dərslərdə qoyulan tədqiqat suallarına yekunlaşdırma zamanı şagirdlərin cavab tapmasına şərait yaradılmır. Yaradıcı tətbiqetmə vərdiş, bilik və bacarıqların praktik tətbiqindən çox ev tapşırığı kimi anlaşılır.

Pedaqoji şura iclasında həm də «Kurikulum» jurnalının son nömrəsində gedən ayrı-ayrı məqalələrə, dərs nümunələrinə münasibət bildirildi, kompleksdə tədris olunan «Məntiq» fənni üzrə dərs vəsaitinin II hissəsi müzakirə edildi və çapa tövsiyə ilə bağlı Təhsil nazirliyinə müracəit barədə qərar qəbul olundu.

______________________

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində "Müəllim Günü" qeyd olundu.

 

______________________

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində "Bilik Günü" qeyd olundu.

______________________

2011/2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri sırasında Kompleksimizin iki müəllimi də var.

2011/2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq

QƏRARA ALIRAM:

1. 2011/2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən müəllimlər 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsınlar:

........................................................
........................................................
........................................................

Fəttayev Fəttah Müştəba oğlu
........................................................
Hacıyeva Arzu Hümbət qızı
........................................................
........................................................
........................................................

2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları “Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2012-ci il.

______________________

BAKI SLAVYAN UNIVERSİTETİNİN MƏKTƏB-LİSEY KOMPLEKSİNİIN MƏZUNU DARÇINOVA LALƏ İLQAR QIZI QIZIL MEDAL VƏ NÜMUNƏVİ ATTESTATLA TƏLTİF OLUNDU

Darçınova Lalə oxuduğu illər ərzuində həmişə nümunəvi davranışı, dərslərə əla hazırlığı ilə fərqlənmiş, bir sıra Respublika və beynəlxalq yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə etmişdir:

  • 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin xətti ilə keçirdiyi “Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında” adlı elmi konfransda II yer;
  • 2009-cu ildə Azərbaycan Respublikasındakı Rusiya Federasiyası Səfirliyinin xətti ilə keçirilən rus dili və ədəbiyyatı olimpiadasının qalibi olmuş və tərifnamə ilə təltif edilmişdir;
  • 2010-cu ildə Azərbaycan Respublikasındakı Rusiya Federasiyası Səfirliyinin xətti ilə keçirilən rus dili və ədəbiyyatı olimpiadasınında III yer;
V Beynəlxalq “İNEPO”  Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasında I yer, Qızıl Medal.

______________________

SOCAR “Beynəlxalq ətraf mühitin mühafizəsi günü”nə həsr olunmuş tədbir keçirmişdir.

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri “Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ümummili lider Heydər Əliyevin qurduğu yol” mövzusunda təqdimat materialı ilə çıxış etmişlər. 

SOCAR-ın rəsmi saytından oxuyun...
http://socar.az/eco/view.php?lang=az&menu=21&id=927

______________________

BSU Məktəb-Lisey Kompleksində “Son zəng”

Hər il olduğu kimi bu il də BSU Məktəb-Lisey  Kompleksində Son zəng tədbiri olduqca maraqlı keçdi. Bu il Məktəb-Lisey  Kompleksini 103 nəfər şagird bitirir. Onbirincilərin sevincinin həddi-hüdudu yox idi. Onları böyük  həyata valideynləri, müəllimləri, məktəbin birinciləri və hazırlıq siniflərinin şagirdləri yola salırdılar. Maraqlı və rəngarəng “Son zəng” tədbirinin birinci hissəsi səliqə ilə bəzədilmiş məktəb həyətində baş tutdu. Kompleksin direktoru prof. Telman Cəfərov, direktor müavinləri, sinif rəhbərləri, valideynlər, Universitetin prorektoru prof. Asif Hacıyev onbirinciləri təbrik etdilər. Birincilər maraqlı səhnələr, rəqslər, mahnılarla öz arzularını bildirdilər.
Sonra tədbirin ikinci hissəsi kompleksin akt zalında davam etdi. Kompleksi bitirən beş onbirinci sinif növbə ilə maraqlı və yaddaqalan proqramla çıxış etdilər.

Tədbirdə kompleksi əla qiymətlərlə bitirən, respublika və dünya səviyyəli bilik yarışlarında uğur qazanmış üç nəfər məzuna (Darçınova Lalə, Abdullazadə Fürqan, Xudiyeva Fatimə) “Fəxri məzun” diplomu təqdim olundu.

______________________

M.Ə.Sabirin 150 illik yubileyi BSU MLK-da qeyd olundu

XX əsr Azərbaycan ədəbiyyatında realizmin və demokratik ideyaların inkişafında müstəsna rolu olan görkəmli mütəfəkkir  M.Ə.Sabirin 150 illik yubileyi bütün Respublikada qeyd olunur. BSU MLK-nın şagirdləri də şairin yubileyinə həsr olunmuş ədəbi-bədii  kompozisiya hazırlamışdılar. Bildiyimiz kimi, milli ədəbiyyatın və çoxəsrlik Şərq poeziyasının qabaqcıl ənənələri əsasında yetişib kamala çatmış Sabir ədəbiyyatımızda yeni tipli–inqilabi satiranın əsasını qoymuşdur. Abdulla Şaiqin təbirincə desək, Sabir Azərbaycan  həyatında qələmə almadığı bir nöqtə buraxmamış, hamısına nüfuz edərək canlı və mənalı surətdə göstərə bimişdi.
Şairin yaratdığı orijinal bədii vasitələr və surətlər, satirik dialoq və monoloqlar şagirdlər tərəfindən ustalıqla səhnələşdirilmişdi. ”Millət necə tarac olur olsun”, ”Fəhlə, özünü  sən də bir insanmı sanırsan?”, ”Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat” deyən mürtəce dairələrin nümayəndələri, zülmkar mülkədarların iç üzü obrazlı  şəkildə açılaraq göstərildi.
Şagirdlər tərəfindən səhnələşdirilmiş “Çatlayır xanbacı, qəmdən ürəyim”, ”Kişi”, ”Uşaqdır uşağım” satiraları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Xalqı oyatmağa çalışan Sabir tipi öz dili ilə ifşa etməklə yanaşı, ədəbiyyatımıza qırmanc, taziyanə, bəhri-təvil, satirik marş kimi janrları da bəxş etmişdir.
“Əhval pürsanliq” satirası və “Bəhri-təvil” yeniliyə qarşı çıxanları, tərəqqinin düşmənlərini ifşa edən şeirlər daha hərarətlə qarşılandı.
5-ci sinif şagirdlərinin Sabirin uşaq şeirleri və satiraları əsasında hazırladıqları kompozisiya da şairin yaradıcılığının nə qədər geniş və məzmunlu olduğunu bir daha sübut etdi.
Tədbirdə kompyuter texnologiyalarından da istifadə olunmuşdu. Xalq artisti mərhum M.Babayevin Sabirin “Tək səbir” və “Oxutmuram əl çəkin!” satiralarına bəstələnmiş mahnı səsləndirildi. ”O olmasin, bu olsun” bədii filmindən “Molla Nəsrəddin” jurnalının redaksiyasında məşhur olan Molla Nəsrəddinçilərlə birgə Sabirin obrazı olan səhnə nümayiş etdirildi. Burada rolunu oynayan aktyor “Xandostu amandır qoyma gəldi!” satirasını ifa edir.
İnanırıq ki, bu tədbir şagirdlərin yaddaşında uzun zaman qalacaq, şagirdlər böyük mutəfəkkirin yaradıcılığına daha böyük maraq göstərəcək, ”Güldürə-güldürə ağladan və ağlada-ağlada güldürən” şairin “Hophopnamə”si onların stolüstü kitabına çevriləcək.

______________________

Əlifba bayramı

18 may 2012-ci il tarixində BSU Məktəb-Lisey Kompleksinin 1a sinfində “Əlifba bayramı” keçirildi. Birincilər dərs ilinin sonunadək aldıqları bilik və bacarıqları nümayiş etdirdilər. Onlar rus və ingilis dillərində şeir və mahnılar ifa etdilər. Nağıllar aləminə səyahət edərək maraqlı səhnəciklər göstərdilər. Onların ifasında hər bir çıxış böyük maraqla qarşılandı.

Tədbirin sonunda Kompleksin direktoru professor Telman Cəfərov çıxış etdi. O, “Əlifba bayramı” münasibətilə şagirdləri, müəllimləri və valideynləri təbrik etdi və onlara gələcək təhsil illərində uğurlar arzuladı.

______________________

Konfransa qaçqın məktəblərin şagirdləri də qatıldılar

Bakı Slavyan Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş “Müasir Azərbaycan Heydər Əliyev ideyaları işığında”  mövzusunda ənənəvi Şagird-Tələbə Elmi Konfransı keçirildi.

Konfransı açan Universitetin rektoru, AMEA-nın müxbir üzvü, prof. K.M.Abdullayev Bakı şəhərinin qabaqcıl lisey və məktəblərini təmsil edən istedadlı şagirdlərlə yanaşı respublikamızın müxtəlif bölgələrində yerləşən Laçın, Zəngilan, Cəbrayıl, Ağdam rayonlarının qaçqın məktəbləri şagirdlərinin iştirakını olduqca vacib hesab etdiyini vurğuladı. Konfrans işrirakçılarına elmi və yaradıcı fəaliyyətdə, təhsildə uğurlar arzuladı.

Konfrans öz işini bölmələrdə davam etdirdi. “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Ulu öndəri necə öyrənir və təbliğ edirik” və s. bölmələrdə şagirdlər maraqlı məruzələrdə çıxış etdilər.

BSU Məktəb-Lisey Kompleksi, BSU nəzdində “Gənc istedadlar” liseyi, Heydər Əliyev adına MTK, Bakı Avropa Liseyi, 190 saylı məktəb və sair məktəblərin şagirdləri, Universitetin tələbələri, eləcə də qaçqın məktəblərindən olan istedadlı şagirdlər fərqləndikləri üçün diplom və hədiyyələrlə mükafatlandırıldılar.

QALİBLƏRİN SİYAHİSİ

______________________

BSU MLK-nın ingilis dili kafedrasının müdiri Cəfərova Tünzalə Portuqaliyada
“Motivational Teacher’s Make Difference” adlı konfransda iştirak etmişdir

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin ingilis dili kafedrasının müdiri Cəfərova Tünzalə Portuqaliyanın Koimbra, Lissabon şəhərlərində APPİ-nin (Portuqaliyanın ingilis dili müəllimlərinin beynəlxalq birliyi) “Motivational Teacher’s Make Difference” (“Müasir müəlimlər yeniliklər yaradır”) adlı 26-cı konfransında iştirak etmişdir. Konfransda 600-dan artıq iştirakçı var idi. Müxtəlif ölkələrdən gələn alimlər, naşirlər, dərslik müəllifləri, təlimçi və müəllimlər ingilis dilinin tədrisinin müasir yollarını əks etdirən müxtəlif mövzularda mühazirələrlə çıxış etdilər.

T.Cəfərovanın təqdimatı “HOTS and LOTS” (“Yüksək təfəkkürün inkişafı”) mövzusunda idi. Bu təqdimatı müəllimimiz İsrailli müəllim İnna Oknin Smirnova ilə birgə təqdim etmişdir.

Konfransın gedişatında iştirakçılar müxtəlif ölkələrdən olan müəllim professorların bilik və təcrübəsi ilə paylaşdılar, həmçinin Portuqaliyanın tarixi, ənənəvi və təhsil sistemi ilə yaxından tanış oldular.

Konfrans müddətində Kurrikulum ilə bağlı bir çox ölkələrdən olan təlimçilərin treninqləri də keçirildi.

Qeyd edək ki, həmyerlimiz T.Cəfərovanın təqdimatı böyük maraq doğurdu. Konfrans iştirakçıları Respublikamızın təhsil sistemi ilə bağlı bir sıra suallarla müraciət etdilər. Azərbaycan təhsil sistemindəki dəyişikliklər maraqla qarşılandı.

Konfransda virtual ingilis dili müəllimləri birliyi yaradıldı ki, bu Birliyin vasitəsilə T.Cəfərova xarici ölkələrdə yaşayan ingilis dili müəllimləri və Azərbaycanın ingilis dili müəllimləri arasında təcrübə mübadiləsi aparır. 

 

______________________

ŞAGİRDLƏRİMİZ MARAQLI LAYİHƏ İLƏ ÇIXIŞ EDİBLƏR

“Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə hesab edirəm ki, o, mənim qolumu, barmaqlarımı kəsir… İnsan qurmalıdır, yaratmalıdır… Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir ”.

Ümummilli lider Heydər Əliyev

6-7 aprel tarixlərində Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində VI INEPO-Avrasiya Ekologiya Olimpiadası keçirildi.
Bu olimpiada ölkəmizdə 2007-ci ildən etibarən keçirilir. Təşkilatçılar Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ” Öyrətim Şirkəti və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyidir. Builki olimpiadada iştirakçı ölkələrin sayı 42-yə çatıb. Azərbaycan məktəblərindən olimpiadaya 300-dən artıq layihə təqdim olunub. Onların arasından da seçim etməklə bu layihələrdən 70-i final mərhələsinə buraxılmışdır. Məktəblilərin VI Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə-Olimpiadasına müxtəlif ekoloji layihələr təqdim olunmuşdur.
Yekun nəticəyə əsasən, ayrı-ayrı fənn kateqoriyaları üzrə I yeri tutanlar qızıl, II yeri tutanlar gümüş, III yeri tutanlar isə bürünc medallarla təltif edilmiş və onlara sertifikatlar verilmişdir.
Olimpiadada Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksi 2 layihə ilə: “Biz gənc ekoloqlar sülh carçısıyıq” (rəhbər: Kompleksin biologiya müəllimi Gülnar Rüstəmova, təqdimatçılar: VIII sinif şagirdi Leyla Hacılı və IX sinif şagirdi Kamal Tağızadə) və “Alternativ enerji mənbələri” (rəhbər: Kompleksin fizika müəllimi Oqtay Həsənov, təqdimatçılar: IX sinif şagirdi Əliheydər Cəfərov və XI sinif şagirdi Fatimə Xudiyeva) çıxış etmişdir.
Hər iki komandanın layihəsi maraqla qarşılanmışdır. “Biz gənc ekoloqlar sülh carçısıyıq” layihəsi II yerə layiq görülərək, gümüş medalla təltif olunmuşdur. Komandamızın təşkil etdiyi “Əllər dağıtmaq üçün deyil, yaratmaq üçündür” aksiyası isə hər bir Olimpiada iştirakçısı tərəfindən maraqla qarşılanmışdır.

KOMANDAMIZI QƏLƏBƏ MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!

 

______________________

Bu gün – şagird, sabah – tələbə!

BSU Kölgə kabinetinin üzvləri ilə Məktəb-Lisey Kompleksinin Şagird Parlamentinin IX-XI sinif nümayəndələri arasında görüş keçirildi görüşdə şagird və tələbələr arasında geniş spektreli məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Rəngarəng Universitet həyatından, müxtəlif tədbirlərdən söhbət açan tələbələr lisey şagirdlərinin də onların sıralarına qatılmasında, Kölgə kabinetinin müxtəlif strukturlarında təmsil olunmasında maraqlı olduqlarını vurğuladılar.

Sonda Kölgə kabinetinin rəhbəri BSU Jurnalistika fakültəsinin IV kurs tələbəsi Murad Abidov yaxın gələcəkdə həyata keçiriləcək birgə tədbirlərdən söhbət açdı. Öz çıxışında M.Abidov qeyd etdi ki, bu günün şagirdləri sabahın tələbələridir. Bununçün şagirdlərimiz doğma Universitetetimizlə daha yaxından tanış olmalı, gələcəkdə BSU tələbəsi adı qazanmaq şərəfinə nail olmalıdırlar.

______________________

СЕМИНАР ДЛЯ УЧИТЕЛЕЙ РУССКОГО ЯЗЫКА И ЛИТЕРАТУРЫ

29 марта в г. Баку на площадке Российского центра науки и культуры прошел семинар «Методика преподавания русского языка как иностранного» с участием ведущих российских специалистов – авторов издательского центра «Златоуст» (г. Санкт-Петербург): старшего методиста центра «Златоуст» Ф.И.Любивой, к.филол.наук, доцента Санкт-Петербургского государственного университета  Н.А.Костюк, автора учебно-методического комплекса «Русский язык: 5 элементов» Т.Л.Эсмантовой, основной целью которого являлось обучение применению современных методик в процессе преподавания русского языка. В мероприятии, организованном Правительством г.Москвы, издательским центром «Златоуст» и представительством Россотрудничества в Азербайджане приняли участие русисты –учителя русского языка и литературы школ г.Баку.
В торжественном открытии семинара руководитель представительства Россотрудничества в Азербайджане Энвер Шейхов рассказал о программе семинара
Российские специалисты ознакомили коллег с новинками методической литературы, провели содержательные лекции и мастер-классы по преподаванию русского языка как иностранного.
На семинаре также приняли участие и учителя русского языка и литературы Общеобразовательного комплекса «Школа-Лицей» Бакинского славянского университета: Н.К.Керимова, И.М.Ширмагомедова, С.А.Меликова.
Слушателям семинара были вручены сертификаты и комплекты учебно-методических пособий по преподаванию русского языка издательского центра «Златоуст».

______________________

BSU Məktəb-Lisey Kompleksinin şagirdi
Avropa Gənclər Parlamentinin 69-cu beynəlxalq sessiyasında iştirak edib

Kompleksin X sinif şagirdi Qüdrətli Tayfun mart ayının 23-dən aprel ayının 1-ə kimi Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Avropa Gənclər Parlamentinin 69-cu beynəlxalq sessiyasında iştirak edərək, Avropa Gənclər Parlamenti – Azərbaycanın ilk nümayəndə heyətinin üzvü kimi çıxış etmişdir. Bu sessiyada Azərbaycanı 4 nəfər nümayəndə təmsil edirdi. Onlardan 2 nəfər nümayəndə heyətinin rəhbəri, 2 nəfər isə parlamentin iştirakçısı idi. Parlamentdə 15 komitə mövcud idi.
Parlamentin məqsədi dünyanın müxtəlif ölkələrində olan minlərlə gəncin bir-biri ilə təhsil, siyasət mövzusunda fikirlərini bölüşdürmək və debatlar aparmaqdan ibarətdir. Hər bir komitənin gənclər arasında mübahisələrə səbəb olan çox maraqlı mövzuları var idi.
Tayfunun iştirak etdiyi komitə - Konstitusiya işləri üzrə 1-ci komitə idi (AFCO – I) ki,  bu komitənin qətnaməsi Avropa Gənclər Parlamentinin Plenar iclasında səsləndi və səs çoxluğu ilə qəbul edildi.

Sonda sesiya iştirakçılarına sertifikatlar verildi və iyul ayında Tallin şəhərində keçiriləcək Avropa Gənclər Parlamentinin 70-ci beynəlxalq sessiyaya dəvət olundular.

______________________

BSU Məktəb-Lisey Kompleksində 26 FEVRAL – Xocalı soyqırımının 20-ci ildönümünə
həsr olunmuş tədbirlər planına müvafiq olaraq

-              Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisində Kompleksin şagirdləri iştirak etmişdir;
-              xüsusi dərslər keçirilmişdir;
-              Xocalı soyqırımına həsr olunmuş rəsmlərdən ibarət sərgi təşkil olunmuşdur;
-              Xocalı soyqırımına həsr olunmuş xüsusi fotostendin hazırlanmışdır;
-              Keçirilən dərslərdə Xocalı soyqırı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilmişdir;
-              sinif divar qəzetlərinin xüsusi buraxılışları hazırlanmışdır;
-              bədii-müsiqili kompozisiya təşkil olunmuşdur;
-              Kompleksin kitabxanasında Xocalı soyqırımına həsr olunmuş kitabların sərgisi keçirilmişdir;
-              Xocalı soyqırımı haqqında sənədli filmə baxış keçirilmişdir;
-              Xocalı abidəsi qarşısına ayrı-ayrı siniflərin ekskursiyası təşkil olunmuşdur.

______________________

ŞƏHİD ELÇİN CAVADOV YAD EDİLDİ

23 fevral 2012-ci il tarixdə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində məktəbin məzunu şəhid Elçin Cavadovun anım mərasimi keçirildi.
E.Cavadov 1963-cü il dekabr ayının 3-də Bakıda dünyaya göz açmışdır. O, məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir. Ordudan qayıtdıqdan sonra polis məktəbinə daxil olmuş, sonra isə polis serjantı vəzifəsində çalışmışdır. Qanlı-qadalı Qarabağ müharibəsi dövründə hamı kimi, o da könüllü olaraq Qarabağın erməni faşistlərindən azad edilməsi naminə vuruşmuşdur. Elçin Cavadov Ağdərə, Xankəndi uğrunda gedən döyüşlərdə iştirak edib, bir neçə erməni faşistini əsir götürüb. Elçin Cavadov Vətən uğrunda, böyük əqidə uğrunda vuruşaraq 1994-cü ilin soyuq 23 fevral qünündə hərbi vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuş, şəhidlik zirvəsinə ucalmışdır.
Şagirdlər E.Cavadovun Fəxri Xiyabandakı qəbrini ziyarət edəndən sonra Kompleksin Akt zalında toplaşaraq, Kompleksin qonaqları – Elçin Cavadovun ailə üzvlərinin, müəllim və şagirdlərin  diqqqətinə bədii-musiqili kompozisiya təqdim etdilər. Elçinin ailə üzvləri, məktəbin müəllimləri Elçin haqqında xatirələrini söylədilər.
Tədbirdə Kompleksin müəllimi Razim Çəmənkəndlinin “Elçin Cavadov” adlı kitabı da təqdim olundu. Kitabda müəllimin şəhidə ithaf etdiyi şerlər çap edilmişdir.

Sonda tədbir iştirakçıları, eləcə də valideynlər, Universitet tələbələri Elçin Cavadovun məktəbdə qoyulmuş barelyefi önünə qərənfil dəstələri düzdülər.

______________________

BSU Məktəb-Lisey Kompleksinin şagirdləri Beynəlxalq
olimpiadada fərqləndilər
(Respublika mətbuatı şagirdlərimizin bu ugurunu öz səhifələrində işıqlandırdılar)
MƏQALƏNİ OXU.............

______________________

MƏZUNLARLA GÖRÜŞ

15 fevral 2012-ci il tarixdə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində X-XI sinif şagirdlərinin Kompleksin məzunları ilə görüşü keçirildi. Görüşdə artıq Respublikamızın müxtəlif Universitetlərinin və xarici universitetlərin tələbəsi olan məzunlar öz təəssüratları ilə bölüşdülər, məktəb xatirələrini yada saldılar, şagirdlərin suallarını cavablandırdılar. Bu ilin məzunları olacaq XI sinif şagirdləri və qonaqlar bir sıra məsələlər üzrə fikir mübadiləsi apardılar.
Qonaqlar arasında Bakı Slavyan Universitetinə qəbul olunmuş məzunlar da var idi. Onlar Universitet haqqında, ayrı-ayrı fakültələr haqqında XI sinif şagirdlərinə ətraflı məlumat verdilər. 

Sonda onbirincilər musiqi nömrələri ilə çıxış etdilər.

 

 

______________________

TƏBRİK EDİRİK!

Əliyeva Laləzar Həsən qızı 30.01.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1972-1979-cu illər ərzində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Biologiya-coğrafiya fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə işə 03.08.1969-cu ildən başlayıb. Hal-hazırda Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksində coğrafiya müəllimi işləyir. Gənc nəslin tərbiyəsi və yetişdirilməsində Laləzar xanımın zəhməti olmuşdur. Biz Kompleksin müəllim və şagird kollektivi Laləzar xanımı 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir və ona təhsil fəaliyyətində uğurlar arzu edirik.

 

______________________

В Москве прошел IV Кубок мира
по решению шаxматных задач и этюдов

В рамках международного шахматного фестиваля "Moscow Open"  под эгидой ФИДЕ и международного проекта "Шахматная композиция" прошел IV Кубок мира по решению шаxматных задач и этюдов c призовым фондом 150.000 рублей или 5000 USD.  В нем приняли участие 37 решателей из России, Украины, Беларуси, Азербайджана, Польши и Армении.
Директор турнира Александр Феоктистов предложил участникам для решения как опубликованные, так и оригинальные композиции.
Кубок мира, как всегда, проходил два дня и состоял из четырех туров. В каждом туре участникам кубка  было предложено 6 заданий, которые должны были быть решены в течение 90 минут.
В результате упорной борьбы первое место завоевал Георгий Евсеев (Россия) – 88,5 очка из 120 возможных; на втором – Евгений Викторов (Россия) – 72,25 очка; третий результат показал Петр Мурдзя (Польша) – 71,5 очка. Четвертое место занял наш соотечественник Рамиль Джавадов – 68,3 очка, который улучшил свой прошлогодний  результат (5 место – 10.000 рублей), получив 20.000 рублей. Призовой ряд замкнул Анатолий Мукосеев (Россия), заняв  пятое место – 67,8 очков. Лучший результат среди юниоров у Заура Маммадова (Азербайджан) – 52 очка. Лучший женский результат  у Ани Былинкиной – 31,6 очка.
В Кубке участвовал и преподаватель Образовательного Комплекса Школа-Лицей Бакинского славянского университета, руководитель кружка «Академия шахматных композиций», мастер спорта, 9-ый чемпион Азербайджана Агшин Масимов, который, улучшив свой прошлогодний результат (21 место среди 29 участников – 49 очков), занял среди 37 участников 17-е место – 50,1 очка,

______________________

BSU Məktəb-Lisey Kompleksinin şagirdləri Beynəlxalq
olimpiadada fərqləndilər


Yanvarın 22-dən 25-dək Kiyevdə, Slavistika Universitetində təşkil olunmuş məktəblilər arasında V Beynəlxalq olimpiadaya  BSU Məktəb-Lisey Kompleksinin şagirdləri də dəvət almışdılar. Bu ilki Beynəlxalq olimpiadaya Azərbaycan məktəbliləri ilə yanaşı, Polşa, gRusiya, Ukrayna, Belarus və Çexiya məktəblərinin şagirdləri də qatılmışdılar. Ümumdünya tarixi, rus dili və ədəbiyyatı, jurnalistika üzrə təşkil edilmiş bilik yarışında 5 nəfər şagirdimizdən 1 nəfəri ümumdünya tarixi üzrə I yerə (XI sinif şagirdi Abdullazadə Fürqan), digər 4 nəfər şagirdimiz isə (XI sinif şagirdi Səlimov Azad, X sinif şagirdləri Sadıqova Natella, Şeyxov Eldar, Abdullazadə Rəhilə) ayrı-ayrı istiqamətlər üzrə II dərəcəli diplomlara layiq görülüblər.

Təlim rus dilində olan Azərbaycan məktəbində oxuyan şagirdlərin rus dilində nitqi və məntiqi cavabları xüsusilə rusiyalı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Beynəlxalq olimpiadada iştirak edən şagirdləri Kompleksin rus dili müəllimi Hacıyeva Xədicə ilə yanaşı, valideyn komitəsinin iki nəfər üzvü də müşaiyət etmişdir.

20 Yanvar Şəhidləri yad edildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 dekabr 2011-ci il tarixli 2159 saylı əmrilə təstiqlənmiş “20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı”na və Bakı Slavyan unievrsiteti rektorunun 06 yanvar 2012-ci il tarixli 44 saylı əmrinə əsasən BSU Məktəb-Lisey Kompleksində 16-19 yanvar tarixlərində 20 Yanvar faciəsində həlak olanların xatirəsi yad edilib.
Kompleksin müəllim və şagirdləri Şəhidlər Xiyabanına ziyarət etmiş, Qanlı Yanvar faciəsinə həsr olunmuş dərslər keçirilib. Tədris korpusunun birinci mərtəbəsində şəhidlərə həsr edilmiş fotostend, rəsm və kitab sərgisi, akt zalında isə sinif divar qəzetlərinin xüsusi buraxılışlarından ibarət guşə təşkil edilmişdir. Bunlarla yanaşı “Qanlı Yanvar” adlı ədəbi kompozisiya təşkil olunub. Beşincilərin iştirakı ilə kitabxananın oxu zalında 20 Yanvar şəhidlərinə həsr edilmiş şeir müsabiqəsi də maraqla qarşılandı. Müəllimlər həftə ərzində şagirdlərlə sinif-sinif Şəhidlər Xiyabanını ziyarət ediblər. Kompleksin Valideyn Komitəsinin üzvləri də tədbirlərdə yaxından iştirak ediblər.

______________________

“Slavyan aslanları”nın qələbəsi


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman və Təhsil nazirliklərinin dəstəyi ilə Bakı şəhər məktəbləri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışı keçirilmişdir. Yarışa 55 məktəb qatıldı. 2011-ci ilin noyabrın 28-də rayondaxili seçmə yarışlarının birinci turu oldu. 2011-ci ilin dekabrın 12-də yarısında rayondaxili məktəb yarışlarının II turu, 2011-ci ilin dekabrın 20-də isə şəhərdaxili final yarışları oldu.
Müxtəlif şəhər məktəbləri və eləcə də FHN bazasında keçirilən yarışlarda Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin komandası da iştirak etdi. 7 şagirddən ibarət “Slavyan aslanları” komandasını yarışlara  hərbi rəhbər Mədətov Mayıs hazırlayırdı. Birinci mərhələnin ilk turu “Estafet” adlanırdı, burada iştirakçılar fövqəladə hal baş verən zaman nə edilməli olduğunu maksimum qısa vaxtda göstərməli idilər. “Slavyan aslanları” verilmiş tapşırığı rəqib komandalardan tez bir vaxtda: 1,14 san ərzində yerinə yetirərək, seçim turunu keçmiş və 10 məktəb arasından 1-ci yerə layiq görülmüşdür. “Slavyan aslanları” komandası kompleksin IX-XI siniflərindən təşkil olunan aşağıdakı şagirdlərdən ibarətdir: kapitan Faiq Cəfərli, üzvlər Zamin Məmmədov, Firuzə Axundova, Aksana Sokolova, Arif Məmmədov, Rəşad Qurbanzadə, Firudin Salehzadə. Dekabrın 12-də rayondaxili məktəb yarışlarının II turu oldu, burada şagirdlər yumor səhnəcikləri göstərildi və şagirdlərin intellektual səviyyəsini yoxlamaq üçün bilik yarışı keçirildi. Bu turda da “Slavyan aslanları” rəqib komandaları üstələyərək birinci yerə layiq görüldü. Yarışın sonuncu final mərhələsinə isə dekabrın 20-də start verildi. Finalda komandalar ikinci turun təkrarı və əlavə olaraq kimyəvi zəhərlənməyə məruz qalmış zonadan zərərçəkənlərin çıxarılması, onlara tibbi yardımın göstərilməsi bacarıqlarını nümayiş etdirdilər. Final turunda da bütün maneələri keçərək qalib gələn “Slavyan aslanları” dekabrın 21-də təltifetmə mərasimində bütün turların mütləq qalibi kimi Bakı şəhəri üzrə “Gənc xilasedici və yanğınsöndürən” yarışının çempionu adını aldı. Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin təsis etdikləri Kubok və diplomlarla bərabər komandanın hər bir üzvü fotoaparat və müxtəlif hədiyyələrlə  mükafatlandırıldılar.
Komandanın kapitanı Faiq Cəfərlinin ötən ilin yayında Minskdə keçirilən Beynəlxalq yarışlarda iştirakı və Azərbaycan komandasının tərkibində qalib adını qazanması da “Slavyan aslanları”nın qələbəsində mühüm rol oynadı.

______________________

Bakı Slavyan Universitetində və BSU Məktəb-Lisey Kompleksində “BİR GÜNLÜK XƏLİFƏ”

“BİR GÜNLÜK XƏLİFƏ” gününə həsr olunmuş qəzet (PDF versiya)

13 iyul 2000-ci ildə ümumilli liderimiz H.Əliyevin fərmanı ilə Bakı Slavyan Universiteti yaradıldı. Yaradılan ildən rektor, filologiya elmləri doktoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, prof. K.M.Abdullayevin təşəbbüsü ilə bir çox layihələr həyata keçirilmişdir. Bu layihələrdən biri də universitetdə təhsil alan, müxtəlif ixtisaslar üzrə peşəkar mütəxəssis olmağa hazırlaşan tələbələrin tələbə özünüida­rəçi­liyi­nə, yəni “Xəlifə Günü”nə cəlb olunmasıdır. İlk dəfə bu layihə 2002-ci il dekabrın 13-də həyata keçirildi. Növbəti dəfə xəlifə olmaq tələbələrə 2005-ci ilin 13 may tarixində, 2007-ci il 13 apreldə və 2009-cu ilin 13 noyabrında nəsib oldu. Bu il “Bir günlük xəlifə” 2011-ci ilin 13 dekabr tarixinə təsadüf etdi. Ənənəyə sadiq qalaraq, “Bir günlük xəlifə” tədbiri Kompleksimizdə də keçirildi, lakin daha geniş şəkildə. Belə ki, Kom­­pleksi­mizdə yalnız rəhbər vəzifələr deyil, hətta bir neçə fənn müəllimi də əvəz olundular. Müxtəlif  illərdə keçirilən xəli­fə günündə bir çox şagirdimiz fəal iştirak edib. Həmin şagird­lər həm məsuliyyətlə, həm də çox həvəslə öz vəzifələrini icra etdilər. “Xəlifə günü” ərəfəsində kompleksimizin bülleteni də işıq üzü gördü. “MLK-nın SƏSİ” adlanan bülleten “Xəlifə rektorluğu”na təqdim olundu, rektorat üzvləri və müəllim, tələbə heyəti tərəfindən rəğbətlə qarşılandı. Kompleksdə “Bir günlük xəlifə” tədbiri müəllim və şagirdlərin cərgə önündə mükafatlandırılması, Azərbaycan Yazıçılar Birliyi üzvlərinin iştirakı ilə Ulu öndərə həsr olunmuş kitabın təqdimatı, müəllim və şagirdlər arasında viktorina yarışı, voleybol üzrə yarış, şagirdlərin ifasında teatr tamaşası ilə yadda qaldı.

______________________

Bu günün şagirdi, gələcəyin tələbəsi
“FLEX” nə deməkdir?


Sovet İttifaqı respublikları ilə gənclər mübadiləsi proqramları 80-ci illərdə həyata keçirilməyə başlandı. Lakin daha əvvəllər, 50-ci illərdə, ABŞ və SSRİ məktəbliləri və tələbələri arasında mübadilələr aparılırdı. FLEX proqramı yuxarı sinif şagirdləri üçün uzunmüddətli geniş proqramdır. Mövcud olduğu 17 il ərzində FLEX proqramı 19.000   nəfərdən artıq yuxarı sinif şagirdinə təqaüd proqramı təqdim etmişdir. 700 nəfərdən çox azərbaycanlı şagird bu proqram vasitəsilə ABŞ-da təhsil almışdır. Təqaüd əldə edən hər bir şagird bir il müddətində ABŞ-da ailədə yaşayır və orta məktəblərin birində təhsil alır. Fiziki cəhətdən qüsurlu olan şagirlər də müsabiqədə iştirak etməyə dəvət olunurlar. Hər il fiziki cəhətdən qüsurlu olan 20 nəfər yuxarı sinif şagirdi FLEX proqramı çərçivəsində ABŞ-da yaşayır və təhsil alır.  Onlar da müsabiqəni ümumi əsaslarla keçirlər.
Təqaüd vasitələrinə nə daxildir?

  • Yaşayışyerindən ABŞ-a və geriyə pulsuz bilet.
  • Şagirdlərə ictimai həyatda iştirak etməyə və şəxsi istifadə əşyalarını almağa imkan verən aylıq təqaüd.
  • İştirakçı üçün seçilmiş ailədə bir il ərzində yerləşdirilmə.
  • Orta məktəblərə qəbul.
  • Proqramdan əvvəl və sonra keçirilən hazırlıq da daxilolmaqla,orientasiya (istiqamətləndirmə) proqramında iştirak.
  • ABŞ-da müxtəlif tədbirlərin təşkili.
  • ABŞ-a gəlməzdən əvvəl olan xəstəliklər və stomotoloji yardım istisna edilməklə təbii siğorta.

Məlumat verdiyim proqram haqqında artıq müəyyən qədər təsəvvürünüz var. Bu məlumatın yerləşdirilməsinə səbəb isə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin 10-cu sinif şagirdi Fatimə Xudiyevanın həmin imtahandan müvəffəqiyyətlə keçməsidir. Imtahanın necə keçməsi, obyektivliyin dərəcəsi və digər uşaqlara stimulo lması üçün kompleksimizin şagirdi, Fatimə ilə bu barədə biraz danışdıq.

  • Gedişat necə idi,  cavablar nə vaxt çıxdı, Azərbaycandan nə qədər şagird imtahan verirdi?
  • Yarışmanın Bakı üçün olan ilk mərhələsi oktyabr ayının 22-nə təsadüfetdi. İlk mərhələdə 15 dəqiqə ərzində 16 testi həll etmək lazım idi. Bütün suallar isə “General English” üzrə idi. Həftə sonunda cavablar açıqlandı və mənim ikinci mərhələyə keçdiyim bilindi. 2-ci mərhələ isə növbəti həftəsonu baş tutdu. Bu mərhələ 135 dəqiqə ərzində yekunlaşdı. Bu turdaisə bizi lisening-dinləmə, reading-oxumaq, writing-yazma (3 esseys) bacarığından imtahan etdilər. Nəticələr 4 həftə sonra bəlli oldu və mən növbəti, yəni sonuncu mərhələyə keçmək hüququ qazandım. Elan olundu ki, Azərbyacan üzrə 500 nəfərməktəbli bu imtahanın iştirakçısı olub, 3-cü mərhələyə isə 90 nəfər keçmişdir. 3-cü mərhələnin imtahanı isə 2 hissədən ibarət oldu.

  I.İntervyu
II. Yazma.
Hansı məktəblilərin ABŞ-da təhsil almaq hüququ qazanması ilə bağlı nəticələr isə aprel ayında açıqlandı.

  • Növbəti dərs ilini sən ABŞ-da oxuyacaqsan, bu çoxlarının aruzsudur nə hisslər keçirirsən?
  • İmtahana gedəndə özümdən yüz faiz əmin olmasam da biliyimə çox inanırdım. Bunun üçün səbəblərim də var idi. Ailəmin dəstəyi və ən əsası ingilis dili müəllimim Tünzalə xanımla keçdiyim dərslər, öyrəndiklərim və məni həvəsləndirmək üçün onun dedikləri, bunlar hamısı məni daha da ürəkləndirirdi.
  • Son olaraq nə deməkistəyirsən?
  • Əvvəla kompleksimizdə bizə yaradılan şəraitə görə rəhbərliyə, xüsusilə direktorumuz prof. T. H. Cəfərova və ilin müəllimi Tünzalə Cəfərovaya minnətdarlığımı bildirirəm. Əminəm ki, mən Kompleksdən ABŞ-a təhsil almağa gedən yeganə tələbə olmayacağam. Məndən sonra hələ çox şagird bunu bacaracaq.

______________________

“Slavyan aslanları” yarışlara qalibiyyətlə başladı.


Azərbaycan Respublikasının Fövqalədə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə qərarı ilə Bakı şəhəri üzrə “Gənc xilasedici və yanğınsöndürən” yarışı keçirilir. Yarişa 55 məktəb qatılıb.
2011-ci ilin noyabrın 28-də rayondaxili seçmə yarışlarının birinci turu olmuşdur. 2011-ci ilin dekabrında ikinci tur, rayondaxili məktəb yarışlarının II turu, 2011-ci ilin dekabrın sonunda isə şəhərdaxili final yarışları olacaq.
Nərimanov rayonu 207 №li məktəbin bazasında keçirilən yarışlarda Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin komandası da iştirak edir. Komandamız 7 şagirddən ibarətdir, rəhbəri isə Mədətov Mayıs İdris oğludur. Birinci mərhələnin ilk turu estafed adlanırdı, burada iştirakçılar fövqəladə hal baş verən zaman nə etməli olduqlarını maksimum qısa vaxtda göstərməli idilər.  “Slavyan aslanları” verilmiş tapşırığı rəqib komandalardan tez bir vaxtda: 1,14 san ərzində yerinə yetirərək, seçim turunu keçmiş və 10 məktəb arasından 1-ci yerə layiq görülmüşdür. “Slavyan aslanları” komandası kompleksin IX-XI siniflərini təmsil edən aşağıdakı şagirdlərdən ibarətdir: kapitan Faiq Cəfərli, üzvlər Zamin Məmmədov, Firuzə Axundova, Aksana Sokolova, Arif Məmmədov, Rəşad Qurbanzadə, Firuddin Salehzadə. Böyük əzm və bacarıqla çalışan komandamıza növbəti mərhələlərdə də uğurlar arzu edir, qələbələrinin davamını diləyirik.

______________________

Bakı Slavan Universitetinin Məktəb-Lisey Kompleksində Pedaqoji Şuranın növbəti  iclası keçirildi

Noyabrın 19-da Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində Pedaqoji Şuranın iclası keçirildi. İclasda Kompleksin pedaqoji kollektivi ilə bərabər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru, polis mayoru Aidə Şirinova, Kompleksin Valideyn komitəsinin sədri və sədr müavinləri iştirak etdilər. Şuranın gündəliyində sentyabr-noyabr aylarında tədrisin vəziyyətinin yaxşılaşdırılması, proqram materiarallarının mənimsədilməsi səviyyəsinin monitorinqi istiqamətində görülən tədbirlər barədə hesabat və cari məsələlər yer alırdı.
Bu tədeis ilində təqaüdə çıxan, Kompleksin coğrafiya müəllimi İbrahim Məmmədova uzunmüddətli səmərəli pedaqoji fəaliyyətinə, BSU Məktəb-Lisey Kompleksinin inkişafında xidmətlərinə görə təşəkkürnamə və hədiyyə təqdim olundu.
Kompleksin işçiləri və şagirdləri haqqında məlumatları özündə əks edən Məlumat kitabı təqdim olundu.
Noyabr ayında Kompleksin bütün siniflərində keçirilən test imtahanlarının nəticələri  açıqlandı. X-XI siniflərin nəticələri xüsusilə müzakirə olundu. Qiymətlərin jurnallara köçürülməsi qərara alındı. 
Sonra şagirdlər arasında keçirilən bilik olimpiadasının nəticələrindən danışıldı, Fənn bilik yarışlarının şəhər turunda iştirak edəcək şagirdlərin adları açıqlandı. İclasda çıxış edən Valideyn komitəsinin rəhbəri və 21-ci polis şöbəsinin inspektoru Kompleksin direktoru Telman Cəfərova və müəllim heyətinə şagirdlər üçün yaradılan yüksək səviyyəli şəraitə görə təşəkkür edib, razılıqlarını bildirdilər.

______________________

BSU Məktəb-Lisey Kompleksində beşincilər “Göyçək Fatma”nı səhnələşdirdilər.

Azərbaycan Şifahi Xalq Ədəbiyyatının ən maraqlı və ən sevilən janrlarından biri də nağıllarımızdır. Əsrlər boyu xalqın yaddaşında yaşayaraq nəsildən-nəslə ötürülmüş, dövrümüzə qədər gəlib çatmışdır. Nağıllarımızda qəhrəmanlıq, düzlük, mərdlik, insanpərvərlik, vətənə məhəbbət, böyüklərə hörmət hissləri təbliğ olunur. Qorxaqlıq, satqınlıq, ikiüzlülük, acgözlük, yaltaqlıq və s. pis cəhətlər isə pislənilir. Bu cəhətləri özündə əks etdirən “Göyçək Fatma” nağılı şagirdlərin çox sevdiyi nağıllardandır. Məhz buna görə də “Sinifdənxaric oxu” üzrə məşğələdə Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin 5-b sinif şagirdləri nağılın öyrənilməsi zamanı onu səhnələşdirməyi qərara aldılar. Bu işdə onlara “Sinifdənxaric oxu” üzrə rəhbər R. Həsənov və mən bir sinif rəhbəri olaraq yaxından kömək etdik. Qısamüddətli hazırlığımıza baxmayaraq tamaşa çox uğurlu alındı.

31 oktyabr 2011-ci il tarixində kompleksin akt zalında təqdimat keçirildi. Şagirlərdən M. Həmidov, K. Zeynalov, S. Məmmədova, R. Əliyev, S. Əliyeva, L. Ağayeva, N. Ağazadə, X. Vəlixanlı, A. Zeynalova onlara həvalə olunmuş rolların öhdəsindən məharətlə gəldilər. Balaca istedadlar bütün tamaşaçıları valeh etdilər.

Tamaşanın sonunda Məktəb-Lisey Kompleksinin direktoru T.Cəfərov səhnəyə qalxaraq sözün həqiqi mənasında şagirdlərin bu çıxışından təsirləndiyini və böyük zövq aldığını qeyd etdi. O bildirdi ki, bu cür tədbirlər şagirlərin şifahi nitqinin inkişafında, onlarda geniş dünyagörüşün formalaşmasında, bilik və bacarıqların aşkarlanmasında mühüm rol oynayır. O, şagirdləri təbrik edərək onlara bu işi davam etdirməyi tövsiyə etdi və bildirdi ki, kompleksin rəhbərliyi onlara bu cür tədbirlərin keçirilməsində daim hər cür şərait yaradacaqdır. Kompleksin rəhbəri sinif rəhbəri Z. Bayramovaya, “Sinifdənxaric oxu” məşğələsinin rəhbəri R. Həsənova və “balaca aktyorlar”a uğurlar arzuladı.

Məktəb-Lisey Kompleksində sinifdənxaric oxu üzrə əlavə məşğələlərin daha daha mütəşəkkil təşkili, burada fəaliyyət göstərən şagird dramstudiyasında digər əsərlərin də səhnələşdirilməsi, əsərlərin geniş müzakirəsinin təşkili və bununla bağlı ərazidəki şəhər kitabxanaları ilə sıx əməkdaşlıq Kompleksin dil-ədəbiyyat müəllimləri qarşısında duran mühüm məsələlərdəndir.

______________________

Müasir Azərbaycan ədəbiyyatı təqdim olunur.

Qazaxıstan Respublikasında, M.O.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunda “Ən yeni Xarici ədəbiyyat” adlı kollektiv monoqrafiya nəşr olunmuşdur. Geniş oxucu kütləsinə, humanitar elmlər üzrə mütəxəssislərə, filoloqlara və ədəbiyyatşünaslara ünvanlanmış bu topluya daxil edilmiş “Azərbaycan ədəbiyyatı” fəsli Bakı Slavyan Universitetinin professoru, BSU MLK-nın direktoru Telman Cəfərov tərəfindən yazılmışdır. Hazırda müəllif fəsli genişləndirib, kitab şəklində çap etdirmək istiqamətində çalışır.

 

 

______________________

BSU Məktəb-Lisey Kompleksinin direktoru Moskvada keçirilən konfransda iştirak etmişdir.

BSU Məktəb-Lisey Kompleksinin direktoru prof.  T.H.Cəfərov Moskvada keçirilən “Xarici ölkələrdə rus dilinin statusu” mövzusunda elmi konfransda iştirak etmişdir. 17-19 oktyabr 2011-ci il tarixlərində keçirilən bu tədbirə əsasən xaricdə fəaliyyət göstərən rus dili, rus mədəniyyəti, rus məktəbləri və rus diaspor təşkilatlarının rəhbərləri qatılmışdır. Azərbaycanda  fəaliyyət göstərən bu tipli təşkilatlar da konfransda təmsil olunmuşdular. Konfransa mütəxəsis kimi dəvət alan prof. Telman Cəfərov Azərbaycan məktəblərində rus dilinin tədrisi, Azərbaycanda rus dilinin işlənmə dairəsi, dərslik və digər tədris vasitələri, rus dilindən Azərbaycan dilinə tərcümənin vəziyyəti ilə bağlı çıxış etmişdir. Moskvadakı Renessans otelində yüksək səviyyədə keçirilən bu tədbirə Rusiya dövlət və hökumət  nümayəndələri, o cümlədən Rusiya xarici işlər naziri Sergey Lavrov qatılmışdır. 

______________________

 Ученическая научная конференция, посвященная Дню независимости.

Азербайджан празднует 20–летие восстановления своей независимости!
На предприятиях, в организациях, в том числе и  в образовательных учреждениях проходят мероприятия, связанные с этой датой.
21 октября в Образовательном комплексе «Школа-лицей» Бакинского Славянского Университета прошла научная ученическая конференция среди учащихся, посвященная этому знаменательному дню.Конференция была подготовлена силами студентов БСУ, проходящих здесь педагогическую практику и Ученического парламента комплекса.
Учащиеся смогли продемонстрировать свои познания по одной из пяти тем, которые им предлагались на выбор: 1) Гейдар Алиев и Независимый Азербайджан; 2)Современный Азербайджан глазами школьников; 3) История Азербайджана; 4) География Азербайджана; 5) Культура Азербайджана.
Примечательно и то, что свои выступления они подготовили на пяти языках: азербайджанском, русском, английском, французском и немецком, которые преподаются в этом учебном заведении.
Выступления учащихся показали не только хорошие знания, но и высокий уровень патриотизма и гражданственности учеников комплекса. Конечно, заслуга в этом, в первую очередь, учителей комплекса, которые отдают все свои знания и время своим подопечным.
Хотелось бы отметить, исключительную работу членов Ученического парламента и Ученического научного общества. Их сплоченность, активность и стремление показать всё, на что они способны, поразило студентов-практикантов, работавших с ними в одной команде.
В открытии конференции и на секциях приняли участие проректора БСУ, представители Французского Посольства, преподаватели, руководители педагогической практики, члены родительских комитетов.
Школьники-участники конференции получили сертификаты, подтверждающие их высокий уровень подготовки и знаний.
В подготовке конференции активное и непосредственное участие приняли студенты БСУ: Назиева Лала, Гарибов Вагиф, Гусейнова Тамара, Рзаева Сафура, Гаджиева Джамиля и многие другие студенты, проходяшие в комплексе педагогическую практику. Для студентов это стало хорошей школой. Они смогли почерпнуть для себя много полезного, а преподаватели комплекса "Школа-лицей" щедро делились с ними своим опытом. Работа ребят была воспринята с большим энтузиазмом всеми, кто собрался в этот день в актовом зале.
«Однозначно работу конференции можно считать успешной!» - таково единодушное мнение и организаторов, и участников, и гостей конференции. После закрытия ученической конференции состоялся праздничный концерт.
Долго ещё потом не расходились ребята, обсуждая и переживая все перепетии  этого события. Главное, что они очень старались и достойно выступили на таком важном и ответственном мероприятии, посвященном славной дате – 20-летию восстановления независимости Азербайджана. Думается, что они станут достойными гражданами своей прекрасной страны, вступающей в третье десятилетие своей независимости!

_______________________

Bakı Slavyan Universitetinin Məktəb- Lisey Kompleksində “Qonaq saatı”

28.09.2011-ci il tarixdə Bakı Slavyan Universitetinin Məktəb- Lisey Kompleksində “Qonaq saatı”nın qonaqları İngiltərədən olmuşdur. Kompleksin ingilis dili müəllimlərinin dəvəti ilə tədris müəssisəmizə təşlif buyurmuş,  Roland Halfors və Olle Halfors Komrleksin VIII, IX və X sinif şagirdləri ilə görüşüb, onlarla söhbət etdilər və görüşdə şagirdlər olduqca fəal iştirak edərək, biliklərini artırmaq üçün qonaqlara İngiltərə, bu ölkədə təhsil almaq imkanı ilə  bağlı çoxlu maraqlı suallar verdilər.
Şagirdlərin Azərbaycan məktəbində İngilis dilində sərbəst şəkildə fikir ifadə etmələri qonaqlarda Kompleksimiz və burada təhsil alan şagirdlər haqqında gözəl təəssüratlar yaratdı. Sonra qonaqlarımız Kompleksin şagirdləri ilə birgə xatirə şəkilləri çəkdirdilər.

 

______________________

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində Pedaqoji təcrübə.

Hər il ənənəvi olaraq Bakı Slavyan Universitetinin tələbələri pedaqoji  təcrübəni   Universitetimizin  Məktəb-Lisey  Kompleksində keçirlər.  Bakı Slavyan Universitetinin  III kurs tələbələri təcrübə rəhbərləri ilə birlikdə pedaqoji təcrübənin açılış iclasında iştirak etmişlər.  Kompleksin direktoru prof. T.H.Cəfərov iclas iştirakçılarını salamlayaraq, bu təcrübənin keçirilməsində əsas məqsədin təcrübəçi tələbələri orta ümumtəhsil məktəbləri ilə tanış etməkdən, pedaqoji kollektiv, maddi-texniki baza, şagird təşkilatları, daxili nizam-intizam qaydaları haqqında tələbələrdə təsəvvürləri genişləndirməkdən ibarət olduğunu bildirdi. Universitet rəhbərliyinin pedaqoji  təcrübəyə böyük önəm verdiyini söyləyən  prof. T.H.Cəfərov təcrübəçi tələbələrə işlərində məsuliyyətli və nizam-intizam qaydalarına riayət edərək, şagirdlərə nümunə olmalarını tövsiyyə edərək, təcrübə rəhbərlərini və tələbələri təbrik edib, onlara uğurlar arzuladı.

________________________________

Şagirdlərimiz II Beynəlxalq  Kitab Sərgisində oldular

28-30 Sentyabr  Mədəniyyət  və Turizm  Nazirliyinin təşəbbüsü  ilə Heydər Əliyev adına Əl Oyunları sarayında Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş  II Beynəlxalq  Kitab Sərgisi  keçirilmişdir. Sərgidə Bakı Slavyan Universitetinin “Kitab aləmi” və “Mütərcim” nəşriyyatlarının  paviliyonları böyük maraq doğurmuşdur. Bakı Slavyan Universitetinin tərəfdaşlığı ilə reallaşan “150 cildlik Dünya ədəbiyyatı seriyası” nın təqdimatında Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin direktoru prof. T.H.Cəfərov çıxış etmiş, şagird və müəllimlərimiz sərgi ilə tanış olmuşlar.

_____________________________

BSU-nun Məktəb-Lisey Kompleksində
şagird-tələbə elmi konfransı keçirilib

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları işığında” mцvzusunda ənənəvi Şagird-Tələbə Elmi Konfransı keçirildi.

Konfransэn əsas əhəmiyyəti ondan ibarətdir ki, tədbirə Bakı məktəbliləri və tələbələrlə yanaşı ilk dəfə olaraq Laçın, Ağdam, Xocavənd, Cəbrayıl rayonlarında yerləşən qaçqın və köçkün məktəblərinin istedadlı şagirdləri də cəlb edilmişdir. Qaçqın məktəblərinin şagirdlərinə Bakı Slavyan Universitetinin 2005-ci ildən daimi diqqəti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qara qızılın insan kapitalına çevrilməsinə dair mühüm sosial siyasətinə xidmət edir.

Konfransı giriş sözü ilə açan rektor prof. K.Abdullayev Universitet alimlərinin konfransdan öncə qaçqın məktəblərində olmalarını, şagirdlərin elmi işlərinə rəhbərlik etmələrini vurğuladı. Rektor xüsusi qeyd etdi ki,  “Azərbaycan təhsili sıçrayış dönəmindədir və bu inkişafın təməli məhz Heydər Əliyevin əməyi üzərində qurulmuşdur. Bugün Rusiya və Belarusiyada “Azərbaycan dili və mədəniyyəti mərkəz”ləri fəaliyyət göstərir. Orada başqa millətdən olan tələbələr azərbaycanşünaslıq ixtisasına yiyələnir və bizim dilimizi həvəslə öyrənirlər. Azərbaycanın bugünki beynəlxalq durumuna, hökm sürən ictimai-siyasi sabitliyinə, yüksək iqtisadi potensialı və mədəni irsinə görə xarici ölkələrdə dilimizi öyrənməyə ehtiyac duyurlar. Ölkəmizin geniş perspektivlərini müşahidə edərək onlar məhz Azərbaycan üzrə mütəxəssis olmaq istəyirlər. Bugünki milli qürurumuza görə biz ulu öndər Heydər Əliyevə minnətdarıq”.

Prof. K.Abdullayev çıxışının sonunda qaçqın məktəblərindən gəlmiş müəllim-şagird kollektivini BSU-da “Müasir Azərbaycanşünaslığın problemləri” mövzusunda keçirilən II Beynəlxalq konfransın bağlanışına da dəvət etdi.

Konfransın işi “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, “Ulu öndər və müasir Azərbaycan təhsili”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti və ədəbiyyatı”, “Ulu öndərin irsini necə öyrənir və təbliğ edirik?”, “Müasir Azərbaycanda gənclər və idman hərəkatı” bölmələri üzrə təşkil olunmuşdur. Bakı məktəbliləri, tələbələr, qaçqın və köçkün məktəblərinin gənc istedadları ana dili ilə yanaşı xarici dillərdə də məruzələrlə çıxış etdilər. Bölmə iclaslarına Universitetin alimləri və məktəb müəllimləri ilə birgə şagird və tələbələr də rəhbərlik edirdilər.

BSU-nun Məktəb-Lisey Kompleksinin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Bakı Türk Anadolu Liseyinin, Bakı şəhəri 190, 18, 240, 5, 164 saylı, Bülbül adına orta ixtisas məktəbi, Bağça-Məktəb Lisey Kompleksinin, Ağdam rayonu 24 saylı, Xocavənd rayonu Tuğ kənd, Laçın rayonu Çələbixan kənd, Cəbrayıl rayonu Vahid İsmayılov adına Çərəkən kənd qaçqın orta məktəblərinin VIII-XI sinif şagirdləri maraqlı məruzələrlə çıxış etmişdirlər.

Hazırda işğal altında olan Xocavənd rayonunun Tuğ kəndində anadan olmuş, qaçqın həyatı sürən XI sinif şagirdi Fəridə Şükürovanın çıxışı konfrans iştirakçılarının diqqətini cəlb etdi. Bu kənddə hələ 125 il əvvəl ilk orta dünyəvi məktəbin yaradılması Azərbaycan xalqının qədim təhsil ənənələrindən xəbər verən önəmli fakt kimi vurğulandı.

Bakı Türk Anadolu Liseyinin direktor müavini Özgen Dikmen lisey şagirdlərinin bu konfransa böyük həvəslə qatıldıqlarını bildirdi. Həmçinin o, BSU-nun  qaçqın şagirdlərə diqqətini, onları elmi axtarışlara sövq etməsinin əhəmiyyətini qeyd etdi.

Cəbrayıl rayon Çərəkən orta məktəbinin direktoru Əziz Musayev çıxışında Heydər Əliyevin qaçqın düşərgəsinə gəlişi və çadırlarda dərs keçən şagirdlərə şəxsi qayğısı haqqında ehtiramla danışdı.

Laçın, Ağdam, Xocavənd, Cəbrayıl rayonlarından gəlmiş şagirdlər BSU-nun professor-mьəllim heyəti ilə, tədris-mədəniyyət mərkəzləri, muzeyi, kitabxanası, ayrı-ayrı fakültələri ilə yaxından tanış oldular.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

 

________________________________

BSU-nun dosenti Akif Məmmədovla görüş

BSU Məktəb-Lisey Kompleksində Bakı Slavyan Universitetinin dosenti Akif Məmmədovla liseyin 9-11-ci sinif şagirdləri və Şagird Elmi Cəmiyyəti üzvlərinin görüşü keçirildi. Akif müəllim şagirdlərə ali məktəblərə qəbul proqramlarında olan yeniliklər, imtahanlara necə hazırlaşmağın yolları, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə problemli məsələlərin həlli barədə dəyərli məsləhətlər verdi. Elmi axtarışların effektivliyi barədə söhbət Şagird Elmi Cəmiyyəti üzvləri üçün daha çox maraqlı oldu. Sonra Akif müəllim şagirdləri maraqlandıran suallara cavab verdi.

_______________________________

Liseyin direktoru prof. T.H.Cəfərov Moskvada elmi simpoziumda iştirak etmişdir.

Moskva şəhərində «Dostoyevski fondu» tərəfindən keçirilən «Rus bədii sözü dünyanın mədəni kontekstində» adlı III Beynəlxalq simpoziuma dəvət alan Bakı Slavyan Universitetinin professoru Telman Cəfərov ayrı-ayrı bölmə və dəyirmi masalarda çıxışlar etmiş, simpoziumun ən maraqlı bölmələrindən birində: «Dostoyevskinin poetikası» bölməsində BSU-nun kafedra müdiri, tanınmış ədəbiyyatşünas-alim və tərcüməçi prof. Məmməd Qocayevin rusca yazılmış «Dostoyevskinin ideya və xarakterləri», «Ədəbiyyatda obrazlar və xarakterlər» kitablarının prezentasiyasını keçirmişdir.
T.H.Cəfərov REA Rus Ədəbiyyatı İnstitutunun direktoru, REA-nın müxbir üzvü V.Baqno və slovakiyalı alim N.Muranskanın rəhbərliyi ilə keçirilən «Bədii tərcümənin problemləri» bölməsində «Müasir Azərbaycanda rus ədəbiyyatının tərcümə və nəşri prinsipləri» və «F.M.Dostoyevskinin «Karamazov qardaşları» romanının Azərbaycan dilinə tərcüməsi təcrübəsindən» adlı məruzələri təqdim etmişdir. Onun məruzə və çıxışlarında ölkə prezidentinin sərəncamları ilə həyata keçirilən latın qrafikalı nəşrlərdə, «Dünya ədəbiyyatı kitabxanası 150 cilddə» seriyasında və Bakı Slavyan Universitetinin «Filoloqun kitabxanası - 100» tərcümə layihəsində təmsil olunmuş rus klassik və müasir ədəbiyyat nümunələrinin, rus filologiya məktəbinin tanınmış nümuyəndələrinin seçilmə, tərcümə və nəşri prinsipləri barədə geniş məlumatla yanaşı, bədii tərcümənin nəzəri və praktiki məsələlərinə də toxunulmuş, dövri nəşrlərimizdə bədii və elmi-filoloji tərcümə işinin mənzərəsi təsvir olunmuşdur.
Prof. T.H.Cəfərov «Rusiya postsovet məkanında: sosio-mədəni və linqvistik aspektlər», «L.N.Tolstoy: gedişin (Yasnaya Polyanadan) yüz illiyi ətrafında müzakirələr» və «Müasir romanda tarix: formalar, imkanlar, ümidlər» mövzularında təşkil olunmuş dəyirmi masalarda aparılan diskussiyalarda da çıxışlar etmiş, Azərbaycan oxucusu və tədqiqatçısının rus dili, ədəbiyyatı və mədəniyyətinə, Tolstoy və Dostoyevski kimi dahi rus yazıçılarının ədəbi irsinə fərqli yanaşma tərzini motivləşdirən cəhətləri açıqlamış, müasir rus və Azərbaycan romanında tarixə müraciəti şərtləndirən səbəblərə toxunmuşdur. Bu fikirlər dəyirmi masalarda iştirak edən «Znamya» jurnalının baş redaktorunun müavini Natalya İvanova, ukraynalı naşir, «Renessans» jurnalının baş redaktoru Viktor Şlapak, ən müasir rus ədəbiyyatını təmsil edən nasir Aleksey Varlamov, şair-tərcüməçi Vyaçeslav Kupriyanov, «Dostoyevski fondu»nun prezidenti akademik İqor Volqin, Almaniyadan gəlmiş məşhur rusist, «Narratologiya» kitabının müəllifi Volf Şmid  və başqaları tərəfindən maraqla qarşılanmaqla bərabər, ədəbiyyatımızın tədqiqi, tərcüməsi, nəşri və təbliği, ədəbi əlaqələrin davam etdirilməsi istiqamətində konkret fikirlər söylənildi, müştərək ədəbi və tərcümə layihələrinin həyata keçirilməsinin vacibliyi vurğulandı.               

MDB və Baltiya ölkələri alimlərinin simpoziumda iştirakı MDB Dövlətləri-İştirakçılarının Humanitar Əməkdaşlığı üzrə Dövlətlərarası Fondun maliyyə dəstəyi hesabına mümkün olmuşdur.

_______________________________

.

 
 

 
© 2014 Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi